Toyda oynamaq üstündə bıçaqlandılar
08.06.2014   Bölmə: Exclusive



Balakən rayonunda toy məclisi iki nəfərin bıçaqlanması ilə başa çatıb.Hadisə iyunun 6-da rayonun Qazma kəndində Rafiq adlı şəxsin oğlunun toy məclisində baş verib.

Balakən rayonu Qazma kənd sakini, 1978-ci il təvəllüdlü Bayram Muxtar oğlu Vəliyev, 52 yaşlı Həsən Vahid oğlu Mirəliyev və daha bir neçə şəxsin arasında oynamaq üstündə mübahisə yaranıb. Bundan sonra içkili vəziyyətdə olan Həsən Mirəliyev evinə gedib və bıçaq götürərək toy məclisinə qayıdıb. O, oynamaq üstündə mübahisə etdiyi Bayram Vəliyevlə yenidən mübahisə edib və əlindəki bıçaqla onun sağ döş qəfəsinə xəsarət yetirib. Bundan sonra H. Mirəliyev B. Vəliyevin bacanağının anası, 1953-cü il təvəllüdlü Mahizər Abduləziz qızı Quliyevanın qarın boşluğundan daxilə nüfuz edən bıçaq zərbəsi vurub. B. Vəliyev və M. Quliyeva Balakən rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb, müalicələri davam etdirilir. B. Vəliyevin vəziyyəti orta stabil, M. Quliyevanin vəziyyəti isə orta-ağır hesab olunur.

Hadisəni törədən Həsən Mirəliyev ömrünün 33 ilini məhkumluq həyatı yaşayıb və 6 ay əvvəl həbsdən çıxıb. Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H. Mirəliyev saxlanılıb. Faktla bağlı Balakən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
loading...
 (Səs sayı: 0)
Müəllif: karabiber     Baxış sayi: 919     08.06.2014
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Baloglan Eshrefov Gelmeyeceyem Yeni ile sadece bir nece gun qaldi(^_^)
❤️❤️❤️ Gəl xosbəxt olaq Bidənəsi.. MODADELİSİ NİKİ İLƏ MÜSAHİBƏM
Ermənilər əsgərimizi vurdular BAWIN SAG OLSUN AZEBERBAYCANIM
Azərbaycan Əsgəri Narkozda Vətən Mahnıları .. Şəhidlərin dəfnindən ürək dağlayan görün..
Rovsen Tofiqoglu ft Orxan Rovsenoglu Esger Gedirem.. Pis Yedili'de Şok Ayrılıq
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
niqus
Qısa məlumat
niqus
: qiymət: 0
Tarix: 08.06.2014 | # 1
oynamaq əvəzinə birbirinizi biçaqlamayin



"Mən sözləri sevmirəm. İnsan birini sevdisə,edə biləcəyi ən yaxşı şey onu göstərməkdir.."
D:D:

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 76
Cəmi: 77
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Wesleymor
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115489
Sayğaclar



Mp3 yukle