Ətirdən istifadə
26.03.2014   Bölmə: Gözəllik


Seçilən ətir qoxusunun insanın xarakteri ilə əlaqəsi vardır. Romantik insanlar yüngül qoxulu ətirləri seçərkən, hərəkətli həyat tərzi olanlar daha ağır sayıla biləcək ətirləri seçir. Ətir seçdikdən sonra da çox bəyəndiyimiz bu qoxunu hər kəsin hiss etməsini və özümüzü daha rahat ifadə etməyi düşünürük.

Ətir seçərkən necə qoxu seçirsinizsə seçin, ancaq istifadə edərkən bir az diqqətli olun. Çox zaman yəqin ki, tünd ətir qoxusuyla qarşılaşmısınız. Ətir vuran şəxsdən soruşsanız, deyəcək ki, onun ətrinin çox gözəl qoxusu vardır. Amma bunu başqalarından soruşduğunuz zaman belə çox vurulmuş qoxudan narahat olduqlarını söyləyəcəklər. Demək, ətir istifadə etməyin də ölçüsü var.

Ətirdən istifadənin ilk şərti, dərinin bütün qoxulardan təmizlənmiş, yəni təmiz olmasıdır. Ətrinizin daha qalıcı olmasını istəyirsinizsə, duşdan sonra sürtün; məsamələrin açıq olması dərinin qoxunu daha yaxşı əmməsini təmin edir.



Dəri tipi də ətirin qalıcılığıyla yaxından əlaqədardır. Yağlı dərilərdə ətirlər daha çox qalır. Dəriniz qurudursa, daha çox ətir sürtməniz lazımdır.

Dərinin turşu nisbəti də ətirin qalıcılığına təsir edir:

- Turşulu dərilərdə ədviyyatlı qoxular daha qalıcıdır.

- Turşu nisbəti az olan dərilərdə (həssas və quru) isə çiçək qoxuları daha yaxşı qalır.

İsti günlərdə daha yüngül ətirlərdən istifadə edin.



Səhər, günorta, axşam eyni şəkildə ətir sıxmaq lazımdırmı?

Qəti surətdə xeyr! Ətir sıxdığınız anda ətrafınızda təxminən 3 metr diametrində bir qoxu çevrəsi meydana gətirirsiniz. Buna görə də olduğunuz mühit və günün hissələrini nəzərə alaraq ətir konsentrasiyalarından istifadə etməyiniz lazımdır.

Gündüz:

Səhərin erkən saatında avtobusda, metroda və ya iş yerində insanları narahat etmək lazım deyil. İnsanların sıx olduğu yerlərdə, nəqliyyat vasitələrində ətir qoxusu xoş olmayan nəticələr yarada bilər; məsələn, miqreni tərpədə bilər, ürəkbulanmaya, başgicəllənməyə səbəb ola bilər. Yaxşı olar ki, səhərlər meyvə qoxulu ətirləri seçəsiniz.



Günortadan sonra:

Günortadan sonra istifadə edilən ətirlər hər yerə çata bilən, həyatın şirinliyini əks etdirən ətirlər olmalıdır. Çiçək və ya meyvə qoxulu ətirlər kimi yaxşı yayılan, amma ağır olmayan qoxular seçin. İki ayrı ətirdən istifadə edirsinizsə, günortadan sonra daha vurğulu olanını seçin.

Gecə:

Ətirdən istifadə ediləcəyi tək zamandır: ya indi, ya heç bir zaman! Ətir saatlar boyunca bədəndə qalır. Qoxular içində gecə istifadəyə ən uyğun olanlar gecə paltarları ilə uyğunlaşma təmin edən, sirli və ağır parçalarla uyğun olan ətirlərdir.
loading...
 (Səs sayı: 1)
Müəllif: loliiiii     Baxış sayi: 1276     26.03.2014
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Gözəl qızların və yaraşıqlı oğlanların .. Gözəlliyə və cavanlığa gedən yol mədədən..
Makyajsız gözəl görünməyin - Qaydaları Kirpikləri gurlaşdırmağın yolu
Gözəl, təravətli və gənc görünməyin sirri Yaşlanmanı gecikdirən vərdişlər
Hər bir dodaq boyası ayrılıqda sitil tələb e.. Dırnaq boyasının qalıcı olması üçün 10 m..
Sızanaqların azalması üçün faydalı məsləh.. Dodaqlarınızı dolğunlaşdıracaq təbii vasit..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Roys09
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
Roys09
: qiymət: 0
Tarix: 11.04.2014 | # 2
Maraqlı xəbərdir. Təşəkkürlər





 

KiderSuprizzzz
Qısa məlumat

Yarışma Qalibi
KiderSuprizzzz
: qiymət: 0
Tarix: 27.03.2014 | # 1
37 etirim var ve etirleride cox sevirem en coxda black versaji ve roza... bilirdim bu melumati yenede teşekkur




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 6
    Qonaqlar: 111
    Cəmi: 117
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    agypirip
    darixanurekk
    Natiiiiq1
    nkatowjViame
    Robertden
    yusiff
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115436
    Sayğaclar



    Mp3 yukle