Arıqlamağın yolları
12.06.2014   Bölmə: Pəhriz


Hər birimiz bilirik ki, idman etmək sağlamlığımız üçün çox faydalıdır. Ancaq idman təəssüf ki, çox vaxt aparan və mütəmadilik istəyən bir məşğuliyyətdir. Çox adam onu davam edə bilmir və yarımçıq saxlamalı olur. Bundan əlavə, kefsiz olduğumuz hallarda idman etmək bizim üçün sadəcə zülüm olur. Təbii ki, burada bəzi istisnalar mövcuddur. Yaxşı ki, idman salonlarında olmadan da bəzi idman hərəkətləri ilə məşğul ola bilmək şansımız var. Bu hərəkətləri evdə oturarkən, televizora baxarkən, işdə ikən rahatca edə bilərsiniz. Bunlara bir nəzər salaq.

Pilləkənlərdən istifadə edin

Pilləkən kalori yandırmaqda önəmli bir köməkçidir. Bundan əlavə, ayaqlarınızı da formaya salar. "Liftə minmək, yoxsa pilləkənlə çıxmaq?" deyə düşünəndə mütləq pilləkəni seçin. Pilləkənlərlə asta-asta mümkün olsa da, siz tempinizi bir qədər artırın və ürək döyüntülərini sürətləndirin. Beləcə, bədəninizdə olan artıq kalorilərdən az-az qurtulmuş olarsınız.


Maşını uzaqda saxlayın

Əgər maşınınız varsa, onu evinizin yanında saxlamayın. Beləcə, özünüzə piyada gəzmək şansı tanımış olacaqsınız. Kiçik bir dəyişiklik olsa da, yeriyərək xeyli kalori sərf edəcəksiniz. Alış-veriş mərkəzlərinə gedərkən maşınınızı bir qədər uzaq yerdə saxlayın və piyada getməyə başlayın. Geri qayıdarkən əllərinizdə yük olduğuna görə daha çox kalori yandırmış olacaqsınız. Özünüz də hiss etmədən əslində idman etmiş olacaqsınız.

Ayaqlarınızı silkələyin

Oturduğunuz yerdə ayaqlarınızı silkələyə bilərsiniz. Ayaqlarınızı istirahət edə-edə, növbə ilə silkələyin. Bundan əlavə, ayağınızı ayağınızın üzərinə aşırın və altda qalan ayağınızı hərəkət etdirin. Sonra isə bunu digər ayağınızla da edin.


Ofisdəki stulunuzu dəyişdirin

İdman üçün toplar olur ki, bunlara pilates topları da deyilir. İş yerinizdəki stullarınızı onlarla dəyişin. Bunun faydası onda olacaq ki, siz onun sayəsində hiss etmədən belə qarın hissənizdəki artıq piylərdən azad olacaqsınız. Gün ərzində topun üzərində sabit otura bilmək üçün çalışacaq və daim hərəkətdə olmuş olacaqsınız. İstəyə bağlı olaraq zamanla topun üzərində bir sıra idman hərəkətləri də edə bilərsiniz. Misal üçün, topun tən ortasında oturun və ayaqlarınızı düz açın. Dizlərinizi bədəninizə doğru çəkin və ayaqlarınızı əvvəlki vəziyyətinə qaytarın.

Tək ayaqüstə durun

Tək ayaq üzərində dayanmağı yoxlayın. Bütün günü bir yerdə tərpənmədən oturmaq adamı bezdirir. Durun və bunu etməyə çalışın. Hər dəfəsində daha uzun müddət tək ayaq üzərində durmağa çalışın. Bundan əlavə, üzərində durduğunuz ayağı da dəyişməyi unutmayın.


Təbiət qoynuna çıxın

Çox adam velosiped sürmək, dağa getmək və s. kimi aktiv hobbiləri xoşlayır. Siz də özünüz üçün xoşlaya biləcəyiniz təmiz hava hobbisi tapın. Həqiqətən sevdiyiniz bir işlə məşğul olsanız, zamanın necə keçdiyini həm hiss etməyəcək, həm də onu edərkən belə idman etdiyiniz üçün qısa müddətdə gözəl nəticələr əldə edəcəksiniz.

Barmaq uclarında durun

Gün ərzində barmaq uclarının üzərində durmağı yoxlayın. Barmaqlarınızın ucuna qədər dikəlin, sonra duruşunuzu düzəldin. Bunu bir neçə dəfə təkrar edin. Bunu paltaryuyan maşınında paltarların yuyulub qurtarmasına bir neçə dəqiqə qalmış onu gözləyərkən və ya televizora baxarkən edə bilərsiniz.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 1351     12.06.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Depressiyaya qarşı pəhriz Qəbizliyə yaxşı təsir edən RESEPT
Pəhriz saxlamadan arıqlamağın üsulu Çiyələk diyeti
Bu qidalar sayəsində sellülitlərdən xilas olu.. Qadınları arıqlamağa qoymayan 10 səbəb
Yaşıl çay içərək arıqla - QAYDALAR Arıqlamaq üçün atılacaq ən mühüm addım h..
Qısa zamanda arıqlamaq istəyənlər üçün ide.. Yay pəhrizi ilə formda qalın
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
arzu200
Qısa məlumat
arzu200
: qiymət: 0
Tarix: 12.06.2014 | # 2
menim ariqlamaga fikirim yoxdur cunku ariqam yenede twk





 

ufuq
Qısa məlumat
ufuq
: qiymət: 0
Tarix: 12.06.2014 | # 1
tesekkur



Bir gun bala meymun oz anasindan sorusur. Ana biz niye bu gundeyik??????? Anasi deyir.....Biz hele yaxsiyiq,gor bunu oxuyan ne gundedi.

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 183
    Cəmi: 183
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117682
    Sayğaclar



    Mp3 yukle