Azərbaycanlı müğənnilər Somaya yardım edəcəklər | www.Sun.az
Azərbaycanlı müğənnilər Somaya yardım edəcəklər
21.05.2014   Bölmə: Azərbaycan



Nisə Qasımova 1 aylıq Prezident Təqaüdünü yardım fonduna bağışladı.

Xəbər verdiyimiz kimi, Türkiyədə Soma faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanılıb.

Sun.Az xəbər verir ki, bu kampaniyada ölkəmizin dövlət və incəsənət sahəsində çalışan insanları da iştirak edir. Artıq bir neçə millət vəkili yardım fonduna müəyyən qədər vəsait köçürüb.

Bunun ardından xalq artisti Nisə Qasımova, əməkdar artistlər Cavanşir Məmmədov, Tünzalə Ağayeva, müğənni Əlikram Bayramov da bu kampaniyaya qoşulmaq qərarını açıqlayıblar.

Xalq artisti Nisə Qasımova bir aylıq Prezident Təqaüdünü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım fonduna bağışlayıb.

Hal-hazırda Türkiyədə olan əməkdar artist Tünzalə Ağayevanın prodüseri Yalçın bəyin Oxu.Az verdiyi məlumata görə, Tünzalə xanım nə qədər maddi vəsait ödəyəcəyi barədə açıqlamanın tərəfdarı deyil.

Əməkdar artist Cavanşir Məmmədov mövzu ilə əlaqədar Oxu.Az-ın müxbirinə bunları deyib:

“Mən də yardım kampaniyasına qoşulmuşam. Artıq yardım fonduna pul köçürmüşəm. Lakin məbləği açıqlamaq istəmirəm, bu, mənim fiziki şəxs kimi haqqımdır”.

Müğənni Əlikram Bayramov da ödəyəcəyi məbləğin gizli saxlanmasının tərəfdarı olduğunu söyləyib:

“İki gün ərzində yardım fonduna pul köçürəcəyəm. Yəqin ki, bu kampaniyaya qoşulan həmkarlarımın sayı artacaq. İmkanım dairəsində, gücüm nəyə çatırsa, onu da ödəyəcəyəm”.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: karabiber     Baxış sayi: 859     21.05.2014
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Düşmən atəşkəsi pozmaqda davam edir Bahar Azərbaycana martın 20-də qədəm qoyacaq
Bu ölkəni 127 idmançı təmsil edəcək ƏLVİDA SUN DOSTLAR ƏLVİDA
Bakıda apteklərin yeni — FIRILDAĞI FOTO Rusiya Suriyanı bombalamaqla Azərbaycana da mesa..
Manaf Ağayev Taksimdə Xocalı aksiyasına qoşul.. "Eurovision" təmsilçimizin toyundan fo..
Gülər Əhmədova işə çıxdı Mövsümü “Qarabağnamə” ilə bağlayacaqlar
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Cavid_Necefov
Qısa məlumat

Yarışma Qalibi Aktiv olduğuna görə Yarışma Qalibi Seçilmiş istifadəçi Yarışma Qalibi Sevilen istifadəçi Yarışma Qalibi Super Aktiv
Cavid_Necefov
: qiymət: 0
Tarix: 22.05.2014 | # 3
Allah komekleri olsun,olenlerede rehmet etsin




 

eEMIL
Qısa məlumat
eEMIL
: qiymət: 0
Tarix: 21.05.2014 | # 2
lap yaxwi. turkiyede bizde yigirig (telebeler)





 

ayan9
Qısa məlumat
ayan9
: qiymət: 0
Tarix: 21.05.2014 | # 1
Məlumata görə təşəkkürlər



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 97
    Cəmi: 97
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116719
    Sayğaclar



    Mp3 yukle