Qəribə olsa da, həqiqətdir
11.10.2011   Bölmə: Maraqlı

BİLİRSİNİZMİ?

-Ən etibarlı ər hindistanlı Temuli Bxikayn hesab edilir. Temuli 86 il bir arvadla ömür sürüb. Kəbin vaxtı bəyin 5 yaşı var imiş. Çox vaxt belə kəbinlər qohumluq əlaqələrini saxlamaq və ya düşmənçiliyin qarşısını almaq üçün kəsilərmiş. Deyilənlərə görə, ən çoxuşaqlı kişi XVII-XVIII əsrdə yaşamış Mərakeş kralı Muley İsmayıl olub. O, təxminən 700 oğul və 340 qız atası imiş.

- Banqladeşdə 1986-cı ildə azyaşlı uşaqların evlənməsi üzrə rekord qeydə alınıb. Nigah vaxtı bəy 11, gəlin isə 3 aylıq olub.

- Əslən livanlı olan və Braziliyada yaşayan Ziyad Yussu Fəzah 54 dildə yazıb oxuyur. O, dünyanın ən çox dil bilən şəxslərindən biri hesab olunur.

- Dünyada ən böyük kitab Fransanın Tuluza şəhərindədir. Çəkisi 8 ton, ölçüsü isə 3×4 metrdir. Onun hər birisi 200 kiloqram olan 30 səhifəsində müxtəlif hekayə, maraqlı əhvalat, elm və texnikaya aid məqalələr nəşr edilib.

- Dünyada ən böyük atlas Berlin dövlət kitabxanasında saxlanılır. Atlasın hündürlüyü 1m 70 sm, eni isə 2 m 20 sm, yaşı 200 ilə yaxındır.

- Ən qısa məktub Viktor Hüqoya məxsusdur. Hüqo “ Səfillər” kitabının naşirə necə təsir etdiyini bilmək üçün ona yazmışdı: “?”. Naşirin cavabı isə “!” olmuşdu.

- Ərəbistanda bitən bəzi kolları yerli əhali gülüş ağacı adlandırır. Belə ki, onun meyvəsindən yeyən adam dərhal gülməyə başlayır və bu gülüş yarım saat davam edir. Həmin kolun meyvəsindən diş ağrısı zamanı istifadə edilir.

- Azərbaycanın böyük söz ustası Nizamı Gəncəvinin tam və dəqiq adı belədir: Nizami Əbu Mühəmməd Nizaməddin İlyas ibn Yusif ibn Müəyyəd Gəncəvi.

- “Qurani-Kərim”də ərəb hərfləri 321583 dəfə işlədilib. Kəlmələrin sayı 77389, ayələrin sayı 6666-dır.

- Çox danışmaq üzrə birincilik 5 yaşından 10 yaşına qədər uşaqların payına düşür. Onlar gün ərzində 14 mindən çox söz tələffüz edirlər. İkinci yer isə səfərdən qayıtmış matroslarındır. Üçüncü yeri 18-25 yaşına qədər olan gənclər tuturlar. Onlar gün ərzində 10 min söz tələffüz edirlər.

- Hazırda dünyada ən böyük ailə Çilidə yaşayır. 65 yaşlı Leontina Albinanın 1981-ci ildə sonuncu 55-ci uşağı olub. Onun əri Sekunda Albianın dediyinə görə, 1943-cü ildə evləndikdən sonra onların 5 dəfə 3 əkiz uşaqları doğulub. Hazırda uşaqların 40-ı (24 oğlan və 16 qız) sağ-salamatdır.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: sedan     Baxış sayi: 790     11.10.2011
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Düşündürücü... 20 milyon quş elektrik cərəyanı vurmasından ..
Sevgi Mektebi 35 bolum Bəlkə bir gün
Aygün Kazımova azyaşlı rəfiqələri ilə gec.. “Hollivud”un 42 yaşlı ulduzu hamilədir
Uşağı qəfəsə salıb kinoya getdilər Ledi Qaqanı əsəbləşdirən öpüş
Statuslar Ibrət alanlar üçün
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 3
    Qonaqlar: 120
    Cəmi: 123
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    amibak
    meley0001
    sensen
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117105
    Sayğaclar



    Mp3 yukle