Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı
15.05.2014   Bölmə: Tərbiyə


Uşaqlarınız arasında qardaş-bacı qısqanclığı varsa nə etməlisiniz?

Əvvəlcə bunu unutmayın ki, əgər uşağınızda qısqanclıq müşahidə edirsinizsə onu buna görə cəzalandırmayın, duyğularının haqlı və normal bir duyğu olduğunu qəbul etməlisiniz. Uşaqdan böyük olmasını tələb etməyin. Ondan ən qiymətli oyuncaqlarını, ən sevdiyi ailə fərdlərini, otağını paylaşmasını gözləməyin. Çünki bunu tələb edirsinizsə uşağınıza əvvəlkindən daha çox diqqət və sevgi göstərməlisiniz. Amma artıq ailəyə ikinci uşaq gəlib və onun da diqqət,qayğı və sevgiyə ehtiyacı vardır. Bu vəziyyətdə böyük uşağa əvvəlkindən daha cox vaxt ayırmaq çox çətin olur.Uşaq artıq qarşılığında daha yorğun, onun nazı ilə daha az oynayan bir ana, daha az diqqər ayıran bir ata görür. .Eyni şərtlər bizə də təqdim olunsaydı , biz də bu dəyişikliklərdən narazı olardıq. Bunun səbəbkarını yeni ailəyə gələn uşaqda görürlər . Bu zaman onunla çox ünsiyyət qurun və onun halını anladığınızı göstərin:"Başa düşürəm səninlə daha az oyun oynayıram və bu sənə pis təsir edir.","Balaca qardasın (bacın) qədər çox ağlayır deyilmi, istədiyin kimi səninlə oyun da oynamır. Amma bir az səbirli olsan qardaşının (bacının) böyüdüyünü görəcəksən və o səninlə oynaya biləcək"

Uşağınızın körpəni rəqib görməməsi üçün bəzən analar "sən böyüksən”, "o balacadı” və s bu kimi ifadələr işlədirlər. Amma bunu sözlə deməklə uşağı özündən kiçik bacı və ya qardaşının başa düşəcəyini gözləməyin. Bunun əvəzinə onun böyük olduğunu əməldə göstərməsinə kömək edin. Balacanın altını təmizləməsində, onu yedizdirməsində və s bu kimi hərəkətləri etməklə uşağınız balacanın ondan asılı olduğunu görəcək və bu qısqanclıq duyğusu azalacaqdır.

Arada böyük uşağınızla təkbətək zamanda bir az gəzintiyə çıxın. Onun köpəli oyuncaqlarına,geyimlərinə birlikdə baxın, onunla necə oynadığınızı danışın.

Unutmayın ki qardaş-bacı qısqanclığı hər uşağın yaşayacağı normal bir duyğudur. Əsası odur ki, siz öz uşağınızı anlamalı və ona bu hislərini düzgün istiqamətlənməsi üçün kömək etməlisiniz.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 2417     15.05.2014
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Uşağın tərbiyəsi sahəsində ata- ananın və.. Uşaq çimməkdən qorxur. Nə edim?
Valideynlərin nəzərinə! Solaxaylıq qüsur dey.. Uşağınıza müstəqillik verin
Qiz övladi Sonu felaketli Öpüş.
Davamlı nəsihətlə problemi həll edə bilməzs.. Uşaqlar niyə yalan danışırlar?
Oxumaga deyer anlayana.. Uşağı güvəcə öyrəşdiririk
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
zakkuw
Qısa məlumat

Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Yarışma Qalibi Seçilmiş istifadəçi Aktiv olduğuna görə Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə Yarışma Qalibi
zakkuw
: qiymət: 0
Tarix: 15.05.2014 | # 3
mende qardawimi qisqaniram ama onu dunyalar qeder cox istiyirem




 

Cavid_Necefov
Qısa məlumat

Yarışma Qalibi Aktiv olduğuna görə Yarışma Qalibi Seçilmiş istifadəçi Yarışma Qalibi Sevilen istifadəçi Yarışma Qalibi Super Aktiv
Cavid_Necefov
: qiymət: 0
Tarix: 15.05.2014 | # 2
uwaqlar arasinda ferq qoyulmasa qisqancliqda olmaz,melumat ucun tewekkur




 

ayan9
Qısa məlumat
ayan9
: qiymət: 0
Tarix: 15.05.2014 | # 1
Məlumata görə təşəkkürlər



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 105
Cəmi: 105
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116418
Sayğaclar



Mp3 yukle