Məktubum sənədir | www.Sun.az
Məktubum sənədir
16.01.2014   Bölmə: Sevgi



Özümü elə qəmgin, tənha hiss edirəm ki... ona görə belə tənhayam ki, sevgi var, amma mənə o lazım deyil. Sən mənə lazım deyilsən.




Bu sevgi deyil. Mən səninlə idim, amma tənha idim..... Səni sevmək istəyirdim, amma bacarmadım.




Bağışla.... Sən mənim oldun, amma mən sənin ola bilmədim.... Bunu başa düşürdüm, amma səni ata bilmirdim... Sevmirdim, amma buraxa da bilmirdim. Sənsiz həyat.. Necə? Təsəvvür edə bilmirdim. Səninlə gəzməyə gedirdim, amma səndən uzaq olmaq istəyirdim... Evdə tək oturanda isə səninlə bir yerdə olmaq istəyirdim...Özümü başa düşə bilmirəm, hisslərimi başa düşə bilmirəm... Bəlkə ürəyim mənə doğru olanı göstərər? Amma necə, əgər indi o xaincəsinə susur?




Sənin gözlərinə baxanda o istiliyi hiss etmirdim, mənə soyuq idi.... Bilirəm, sən mənə bütün dünyanı belə bağışlamağa hazır idin, mənim idealım olmaqçün çox çalışırdın, sən hamıdan yaxşı olmağa çalışırdın və səndə bu alınırdı. Hərdən boş boş şeylərə görə səndən küsürdüm, dava etməkçün hər hansı səbəb tapırdım sən isə hər dəfə məni qucaqlayıb və tək mənimlə olmaq istədiyini deyirdin.... Və bu zaman məni təlaş hissi bürüyürdü ki, səni atmaq üçün belə səbəbim yoxdur....sən ideal idin, ən azı belə olmağa çalışırdın....




Bilmirəm nə edim. Hər şeydən, hər kəsdən qaçmaq istəyirəm, amma alınmır... Hər dəfə səninlə görüşəndə mən yalnız bir şeyi fikrləşirdim : Mən səninlə bütün həyatım boyu xoşbəxt ola biləcəyəmmi? Bu sualıma cavab tapa bilmədim....Mən səninlə idim, amma fikirlərim çox uzaqda idi. Sən özündə bunu hiss edirdin... Xoşbəxliyin nə olduğunu bilmirəm...əsl sevgini nə olduğunu bilmirəm....




Mən sənin yanında xoşbəxliyi tapmaq istəyirdim, bilirsənmi? Elə istəyirdim, ki sən – mənim tək sevəcəyim bir insan olasan....amma alınmadı, bağışla... Nə mən səninlə, nə də ki sən mənimlə xoşbəxt olmayacaqdıq. Ona görə də hər şeyin belə olmağı daha yaxşı oldu....Etdiklərimə görə, sənə o qədər əziyyətlər verdiyimə görə məni bağışla...
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: mylove94     Baxış sayi: 741     16.01.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Axi səni sevdim mən ESQ YOXSA EQL?
Beyeneceksiz Sən mənimsən....... XəYaLLarima gəlsən..??:(..
Itirdik Bəzən..( Bolüm2)
BU DEFE TAM FERQLI OLSUN ISDEDIM GORESEN BACAR.. Və bir gün anladım ki..
Həyatıma gəldin...... Səndən xəbərsiz
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 95
    Cəmi: 95
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116719
    Sayğaclar



    Mp3 yukle