Ani Lorakdan gözəllik və qulluq sirləri
04.06.2014   Bölmə: Gözəllik
33 yaşlı müğənni Ani Lorakı «qığılcım», «od-alov» adlandırırlar. Çox enerjili və gözəl olan bu qadının özünəməxsus sirləri var.

Sun.az Rusiya mətbuatına istinadən tanınmış ulduzun gözəllik sirrlərini təqdim edir:
Rejimi
Səhərim mütləq kontrastlı duşla başlayır. Özü də bacardıqca soyuq su ilə yuyunuram. Əgər yuxudan doymamışamsa, yarıyuxulu da olsa duşa girirəm, bərkdən oxuyuram, hətta qışqırıram. Dərhal adama enerji gəlir.
Bədən dərisinə qulluq
Mütləq həftədə bir dəfə ballı-ərikli skrabla bədənimi sürtürəm. Hər dəfə duşdan sonra bütün bədənimə yumşaldıcı krem çəkirəm.
Kosmetika çantasında nələr var?
Chanel dodaq parıltısı, MAC kirşanı, Yves Laurent-dən korrektor, Lancome karandaşı
Üzə qulluq
Heç vaxt üzünüzə tərkibi məlum olmayan kremlər, kirşanlar çəkməyin. Hər axşam mütləq kosmetika qalığını silin, təmizləyin, sonra yatın. Yoxsa səhər üzünüz yorğun,tutqun, əzgin görünəcək. Üzə qulluğun 3 vacib şərti:
1. Üz və bədənə yaxşı pilinq edin ki, məsamələr açılsın.
2. Çiməndən sonra mütləq üz və bədənə nəmləndirici krem çəkin.
3. Göz üçün korrektoru yanınızdan əskik etməyin. Mən evdən gözümün altına korrektor çəkmədən çıxmıram. Rejimim ağırdır, yuxum az, gözlərimin altını ancaq korrektor gizlədir.
Yuxuya qənaət etməyin
Qadın nəyə qənaət edirsə etsin, yuxuya qənaət etməməlidir. İmkan varsa, saat 11-də yatmağa gedin. Çünki o saatdan başlayaraq dəri dincəlməyə, hüceyrələr yenilənməyə başlayır.
Gimnastikası
Evdə bu proqrama əməl edirəm: 50 dəfə ayaqlarım üçün hərəkətlər, 30 dəfə qarın presi. Yuxudan oyanan kimi yerimdəcə ayaqlarımı qaldırıb endirirəm, ən azı 30 dəfə. Rəfiqəm mənə şpaqat açmağı öyrədib. Arada əzələlərimi şpaqatla açıram. Gimnastikada nəticə onda olur ki, sən onu hər gün edirsən və heç zaman unutmursan.

Pəhrizi
Qastrollarda, çəkilişlərdə qida rejimim pozulmuşdu, ayaqüstü, xüsusən yatmazdan əvvəl yemək bədənimi əldən salmışdı. Özü də piylər həmişə lazım olmayan yerlərdə yığılır. Hər bir qadın bilməlidir ki, o kökələndə birinci və ən çox hansı nahiyəsi piy yığır? Bunu bildikdə həmin nahiyəyə görə hərəkətlər tapmalıdır. Mən pəhriz saxlamıram, məcbur olanda yağlı da yeyirəm, qazlı su da içirəm, şokolad da dadıram.

Bir qızıl qaydam var: heç vaxt doyana kimi, mədəmi doldurmuram. Yatmazdan 3 saat əvvəl yemək və çayımı içirəm. Axşamlar su içmirəm, yoxsa səhərə üzüm şişir. 30 yaşımdan idman zalına getməyə məcbur oldum. Boyum balaca olduğumdan çəkim də az olmalıdır. Hələ ki, press və az yeməklə çəkimi saxlayıram.

Üz maskası
Anamın məsləhət gördüyü resept superdir: təzə çiyələyi əzirsən, üzünə çəkirsən. Bir də xiyar dilimləri... Mən onları yatanda da üzümə, gözümün üstünə, hətta boynuma düzürəm. Nahaq yerə deməyiblər ki, boyun və əllər qadının yaşını göstərir. Əllərə mum çəkməkdən də ötrü də ürəyim gedir.

loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: lalem     Baxış sayi: 1051     04.06.2014
Təşəkkür edənlər (2) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Evdə bədənə qulluq necə edilir? Üzdəki tüklərdən xilas edən maska
Zeytun yağı və limon qarışığının inanılm.. Dəri tipiniz hansıdır?
Qırmızı dodaq boyası necə tətbiq edilir Ebru Gundesin süd diyeti
Qaşlarımız bizə lazımdırmı? Qadınlar diqqət: limonla gözəlləşin
İntihara səbəb olan gözəllik qüsuru Bakı gözəli Yeni il fotosessiyası ilə göz ox..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
canim
Qısa məlumat
canim
: qiymət: 0
Tarix: 23.07.2014 | # 6
tesekkur



Kimise qovmaq isteseniz evvelce redaktorlardan bawlayin.Lalem demiwken bu sayt hecvaxt 1-ci olmayacaq.

 

ayan9
Qısa məlumat
ayan9
: qiymət: 0
Tarix: 04.06.2014 | # 5
Təşəkkür



Xeyale_
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Sevilen istifadəçi
Xeyale_
: qiymət: 0
Tarix: 04.06.2014 | # 4




Hər kəs insanlığı dəyişdirməyi düşünər. Amma kimsə əvvəl özünü dəyişdirməyi düşünməz.( V.Hugo )

 

nika222
Qısa məlumat
nika222
: qiymət: 0
Tarix: 04.06.2014 | # 3
Doğrudan qeseydi aa:)




 

avtos
Qısa məlumat

Aktiv olduğuna görə
avtos
: qiymət: 0
Tarix: 04.06.2014 | # 2
Tsk



zakkuw
Qısa məlumat

Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Yarışma Qalibi Seçilmiş istifadəçi Aktiv olduğuna görə Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə Yarışma Qalibi
zakkuw
: qiymət: 0
Tarix: 04.06.2014 | # 1
maraqliydi twk




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 120
    Cəmi: 120
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117105
    Sayğaclar



    Mp3 yukle