Mayın ilk günü hava necə olacaq?
01.05.2014   Bölmə: Azərbaycan
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.

Temperaturun gecə 10-14°, gündüz 20-24°, Bakıda gecə 11-13°, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütununda 756 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 9-14°, gündüz 24-29° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir.

Temperatur gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 8-13°, gündüz 19-24° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 10-15°, gündüz 23-28° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq.

Temperaturun gecə 10-14°, gündüz 20-25° isti, dağlarda gecə 10-14°, gündüz 15-20° isti olacağı gözlənilir.

loading...
 (Səs sayı: 0)
Müəllif: lalem     Baxış sayi: 749     01.05.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Cəbhədən son xəbər Bu günün hava proqnozu
"Kəpəz" TV Dostluq kubokuna layiq görüldü SSRİ Dövründə Bakının Fərqli Yerlərində ..
Bu günün hava proqnozu Bu günün hava proqnozu
Həftəsonu üçün hava proqnozu Əli Həsənov: Ermənilər böyük itki verib –..
Bu günün hava proqnozu Ermənistanda fəxri ad almış azərbaycanlılar
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
eEMIL
Qısa məlumat
eEMIL
: qiymət: 0
Tarix: 01.05.2014 | # 5
lap yaxwi





 

KEPENEK84
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə
KEPENEK84
: qiymət: 0
Tarix: 01.05.2014 | # 4
bu gun esl yay havasidir.




 

ayan9
Qısa məlumat
ayan9
: qiymət: 0
Tarix: 01.05.2014 | # 3
Təşəkkürlər məlumata görə



cazibe
Qısa məlumat
cazibe
: qiymət: 0
Tarix: 01.05.2014 | # 2
hava bu gun yaxwidir.



Roys09
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
Roys09
: qiymət: 0
Tarix: 01.05.2014 | # 1
Hava əladır...





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 153
Cəmi: 155
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Gregorydiene
polemick
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114450
Sayğaclar



Mp3 yukle