Hz.Muhəmməd Peyğəmbərin (s) vəsiyyətlərindən seçmələr
01.01.2014   Bölmə: İslam
“Hər kim ruzini halal yoxsa haram yoldan qazandığının fərqinə varmasa, Allah da qiyamətdə onu cəhənnəmin hansı qapısından içəri atmağın fərqində olmaz”.

“Kim Qiyamətə üç xüsusiyyətlə gəlməsə, ziyan çəkmişlərdən olar: insanı Allahın haramlarından çəkindirən vərə və təqva, insanı səfehlərin cəhalətindən uzaq tutan helm, bir də insana camaatla yola getməkdə kömək edən gözəl xasiyyət”.

Allah-təala buyurur: “Hansı bəndəm mənim iradəmi öz istəyindən üstün tutsa, onu ehtiyacsız edərəm, fikrini axirətə doğru yönəldərəm, göylər və yerlər ona ruzi yetirməyi öhdəyə alar, kasıblığı ondan uzaqlaşdıraram. Mən onunla hər bir tacirdən daha yaxşı ticarət edərəm” (yəni onunla son dərəcə ədalətli və rəhmli davranaram, savab əməllərinin əvəzini artıqlaması ilə verərəm, səhvlərini bağışlayaram).

Peyğəmbər Əbuzərdən soruşdu: “İstəyirsənmi sənə bəzi biliklər öyrədim ki, onlara görə Allah sənə fayda versin?” Əbuzər cavab verdi: “İstəyirəm, ey Allahın rəsulu!” O həzrət buyurdu: “Allahı yad et (xatırla, unutma) ki, O da səni yad etsin. Allahı sanki öz qarşında görürmüş kimi hiss et və yaddan çıxarma. Sən rahatlıq halında Allahı düşün ki, çətinlik halında da O səni düşünsün. Ehtiyacın olanda Allaha üz tut, yardım istəyəndə Allahdan istə. Qiyamətə kimi baş verəcək hər şeyi qələm yazıb (yəni hər şey Allahın qəzavü qədərinə uyğundur və lövhi-məhfuzda qeyd edilib). Əgər Allahın qədərində yazılmamışsa, bütün insanlar birləşib sənə yaxşılıq etmək istəsələr də edə bilməzlər. Əgər Allahın qədərində yazılmamışsa, bütün insanlar birləşib sənə pislik etmək istəsələr də edə bilməzlər. Riza (razılıq və Allaha təslimiyyət) və yəqin içində Allah yolunda hansısa bir əməli etməyə gücün çatırsa, o əməli mütləq et. Əgər buna gücün çatmırsa, bil ki, xoşlamadığın hallara dözüb səbr etməkdə çoxlu xeyir var. Qələbə səbrlədir. Xilas dərd-qəmlə yanaşıdır. Hər çətinliyin sonunda asanlıq var”.

“Mömini söymək fisqdir (günahdır), möminlə savaşmaq küfrdür. Möminin ətini yemək (yəni qeybətini danışmaq) Allaha qarşı günahlardan biridir. Möminin əmlakı da qanı kimi haramdır (yəni ona təcavüz etmək olmaz)”.

Əbuzər soruşdu: “Ey Allahın rəsulu, qeybət nədir?” Cavab verdi: “Din qardaşının xoşlamadığı bir sözlə onu xatırlamaq”. Əbuzər soruşdu: “Hətta əgər deyilən xüsusiyyət onda olsa belə?” Peyğəmbər buyurdu: “Bil ki, əgər dediyin xüsusiyyət onda varsa, onun qeybətini etmiş olursan. Əgər dediyin xüsusiyyət onda yoxdursa, ona böhtan atmış sayılırsan”.

“Hər kim öz müsəlman qardaşının qeybətini etməkdən çəkinsə və qeybəti danışılarkən onu müdafiə etsə, Allah da onu cəhənnəm atəşindən qorumağı özünə vacib bilər”.

“Hər kimin yanında bir müsəlmanın qeybəti danışılarkən, əlində imkan olduğu halda onu müdafiə etsə (yəni qeybətə imkan verməsə), Allah dünyada və axirətdə ona yardım göstərər. Yox, əgər əlində imkanı ola-ola bunu etməsə, Allah dünyada və axirətdə onu xar edər, köməksiz buraxar”.

“Hər kim camaatın ondan ötrü ayağa qalxmasını xoşlasa, cəhənnəmdə öz yerini hazırlamış olar”.

“Hər həftənin bazar ertəsi və cümə axşamı günlərində insanların əməlləri Allaha təqdim olunar, möminlərin günahlarını bağışlamaq barədə mələklər Allahdan xahiş edərlər. Amma din qardaşı ilə küsülü qalan bəndə bundan məhrum olar. Allahdan əmr gələr ki, bu iki nəfər barışana kimi onların hesabını kənara qoyun (yəni onların günahını bağışlamağımı məndən xahiş etməyin)”.

(Hədislər “Məkarimül-əxlaq” kitabındandır).
loading...
 (Səs sayı: 0)
Müəllif: lalem     Baxış sayi: 770     01.01.2014
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Çox danışmaq necə cəhənnəmə aparır? İslamda zarafat etməyə necə baxılır?
Şükürsüz günümüz olmasin Allaha şükür edirəm
İslamda qadın hüquqları Namazin olar-olmazlari!
Müsəlmanlara ən böyük günahlar bunlardır Aşura gecəsinin və gününün bəzi əməlləri
Bu gün İslam dünyası müqəddəs Məbəs bayra.. Dini statuslar
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sokaladka
Qısa məlumat

Yarışma Qalibi Seçilmiş istifadəçi Yarışma Qalibi Maraqlı xəbərlər müəllifi Aktiv olduğuna görə Yarışma Qalibi Sevilen istifadəçi Xəbərlərdə aktivliyinə görə İdarə Heyətinin Fəal Üzvü Exclusive xəbərlər müəllifi
sokaladka
: qiymət: 0
Tarix: 02.01.2014 | # 4
Hamisi deyereli sozlerdir sag ol.



13.03.2016




 

Cavid_Necefov
Qısa məlumat

Yarışma Qalibi Aktiv olduğuna görə Yarışma Qalibi Seçilmiş istifadəçi Yarışma Qalibi Sevilen istifadəçi Yarışma Qalibi Super Aktiv
Cavid_Necefov
: qiymət: 0
Tarix: 02.01.2014 | # 3
Her biri gozel sozlerdi.cox sagol melumata gore.tewekkur




 

cazibe
Qısa məlumat
cazibe
: qiymət: 0
Tarix: 01.01.2014 | # 2
Peyğənbərimiz özü kömək olsun sənə.Amin



asi
Qısa məlumat

Sevilen istifadəçi
asi
: qiymət: 0
Tarix: 01.01.2014 | # 1
Hamsi gozel sozler idi.
lale sagol gozel xebere gore






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 155
Cəmi: 155
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113517
Sayğaclar



Mp3 yukle