SON SÖZ(REAL)-1.BOLUM
13.04.2014   Bölmə: Sevgi
SON SÖZ(REAL)
Bu hekayə real həyaatda baş vermiş hekayədir.Adlar və bəzi nüanslar dəyişdirilib.Ara-sıra əlavə edəcəyim əlavələr hadisələrin gedişatına heç bir təsir göstərməyəcək.
Proloq
Yanvar,2013-cü il.Bakı...
Kresloda əyləşib gözlərini bomboş televizorun qapqara ekranına zilləmişdi.Ortalığa çökən “ölüm səssizliyi” onun hal-hazırki vəziyyətinə tam uyğun idi.Gözlərindən 2 damcı yaş gilələnib tüklənmiş üzünə yuvarlandı.
Birdən çevik hərəkətlə ayağa qalxdı.Gözlərini yumub əllərini yumruqladı.Dərindən nəfəs alıb gözlərini geniş açdı.Tünd qəhvəyi gözləri narahatçılıq və gərginlik içində “çabalayırdı”.
Ağır-ağır addımlarla zalı təkr edib dəhlizə çıxdı.Evdə ondan baş heç kim yox idi.Gözlərindəki soyuq ifadə ilə qapıya kilidləndi.
Elə bu zaman zəng çalındı...
1-Cİ BÖLÜM
Mart,2007-ci il.Bakı...
O, səhər yeməyini qəbul edib otağına çəkildi.Klassik iş geyimi-dizə qədər qara yubka, ağ köynək ilə güzgünün qarşısına keçib sadə makiyaj etdi.Çantasını yoxladıqdan sonra otaqdan zala keçdi.
15 dəqiqədən sonra metro qatarında idi.Qardaşını məktəbə buraxaraq işə yollanırdı.
“Adım Fəxriyyədir.Evin böyük övladıyam.22yaşım var.Məndən kiçik-16 yaşlı Aysu, 9 yaşlı Murad adlı bacı-qardaşım məktəblidirlər.Atam Malik bəy Polis polkovniki kimi çalışır.Anam...Canım, dümyam anam...Onu itirmişik...Qardaşım doğulandan 3 il sonra aşkarlanan döş xərçənginin müalicəsi müsbət nəticələr vermədi.Xalam sağ olsun, bizə arxa-sayaq olub bu vaxta qədər.Atam anamın ölümü ilə sanki soldu.Onu həyata qaytaran bibimin məsləhətləri olmuşdu.Özündən 5 yaş böyük bacısını diqqətlə dinlədikdən sonra bizimlə yaranmış problemi də çözməyə başladı...
Ailəmiz orta hallı ailələrdəndir...
Özüm haqqımda danışım da bir az... Boyum 165-ə güclə çatır.Açıq şabalıdı saçlara, ala gözlərə sahibəm.Eynən anam kimi.Atam hər dəfə mənim gözlərimə baxdıqda anamı görürdü sanki.Üz cizgilərimdən yarıbayarıyam demək olar ki.Xasiyyətimi tam bilmirəm, amma ürəyiyumşağam.İnsanlara yardım əlimi uzatmağı sevirəm...”
Fəxriyyə metrodan çıxıb dayanacağa yaxınlaşırdı ki, uzaqdan şütüyən avvtobusu görüb gülümsədi.
“N”Bankı...
O, qapını yüngülcə taqqıldatdı.İçəridən “Gəlin” eşidildi.Qapıçı açıb içəri girdi.
-Buyurun, İmran müəllim....
Saçları ağarmağa başlayan İmran rahatlıqla əyləşdiyi kürsüyə söykənib hiyləgərcəisnə təbəssüm etdi.
-Demək belə, Anar!...Sənin də bildiyin kimi Fəxriyyə xanımın 1 həftəlik məzuniyyəti bitdiyinə görə işinin başına qayıdır bugün...
Anar tünd qəhvəyi gözlərindəki qığılcımla gülümsəyib dedi:
-Bəli, İmran müəllim, bilirəm...Mən onun qoltuğu nu özünə qytarıram...
-Amma?!...
Anardan cavab çıxmadığını görüb ayağa qalxdı.Ona yaxınlaşıb əllərini çiyninə basdı.
-Sən bugündən Sənəm xanımın şöbəsinəkeçirsən....
Anar kabinetdən çıxıb pilləkanlarla aşağı enməyə başladı...
Noyabr, 1982-ci il.Azərbaycan SSRİ-si...
“N” rayonu...Yağış dayanmadan sürətlə yağırdı...
Pəncərə önündə “yağışın rəqsi”ni izləyən gən qızın gözləri dolub daşırdı...
-Sənəm!!!...
Atasının qışqırığını eşidən Sənəm titrəməyə başladı...
Mart, 2007-ci il.Bakı...
Fəxriyyəona uzadılmış əli sıxıb gülümsədi.Anar da qarşılıq verdi.Fəxriyyə onun baxışlarında ilişib qaldı bir anlıq.Anar da sanki bundan həzz alırmış kimi gizli kinayə ilə gülümsünüb ona baxdı.
İmranın cod səsi onlarıbir-birindən ayırdı.
-Çox gözəl!....İndisə işinizin başınıza!...
Artıq günorta idi.
Fəxriyyə hər dəfə gözlərini yumub açdıqda o gözlər gəlib dururdu gözünün önündə.
“Nə oldu axı mənəbirdən?!...Adicə bir baxış idi də..Off, Fəxriyyə, oofff!..Özünə gəl!...”
Başını qaldırıb iş yoldaşlarına baxdı.
-Hə,Fəxriş, danış görüm...
Fəxriyyə əlindəki kağızı qovluğa buraxıb təəccüblü səslə soruşdu:
-Nəyi danışım, ay qız?! Səhərdən bəri çənə vururam da!...
-Yooox, Fəxriş, onu demirəm eee...Həyatında təzə hadisə-filan varmı?!...
-Fidan, mən Berlinə bibimgilə getmişdim, day sevgi söhbətlərinə yox!...
Fidanın ona “şübhhəli” baxışlarına başını bulayıb nəsə deməyə çalışırdı ki, onlarla bir kabineti bölüşən Nicatın qəhqəsi eşidildi.
-Fəxriş, məsləhət görmürəm...Fidan başna bəla ola-ola gedəcək, mən dən dməsi!...
-Sən-özünübəyənmiş Nicat bəy, heç qarışma!...
-Xeyir ola?! Bəlkə qatıq qaradır, xəbərim yoxdur mənim?!...
Fəxriyyə gözlərini qıyıb Nicatla Fidanın bir-birlərinə zillənən baxışlarını iləyib masa arxasından qalxdı.
Onun gedişindən nə Nicatın xəbəri oldu, nə də Fidanın.Elə hey bir-birlərinə qanlı-qanlı baxırdılar.
-Nicat, işin-gücün yoxdur sənin?!..
-Nç, nç, nç...
-Əla!...
Fidan ayağa qalxıb qovluğu da əlinə götürdü.Nicatın masasına yaxınlaşıbonun düz burnunun qarşısına atdı.
-Al, bu da sənə iş!...
Fəxriyyə liftə yaxınlaşıb düyməni basdı.Nicatla Fidanı xatırlayıb ixtiyarsız gülümsədi.
Liftin qapısının açılması ilə Anarın içəridən çıxması bir oldu.Fəxriyyəni görüb ona yaxınlaşdı.Fəxriyyə isə yenə onun gözlərində özünü az qala itirirdi.Anar bunu sezib ona daha da yaxın dayandı.
-Fəxriyyə xanım, məndən qorxmağınıza ehtiyac yoxdur...
Anarın səsi ilə özünə qayıdan Fəxriyyə tez gözlərini ondan çəkib liftə girdi.
Anar başını bulayıb alt dodağını dişlədi.
“Demək belə, Fəxriyyə!...Mənə qarşı gəlmək fikrindəsən, hə?!...”
“Mən-Anar...Özüm haqqımda nə danışım axı?!..Heç nə bilmirəm onsuz da...Kiməm, nəçiyəm, hansı xarabanın yetimiyəm-heeççç bilmirəm!..Bildyim tək şey bu yaxınlarda 25 yaşımın tamam olmasıdır, bu qədər!...Etiraf edirəm, yaraşıqlıyam, qızları yoldan çıxartmaq mənim adətimdir də, neyləyə bilərəm axı?!...”
Fəxriyyə hələ də anlamaqda çətinlik çəkirdi.Axı nə olmuşdu ona?! Niyə təzəcə tanış olduğu adamı görəndə titrəyir?!Niyə onun gözlərinə baxmaqdan çəkinir?!...
Liftdən çıxanda Sənəmin ona doğru addımladığını görüb dayandı.
“Qadın deyil, rəsmən buzdur, BUZ!!!...”
Artıq axşam düşmüşdü...
Kimisi evinə, kimisi isə kefinə gedirdi.
Anar qapının zəngini basıb gözlədi.Pəncəyini əlində tutmuşdı.Qaapının açılması ilə özünün içəri soxması bir oldu.Qızı divara dirəyib vəhşi ehtirasla onun dodaqlarını öpməyə başladı.Boynunu öpməyə başlayanda qız ehtirasla adını çəkdi.
-Anar...
-Sus, Ləman, onsuz da it kimi yorulmuşam,-deyib təkrar öpməyə başladı.
Ləman onun köynəyinin düymələrini açıb bədənini köynəkdən azad elədi.Ayaqlarını onun belinə dolayıb qolları ilə boynunu qucaqladı.Anar onu divardan aralayıb öpüşlərlə yataq otağına apardı, çarpayıya buraxıb özü də ağırlığı ilə onun üstnə yıxıldı.Əynindəki paltarı çıxardıb döşəməyə atdı...
Gecədən xeyli keçmişdi.Ləman yataqda dirsəklənib Anara baxdı. Əlinin tərsi ilə onun yanağını sığallayıb soruşdu.
-Nəyin var sənin?! Bugün nədənsə çox yorğun görsənirsən...
-Ləman, sənə qalmayıb, aydındır?!...
Anarın kobud cavabı onu kədərləndirsə də, zorla gülümsədi.Əyilib sinəsini öpməyə başladı.Anar gözlərini tavana zilləyib yumub açırdı.Niyə belə idi, heç özü də anlamırdı.
P.S.1)Xahiş edirəm, 3-4 bölüm səbr edin,özünüz hər şeyi başa düşəcəksiniz...
2)İnboxda məni yolmaq fikrində olanlar Nəzərə alın ki, hekayə realdır... oxumaq istemeyen oxumasin..
18 yerleri var olacax da..
loading...
 (Səs sayı: 0)
Müəllif: lalem     Baxış sayi: 1190     13.04.2014
Təşəkkür edənlər (2) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Sevgi Testi (Çox maraqli) BEZEN O QEDER TENHALASHIRAM KI....
Vəfasız Niyə küsdün, niyə yar?
Səndən 3 hərf istədim sadəcə - E Ş Q Sevməyi öyrənmək.....
Seni Sevmək bilirsənmi nədir? Mən həyatı səninlə yaşadım
Hər gecə sənsiz sənə həsrət INSANLIQ UCUN 1 goz yawi!!!!
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Cavid_Necefov
Qısa məlumat

Yarışma Qalibi Aktiv olduğuna görə Yarışma Qalibi Seçilmiş istifadəçi Yarışma Qalibi Sevilen istifadəçi Yarışma Qalibi Super Aktiv
Cavid_Necefov
: qiymət: 0
Tarix: 13.04.2014 | # 6
men bawa duwurem evvelinden uje yeni maraqli olacagini hiss edirem)) ellerine sağlik




 

lemka
Qısa məlumat
lemka
: qiymət: 0
Tarix: 13.04.2014 | # 5
MARAQLI GELDU





 

lalem
Qısa məlumat
lalem
: qiymət: 0
Tarix: 13.04.2014 | # 4
az onceden tedbir gorurem



Roys09
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
Roys09
: qiymət: 0
Tarix: 13.04.2014 | # 3
MaraqlıdıR!





 

ayan9
Qısa məlumat
ayan9
: qiymət: 0
Tarix: 13.04.2014 | # 2
maraqlıdır



lalem
Qısa məlumat
lalem
: qiymət: 0
Tarix: 13.04.2014 | # 1
he realdi super hekayedi 1-2 bolumden sonra deyeceksiz hamisin birden ver
sadece mentiq lazimdi qatib qariwdirmamaga




Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 181
Cəmi: 185
Bu gün saytda olanlar

Hal-hazırda saytda
arabchonka
ayawka
C_A_M_A_L
Darixanurekk
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113851
Sayğaclar



Mp3 yukle