UCUZ ƏT BAZARLARA NECƏ YOL TAPIR?
08.10.2011   Bölmə: Maraqlı

UCUZ ƏT BAZARLARA NECƏ YOL TAPIR?
Ramazan ayının sonlarında ətin qiyməti birdən-birə bahalaşdı.

Üstəlik, paytaxt bazarlarında satılan ətin keyfiyyəti ilə bağlı da həyəcan təbilləri çalınmağa başlandı. Paytaxt bazarlarında mənşəyi bəlli olmayan mal ətinin satılması ilə əlaqədar redaksiyamıza gələn zəngləri nəzərə alaraq, məsələ ilə yaxından tanış olmağa çalışdıq.



Bahalaşmaya baxmayaraq, Bakının “8-ci kilometr” bazarında əvvəlki, hətta ondan da aşağı qiymətə ət almaq olurdu. Gördüyümüz mənzərə bizi də təəccübləndirirdi. Qiyməti çox ucuz olan ət məhsullarının mövcudluğunun da şahidi olduq. Belə ki, mal əti 4, qoyun əti 5 manata satılırdı. Hətta satıcı ilə danışıb, qiyməti aşağı salmaq da mümkün idi. Satıcılar bu endirimi müxtəlif səbəblərlə izah etməyə çalışırdılar. Kimi dedi ki, xəstəliyi ilə əlaqədar həkimin yanında olmalıdır, kimi dedi ki, rayondan gələn anasını qarşılamaq üçün avtovağzala getməlidir və sairə... Kimi də bu qiymətin ona sərf etdiyini bildirdi. Onu da qeyd edək ki, bazarda adam çox olsa da, ət satılan ərazidə tək-tük adam gözə dəyirdi. Məsələyə aydınlıq gətirmək məqsədi ilə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Onunla söhbətdən aydın oldu ki, artıq neçə illərdir ki, ölkəmizdə murdar ət bazarı fəaliyyət göstərir: “Müxtəlif rayonlardan ölmüş mal ətini paytaxta gətirib satan şəbəkə mövcuddur və bunun qarşısını almağa səy göstərsək də, heç nəyə nail olmamışıq”. Eyyub bəy həmçinin dedi ki, bu məsələ barədə kütləvi informasiya vasitələri ilə məlumatlar verilsə də, hələ ki, bir nəticə hasil olmayıb: “Xəstəlikdən və ya müxtəlif səbəblərdən ölən malın əti paytaxta gətirilərək, müxtəlif bazarlara paylanır. Hər gün “Təzə bazar”da saat 12-00-dan 16-00-a kimi kiloqramı bir manatdan murdar mal əti satılır. “8-ci kilometr” bazarında mövcud olan və müxtəlif endirimlərlə satılan ət də onların “məhsuludur”. Hətta bu bazarda bir baytar ətin satılması üçün onlara “sənəd” də verir. Bazarın digər məsul şəxsləri də buna göz yumurlar”. Daha sonra o, bu məsələ ilə əlaqədar rəhbərlik etdiyi qurum tərəfindən görülən işlərdən söz açdı: “Analoji hadisələrdən biri Sabirabad rayonunda baş vermişdi. Ölmüş malı kəsib satmaq istəyən bir nəfər barədə hüquq-mühafizə orqanlarına məlumat verdik və həmin şəxsin əməlinin qarşısı alındı”. O, ət alarkən camaatın bu məsələdə diqqətli olmasını tövsiyə etdi: “Əgər məhsulun qiyməti bazar qiymətindən qat-qat aşağıdırsa, bunun səbəbi öyrənilməli, mənşəyi bilinməyən məhsullar alınmamalıdır”.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə “8-ci kilometr” bazarındakı murdar ət satışından məlumatsız olduğunu bildirdi. Qiymətin ucuz olmasına gəldikdə isə, bu məsələyə İqtisadi İnkişaf Nazirliyinin müvafiq şöbəsinin nəzarət etdiyini dedi. Bütün bunlara rəğmən o, bu cür faktların istisna olmadığını vurğuladı.

Mərkəzin Qida-Gigiyena Şöbəsinin müdiri İmran Abdullayev də xəstə, qoca, yaxud ölmüş malların ətinin bazarlara yol tapdığını istisna etmədi: “Ancaq bu cür hallar çox deyil. Belə halların qarşısını almaq, ilk növbədə, hüquq-mühafizə orqanlarının işidir. Bu məsələdə bizim səlahiyyətlərimiz məhduddur”. Lakin o, müvafiq qurumların birgə işinin daha səmərəli olduğunu bildirdi. İmran müəllim daha sonra bu məsələ ilə bağlı qanunvericilikdəki boşluqlardan, onun təkmilləşdirilməsinin vacibliyindən söz açdı: “Qanunvericilikdə olan bəzi boşluqlar işbazların belə qanunsuz əməllər törətmələrinə yol açır. Ət məhsulları müəyyənləşdirilmiş yerlərdə baytar nəzarəti altında kəsilməlidir. Yoxlanıldıqdan sonra ət möhürlənməli və sertifikat təqdim olunmalıdır. Eyni zamanda ət məhsullarının daşınmasında soyuducusu olan, bu iş üçün nəzərdə tutulmuş avtomobillərdən istifadə olunmalıdır”. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət üzrə yeni laboratoriyanın istifadəyə verildiyini, kəsim məntəqələrinin fəaliyyətə başladığını vurğulayan həmsöhbətimiz Avropa təcrübəsindən də misal göstərdi: “Avropada qida təhlükəsizliyi orqanı var. Bu orqan məhsulun keyfiyyətinə, ilkin formadan istehsal olunub istehlakçıya çatdırılmasına qədər bütün prosesləri nəzarətdə saxlayır
loading...
 (Səs sayı: 0)
Müəllif: NADEJDA_LYUBVI     Baxış sayi: 834     08.10.2011
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Yağ xoşbəxt edir? Qarpız tumu möcüzədir
Bagisla. Soruşdum "həyat nədir?" Dedilər......
Sıfır necə yarandı? Sevgilisindən ayrılan aktyor rus hamamında təs..
MARAQLI FACEBOOK STATUSLARI Orijinal ətri saxtadan ayırmağın 5 yolu
Günün qoroskopu Dünyanın 10 ən kasıb ölkəsi: kim daha pis ya..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 168
Cəmi: 169
Bu gün saytda olanlar

Hal-hazırda saytda
sadik
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114399
Sayğaclar



Mp3 yukle