Azərbaycanda toy adətləri - bəxt güzgüsü, xonça gətirmə
27.05.2014   Bölmə: Adət ənənələr

Bəxt güzgüsü - Toy güzgüsu
Böyük nişan mərasiminin nişantaxdı toyu zamanı oğlan evindən qızgilə bəxtgüzgüsü adlanan güzgü gətirilir. O sonra gəlinapardı toyunda gəlin çırağı ilə yanaşı yolboyu qızın qabağında və ya sol tərəfində oğlan yengəsi, yaxud qız soldışının əlində gəzdirilir. Onun ətrafı qırmızı parça ilə haşiyələnir, hündürlüyü 60-65 sm., eni təqribən 40-45 sm.-ə çatır. Gügü əsas etibarilə, paltarkəsdi, xınayaxdı toyları və kəbinkəsdi mərasimində nişanlı qızın qarşısına qoyulur və hər tərəfində bir şam yandırılır. Ona baxan gəlin, guya gözdolusu "gələcək ağ günlərini" görür, güzgü onun önündə aparıldıqda isə "cəmi xəta-bəladan, bədnəzərdən" qorunur.

El-oba inamına görə, suda və güzgüdə əks olunanlar, insanın oxşarı sayılır. Odur ki, bir vaxtlar bu "can və tale güzgüsü"nə baxdıqdan sonra hökmən onu öpmüşlər. İndiki toylarda da ər evinə yollanan gəlin bəxt güzgüsünü öpüb onu oğlan yengəsinə tapşırır.

Gərdək gecəsi, adət üzrə, bəy ilə gəlin bu güzgüyə eyni vaxtda baxmalıdırlar. Bəy ilə gəlinin güzgüyə birgə baxması onların həm bu güzgüdə, həm də gerçəkdə can-ruhlarının bir-birinə qovuşması, birləşməsi deməkdir.

İnanclara görə toy günü güzgü sınarsa, evlənənlər tez bir zamanda ayrılar, ya da evlənlərdən biri tezliklə ölər. Ona görə də bütün toylarda gəlin güzgüsü göz bəbəyi tək, ciddi-cəhdlə qorunur.

Bu güzgü ayrı-ayrı yerlərdə "bəxt aynası", "gəlinlik güzgüsü ", "nişan güzgüsü", "tale güzgüsü" də adlanır.

Xonça gətirmə
Toyun əsas atributlarından biri içində ayrı-ayrılıqda pal-paltar, zinət əşyaları və şirniyyat yerləşən bağlam – xonça gətirmədir. Boğçadan fərqli olaraq, onun əsasını dördbucaq şəkilli qalın parça, yaxud ağacdan yonulmuş tabaq və ya dəyirmi metal lövhə, bəzən qızılı məcməyi, sonralar isə naxışlı sini təşkil edir. Əşyalar oraya düzüldükdən sonra o, al qırmızı zərli saçaqlı və ya alabəzək ipək parça, yaxud tirmə şala bükülür. Ancaq örtüklərin dörd bucağı düyünlənməmiş qalıb sap və ya sancaqla bənd edilir.

Çox vaxt başlarda aparılan bu bağlamalar həm tərkibi, həm zahiri görünüşü, həm də ünvan sahiblərinə görə bir-birindən fərqlənirlər.

Xonçaların böyüyünü evin və ya masanın ortasına qoyur, kiçik xonçaları isə, sayından asılı olaraq böyük xonçanın ətrafına düzürlər. Qaydaya görə, toy şənlikləri zamanı onların üstünə on ikidən artıq olmayan rəngarəng şamlar düzülür.

Məlum olan ənənəvi yemək və paltar xonçalarının adları bunlardır: "ağxonça", "bayramxonçası", "bəy xonçası", "bəzəkxonçası", "çərşənbə xonçası", "gəlin xonçası", "qəndxonçası", "xızır xonçası", "xınayaxdı xonçası", "xuşkəbər xonçası", " nişan xonçası", "novbahar xonçası", "nübar xonçası", "sərpayı xonçası", "şirinxonça / şirniqabağı xonça / şirni xonçası", "toy xonçası", "üzükxonçası", "yeddilövünxonçası", "yengəxonçası" və s. Borçalıda bu bağlamaya "xon", Qazaxda isə "bağlanc" deyirlər.

Nişandan sonra qız kimin toyuna, nişanına gedərsə, onun adına oğlan evi tərəfindən xonça gətirirlər. Məclisdə qızlar bir tərəfdə otururlar. Qayınana əlində xonça oynaya-oynaya məclisə girir və gəlininin qabağına gəlir. Alnından öpüb onu qaldırır və xonçanı onun yerinə qoyur. Qaynana gələcək gəlinini oynadır. Bundan sonra baldız, qayın və bəy gəlini oynadırlar.

Oğlan evində Novruz və digər xalq bayramları şərəfinə nişanlı qızlara aparılan və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasına "ağ xonça" deyirlər. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, içində rəngli şamlar yandırarlarmışlar. Onun başqa adı "bayram yemişi", "görəlgə" və "novruzpayı"dır.

Üzük xonçası
Böyük nişan mərasimində qızgilə aparılan xonçalar arasında içində saçaqlı baş yaylığı şal və nişan üzüyü yerləşdirilmiş nişan xonçasına üzük xonçası da deyirlər. Oğlanın əmisi, yaxud doğma dayısının apardığı bu xonçaya, şal və üzüklə yanaşı noğul-nabat da düzülür. Bu xonça indiki Abşeron toyları üçün daha səciyyəvidir. Lənkəranda isə nişan üzüyünü həmin xonçaya qoyulmuş bir balığın ağzına keçirirlər. Bu da bərəkət, uğurlu nigah , uzunömürlülük arzusu ilə bağlıdır. Xonçanın başqa adı "nişanbaxtı"dır.

Haxışda /Haxışta
Naxçıvan diyarında çaldırılan toy-nişan məclislərində qız evində cavan qız-gəlinlər "haxışta" adlı halay sayağı rəqs ifa edirlər.

8-12 iştirakçıdan ibarət olan iki dəstə cərgə ilə qabaq-qabağa dayanıb əl-ələ tuturlar. Sonra ifaçılardan biri sonu "haxışda" kəlməsilə bitən bir bayatı oxuyur, o birilər bu sözü təkrar edərək əl çala-çala, oynaya-oynaya qarşı cərgəyə, oradan da əks cərgəyə keçirlər. Oxuya bilməyən sıradan çıxmalı və bir ayaq üstə atılıb-düşərək rəqs etməlidir.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: ayan9     Baxış sayi: 6875     27.05.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Adətə görə süfrəyə "s" hərfi ilə başlaya.. Maraqlı və qeyri-adi yemək - Adətləri
Səməninin hazırlanması mədəniyyət
Fərqli inanclar Salamlaşma
Toy gecəsinin qəribəlikləri: sivil insanı şo.. novruz bayraminiz mubarek
Dünya xalqlarının doğuş mədəniyyəti Burada evli qadını yoldan çıxaran kişini... -..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
canim
Qısa məlumat
canim
: qiymət: 0
Tarix: 16.07.2014 | # 8
BUTUN SUBAY QIZLARA QISMET OLSUN INSALLAH icindi,lalem,miwkaa,sen_efesimsen,nadejda_lyubvi olmaq seertile



Kimise qovmaq isteseniz evvelce redaktorlardan bawlayin.Lalem demiwken bu sayt hecvaxt 1-ci olmayacaq.

 

ufuq
Qısa məlumat
ufuq
: qiymət: 0
Tarix: 10.06.2014 | # 7
twk



Bir gun bala meymun oz anasindan sorusur. Ana biz niye bu gundeyik??????? Anasi deyir.....Biz hele yaxsiyiq,gor bunu oxuyan ne gundedi.

 

canim
Qısa məlumat
canim
: qiymət: 0
Tarix: 01.06.2014 | # 6
tesekkurler



Kimise qovmaq isteseniz evvelce redaktorlardan bawlayin.Lalem demiwken bu sayt hecvaxt 1-ci olmayacaq.

 

gumuw
Qısa məlumat
gumuw
: qiymət: 0
Tarix: 31.05.2014 | # 5




ayan9
Qısa məlumat
ayan9
: qiymət: 0
Tarix: 31.05.2014 | # 4
maraqlidir - - - - -



Miwkaa
Qısa məlumat

Ayın Qalibi Xəbərlər Üzrə Yarışma Qalibi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Şərhlər üzrə Aktiv olduğuna görə
Miwkaa
: qiymət: 1
Tarix: 29.05.2014 | # 3






 

Xeyale_
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Sevilen istifadəçi
Xeyale_
: qiymət: 0
Tarix: 28.05.2014 | # 2
MAraqli melumatdi twk



Hər kəs insanlığı dəyişdirməyi düşünər. Amma kimsə əvvəl özünü dəyişdirməyi düşünməz.( V.Hugo )

 

zakkuw
Qısa məlumat

Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Yarışma Qalibi Seçilmiş istifadəçi Aktiv olduğuna görə Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə Yarışma Qalibi
zakkuw
: qiymət: 1
Tarix: 27.05.2014 | # 1
maraqliydi butun subaylara qismet insAllah




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 5
    Qonaqlar: 123
    Cəmi: 128
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Agmubmeags
    Agufymeags
    Amhhlmeags
    Anmsqmeags
    Apafrmeags
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116230
    Sayğaclar



    Mp3 yukle