Zengimcell yukle mp3 yukle
Heç sevməsəydim...
09.10.2011   Bölmə: Sevgi
 

 
 
Uzun zaman oldu kimisə sevmədiyim. Səndən sonra özünə gələ bilmədi ürəyim. Yaxşısını görmək necə pisdir sevginin insan həmişə bənzərini axtarır.

Səni sevmək özümə etdiyim ən böyük pislik idi bəlkə də! Artıq kimsə o xətti keçə bilmir. Sənə bənzər birini axtarmıram sənin xüsusiyyətlərinə bənzər bir ağıl və ürək dərdindəyəm.

İndi kimə əlimi uzatsam boş çıxır. Şəhərimin küləkləri də əksdir mənə könülümdəki bütün səfərlər ləğv olur beləcə... Sənsiz edilən səfərlərin də dadı olmur ki...
Bundan sonra nə edəcəyəmi düşünürəm. Necə sevə bilərəm yenidən? Nə çətin bir yol buraxdın arxanda gediləcək! Bundan sonra ya həmişə təkəm ya da razı gələcəyəm "aza" yenidən.



Müqayisə etmək! Bəli mənim etdiyim səhv budur! Hər gələni səninlə müqayisə edirəm. Bir bənzərlik axtarıram fərqliliklərin dadını varmaqdan imtina etmiş olmalıyam… Halbuki sənin kimi bir başqası da yeni bir üfüq aça bilər ürəyimdə icazə vermirəm.

Sənin toxunduğun yerlərdə elə böyük bir aclığım var ki doymaq bilmir içimdəki canavar. Dolu olsun istəyirəm ağıl qıvrımları bir danışsın dəryalar əksin istəyirəm.

Sözdə birləşmək deyil özdə qovuşaq istəyirəm. Nə yana çevirsəm gözlərimi başqa cür baxmağı öyrənim istəyirəm.



Hər kəs eşqdə fərqli şeylər axtarır. Mən sözlər axtarıram; bilmədiyim eşitmədiyim heç söyləmədiyim sözlərlə tanış olmaq istəyirəm. Səhv bildiklərimi tutacaq yenini əllərimə qoyacaq ağılımı əhatə edəcək bir sevda istəyirəm.

Səni sevmənin ən pis yanı səndən sonrasıymış; çox gec anladım. İndi kimsə içimdəki bu quraqlığa yağış ola bilmir. Nə vaxt sevmək üçün bir addım atsam yeni bir ürəyə həvəsim ürəyimdə qalır.

Səni sevməsəydim nə çox aldanacaqdım halbuki! Çoxu kimi kor çoxu kimi cahilcə xoşbəxt yaşayıb gedəcəkdim. Eşq zənn edəcəkdim hər duyğunu mənasız sevgilər ardından bir az gözyaşı tökəcəkdim bəlkə amma həyat sürətlə axıb gedəcəkdi. Sən gəldin getdiyində zaman dayandı. Böyük bir boşluğun ortasında qaldım. Kaş ki heç sevməsəydim; nə gözəl olardı daha az biləcəkdim həyata dair…….  Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: SEBIW_18     Baxış sayi: 991     09.10.2011
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
AXI SEVIRDIN, SEVDIYINI DEYIRDIN YAXWIKI VARSAN
Aci qelemim Sən məni deyil,mənim səni sevməmi sevirsən
Gözlerine baxıb "SeNi SeViReM" desem... Love
Ewq nedir? Hekayə
Sevgi dostluqdur! Maraqli statuslar
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 36
    Cəmi: 38
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    axiwezin
    JulioAdvip
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 118457
    Sayğaclar



    Mp3 yukle