Azərbaycanda toy adətləri - gəlinbəzəmə
24.06.2014   Bölmə: Adət ənənələr

Gəlinbəzəmə
Bu adətə qız evindən toy şənliklərinə ər evinə köçürüləcək gəlin qızın geyindirilib bəzənməsi aiddir.

Adət-ənənəyə görə, yalnız kəbinkəsdi mərasimindən sonra başlanan bu işlə, bir qayda olaraq, el-oba içində məşşatə adı ilə bəlli olan xüsusi bəzəkçi, usta qadın, yaxud qız yengəsi məşğul olur. Toy günü gəlin qız kənar adamların gözünə görünməsin deyə, onu bəzək otağında ipək pərdə, yaxud zərli örpək arxasında oturtdururlar.

Əvvəlcə saçkəsdi tədbiri həyata keçirilir. Burada qızın hörükləri kəsilib cavan gəlinlərə məxsus yeni biçimdə daranır. Bunun ardınca, üzalma , gəlinlik paltarının geyindirilməsi və nəhayət, qızın başı və boyun-boğazının zinət əşyaları ilə süslənməsi icra olunur.

Əski qaydaya görə, gəlin qız öz toyunda başdan-ayağa kimi ancaq oğlan evinin gətirdiyi pal-paltarı geyib, gələcək ərinin ona bəxş etdiyi zinət əşyaları ilə bəzənməlidir. Bu tədbirdə sonsuz və ya yas saxlayan qadın, qırxı çıxmamış zahı və həmzatlı qadınların iştirakına yol verilmir.

Başıbütöv qadın, yaxud qızın yaxın qohumlarından biri ilk əvvəl, qızın başı üstə yaxası açılmamış bəxt köynəyinin yaxasını açır və "bismillah" deyərək, onu qızın başına keçirir.

Sonra gəlinə qırmızı məxmər don, xara tuman və s. paltar geydirilir. Başına "dingə" vurub, üstündən "dördrəng" deyilən ipək yaylıq bağladıqdan sonra onu boğazaltının qarmaqları ilə bəndləyirlər. Ardınca, qızın saçlarına xırda mirvari düzür, qulaqlarına minalı sırğa, barmaqlarına qaşlı üzük, qollarına bilərzik, boynuna həmayıl, gözmuncuğu və mərcan asırlar.

Sinəsinə "qızügül", yaxasına isə "yaxalıq" keçirib, belinə gümüş kəmər (onsuz qız verilməz), varlı ailələrdə "təkbənd" və ya "girvənkə toqqa" deyilən qızıl kəmər və ya dəri zolaq üstünə üç sıra gümüş pul tikilmiş qurşaq, alnına isə yenə üzərinə qızıl və ya gümüş pullar düzülmüş "qabaqlıq" bağlayırlar.

Gəlinin başına parlaq cığcığa tökdükdən sonra, saçlarına, üzünə oğlangildən gətirilmiş gülab və ya ənbər, paltarına isə müşk səpirlər. Qırmızı duvaqdan başqa, gəlin qızın bütün bəzək və toy libası ona geydirilir.

Bu işlər görülən zaman bir subay qız gəlinin sinəsinə güzgü tutur, qız yengəsi tez-tez onun ağzına şirni qoyur, qızın yaxın qohumlarından biri pərdə qabağında qaval çalıb ucadan oxuyur. Bununla inaca görə bədxah ruhlar oradan qovulur.

Elə burada, qızın rəfiqələri və qohumları hər vasitə ilə gəlin qızı əyləndirir, vəziyyətə uyğun oxumalar ifa edirlər. Qız isə pərdə dalında, əsl mənada ərli gəlinlərə məxsus yeni və bəzən tanınmaz bir sifət alırdı.

Bundan sonra o, abır-həya edib axşama qədər xəlvəti bir yerə çəkilib gizlənir, doğma atası, əmisi və dayısının gözünə görünməməyə çalışır. Çox vaxt bəzəmədən sonra gəlin qız yengəsinin evinə aparılıb axşama kimi orada qalır. Onun burada qalması hamıdan gizlədilir və o, yalnız oğlan adamlarının gəlməsi üçün yenidən atası evinə gətirilir.

Bəzi yelərin adətincə, "bəzəmə əməliyyatı" qızın atası evində deyil, onun yengəsi, yaxud qızın dayısı və ya xalası evində keçirilir. Axşam, oğlan tərəfin gəlişinə bir az qalmış, qız gəlinlik taxtına çıxarılır və atası ilə halallaşır. Bundan sonra onun izni ilə anası tərəfindən başına duvaq salınır (əski dədə-baba adətincə, toy günü gəlinin üzü, ayaqları və saçı görünməməlidir).

Gəlini aparanlar arasında oğlan evindən gəlmiş bir yeniyetmə duvaq üstündən qızın belini kəmər və ya kəlağayı ilə bağlayır. Sonra oğlan yengəsi bəzənmiş gəlinin başına bəzəkpulu qoyur. Bu pul qız yengəsinə çatır.

Qız anası da öz növbəsində məşşatəyə, içinə şirniyyat, çay, köynəklik parça və s. düzülmüş xonça tutur. Məşşatə xonçalardakıları götürüb "Allah mübarək eləsin, Allah başından töksün" deyərək, razılıq edə-edə çıxır.

Azərbaycan dastanlarında bu mərasim belə nağıl edilir: "toy tədarükü başlanır, şəhərin 77 yerindən məşşatə çağırılır, gəlini geyindirib 77 qələm zinət verirlər." Mənşə etibarilə bu "bəzənmə əməliyyatı" gəlin qıza gözəllik vermək üçün edilmir. Bu onun qızlar sırasından ayrılıb "ərli qadınlar" cərgəsinə keçməsi ilə bağlıdır.

Bəzi yerlərdə gəlinin tərifi də bu adı daşıyır.

Bir para yerlərdə bu işə "gəlinbəzəndi", "bəzəkvurdu", "gəlinbaşı bağlama / gəlinbaşı bəzəmə / gəlindonatma" da deyirlər.
loading...
 (Səs sayı: 1)
Müəllif: ayan9     Baxış sayi: 2558     24.06.2014
Təşəkkür edənlər (3) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
İnanılmaz toy inancları Dünya xalqlarının doğuş mədəniyyəti
Dünya xalqlarının maraqlı adətləri Maraqlı və qeyri-adi yemək - Adətləri
Dünya xalqlarının doğuş mədəniyyəti Azərbaycanda toy adətləri - bəxt güzgüsü, x..
Azərbaycanda toy adətləri - qız toyu Səməninin hazırlanması
Adətə görə süfrəyə "s" hərfi ilə başlaya.. Qız istəmə mərasimi nece olur?
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
niqus
Qısa məlumat
niqus
: qiymət: 0
Tarix: 30.06.2014 | # 5
- - - - -



"Mən sözləri sevmirəm. İnsan birini sevdisə,edə biləcəyi ən yaxşı şey onu göstərməkdir.."
D:D:

 

awkitom
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Super Aktiv Maraqlı xəbərlər müəllifi
awkitom
: qiymət: 0
Tarix: 27.06.2014 | # 4
bizdede bu qeder deyil.amm buna biraz oxwuyurda



Sizləri SEVİRƏM❤❤


 

TeaMStaR
Qısa məlumat
TeaMStaR
: qiymət: 0
Tarix: 27.06.2014 | # 3






 

nifretim_sevgiyedi
Qısa məlumat

Aktiv olduğuna görə
nifretim_sevgiyedi
: qiymət: 0
Tarix: 24.06.2014 | # 2
TWK



Ele bir qeza isteyirem ki, heyatini itiren sadece men olum(((((((((

 

Deniz_22
Qısa məlumat

Aktiv olduğuna görə
Deniz_22
: qiymət: 0
Tarix: 24.06.2014 | # 1
bu adetlerin coxu bizde yoxdu bezileri var ve yaxwiki yoxdu onlar



Elvidaaaaaaaaa sun.azzzzzzz :)

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 134
    Cəmi: 134
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115404
    Sayğaclar



    Mp3 yukle