Göz yaşları
10.05.2014   Bölmə: Şerlər


Axma belə, göz yaşlarım,
Gizlən yenə əvvəlkitək.
Gözlərimdən ürəyimə
Gedən yolla qayıt geri.
Ürəyimin sən isimli
Ümmanına qayıt geri.
O ümman ki, sahilindən
Bir kimsənin xəbəri yox.
Sakit-sakit ləpəsindən
Bir kimsənin xəbəri yox.
O ümman ki, ürək adlı qayasına
Çırpıldıqca nalə çəkən dalğasından
Bir kimsənin xəbəri yox.


Axma belə, göz yaşlarım.
Sən axdıqca alçalıram,
Əzilirəm, kiçilirəm.
Damla-damla axdıqca sən,
Damla-damla əriyirəm.
İstəmirəm qarşımdakı görsün səni.
İstəmirəm heç özüm də görəm səni.
Axma belə, göz yaşlarım, qayıt geri.
Ürəyimin sən isimli
Ümmanına qayıt geri.
Bir kimsənin bilmədiyi
Duymadığı, görmədiyi
O ümmana,
O ünvana,
Öz yuvana qayıt geri....
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 790     10.05.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Sərxan Gəncəlidən Çox təsirli şer Biz öldük
Əllərim.. Gozel bir seir
AXI O gözlərə baxmaram...
Qara Gozlu Dostlarim (sizin ucun) (N.H)
Yürek Ayrılmaz __Rəssama vəsiyyət__
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
ayan9
Qısa məlumat
ayan9
: qiymət: 0
Tarix: 10.05.2014 | # 1
Axma belə, göz yaşlarım,
Gizlən yenə əvvəlkitək.
Gözlərimdən ürəyimə
Gedən yolla qayıt geri.
Ürəyimin sən isimli
Ümmanına qayıt geri.
O ümman ki, sahilindən
Bir kimsənin xəbəri yox.
Sakit-sakit ləpəsindən
Bir kimsənin xəbəri yox.
O ümman ki, ürək adlı qayasına
Çırpıldıqca nalə çəkən dalğasından
Bir kimsənin xəbəri yox.



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 81
Cəmi: 85
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Fereagine
GemRulkylem
GreabIllelL
PeawJeway
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116416
Sayğaclar



Mp3 yukle