Sürmə və göz qələmini müqayisə etdik
11.06.2014   Bölmə: Gözəllik
Sürmə, Avropalılar üçün egzotik və dəyişik bir makiyaj vəsaiti olsa da bizim üçün yad deyil. Uzun illərdən bəri həm gözəllik vəsaiti həm də gözləri mikroblardan qoruyan yüngül bir dərman olaraq istifadə edilən sürməni yaxından tanıyırıq.
Sürməni gözümüzə sürtməyə çalışarkən, yanağımıza bulaşdırmadan asanca tətbiq edə bilməsək də aramızda böyüklərindən gizli taktikalar götürmüş və sürmə çəkməkdə ustalaşmış olanlar da az deyil.
Sürmə və göz qələmi arasında necə bir fərqlilik olduğu, hansının daha yaxşı olduğu qadınların makiyajla əlaqədar çaşqınlıqda qaldığı mövzulardandır.
Bu çaşqınlığa bir son vermək üçün gözlərimizi diqqətə çarpanlaşdıran və baxışlarımıza məna qatan bu makiyaj vəsaitlərini müqayisə etməyə qərar verdik.

Sürmə və göz qələmi təbii ki eyni şey deyil. İstifadə etdiyimiz göz qələmləri ya kimyəvi ya da bitki mənşəli düsturlarla çıxarılan vəsaitlər və tək məqsədləri gözü çərçivələyərək daha estetik görünməsini təmin etmək.
Sürməyə isə, təbii vəsaitlərdən əldə edilən bitki mənşəli qara bir toz boya deyə bilərik. Sürmə ilk istifadə edildiyi zamanlarda yalnız bir makiyaj vəsaiti deyil, eyni zamanda gözləri günəşin sərt şüalarından və infeksiyalardan qoruyan bitki mənşəli bir dərman idi.

Kosmetik reyonlarında üzərlərində "Sürmə qələmi"(Kajaal liner) ya da "Qələm sürmə " yazan məhsullar, sürmənin köhnə tərifinin müasir versiyalarıdır.
Bu məhsullar göz qələmlərindən fərqli olaraq gözü narahat edəcək maddələr ehtiva etməz, sürmə qədər qara bir rəngə malikdir və göz qapağının iç qisimlərinə də tətbiq oluna bilər.
Bazarda istifadə məqsədi kozmetikanın qabağına kəçən gerçək bir sürmə tapmaq haradasa qeyri-mümkündür.

Daha sağlam bir seçim olmasına baxmayaraq sürməni tətbiqi çox asan deyil.
Əgər gözəl bir pişik göz makiyajı etmək ya da yalnız gözünüzün xəttlərini diqqətə çarpanlaşdırmaq istəyirsinizsə asan sürtülə bilən yumşaq bir göz qələmi sizin üçün daha rahat ola bilər.
Amma dumanlı, hisli və qara bir görünüş yaratmaq istəyirsinizsə, seçiminizi sürmədən yana istifadə edin.

Uzun saatlar günəşdə qalacağınızı bilirsinizsə ya da yorucu və yuxusuz gecələrdən sonra gözlərinizi istirahət etdirəcək bir şey axtarırsınızsa mütləq gözlərinizə sürmə çəkin.
Tələsiyiniz varsa ya da daha tez-bazar bir makiyaj stili sınamaq istədiyinizdə isə göz qələmi istifadə etmək işinizi asanlaşdıracaq.

Pakistanlı qadınların köhnə sağlamlıq və gözəllik təriflərindən birini sizlər üçün araşdırdıq. Bu tərif qarışıq görünsə də etməyə başladığınızda böyüdüləcək bir şey olmadığını görəcəksiniz.
Evdə tətbiq edəcəyiniz bu təriflə tamamilə təbii vəsaitlərdən ibarət olan gerçək bir sürməyə sahib olacaqsınız.
Öz sürmənizi evdə bu təriflə asanca edə bilərsiniz!

Sürmənizi hazırlamadan bir neçə gün əvvəl şüşə bir qabın içində bir qarışıq hazırlamanız lazımdır.
Şüşə qabın içərisinə 100ml gül suyu, 5 qram (1 çay qaşığı) zirinci qarışdırın. Bu qarışığı tamamilə bir-birinə qarışana qədər bir neçə gün gözlədin.
Bu qarışığı gözləri infeksiyadan təmizləmək üçün istifadə edə bilərsiniz. Gündə bir neçə damla gözünüzdəki yüngül allergiyalara və qızarıqlıqlara yaxşı təsir edəcək.
loading...
 (Səs sayı: 1)
Müəllif: lalem     Baxış sayi: 2419     11.06.2014
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Üz təmizliyində edilən 7 səhv Bu ucuz vasitə üzünüzü tər-təmiz edəcək
Ev istehsalı dodaq parıldadıcısının hazırla.. 30 yaşdan yuxarı xanımlar üçün mükəmməl m..
Desik izlerini az muddetde yox etmekk! Qalın qaş modelləri kimlərə uyğundur?
Əgər taxma kiprikdən istifadə edə bilmirsiniz.. Seksual modeldən yeni FOTOSESSİYA
Bu qışın saç modelləri - FOTO Gənc görünmək üçün – Belə etmək lazımd..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
nika222
Qısa məlumat
nika222
: qiymət: 0
Tarix: 11.06.2014 | # 2
Tskler maraqlı melumatdı.




 

canim
Qısa məlumat
canim
: qiymət: 0
Tarix: 11.06.2014 | # 1
gozel



Kimise qovmaq isteseniz evvelce redaktorlardan bawlayin.Lalem demiwken bu sayt hecvaxt 1-ci olmayacaq.

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 137
    Cəmi: 137
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115474
    Sayğaclar



    Mp3 yukle