Bir ailə "dramı" (Birinci hissə)
25.06.2014   Bölmə: Evlilik
Kənddəki rəfiqələrimdən mənə ən yaxını Aliyə idi.Aliyə qarayanız, çox mehriban, qıyıqgözlü, şirindil qız idi.Gözləri daim gülürdü.Onu heç vaxt bikef görməmişdim.Bu qızın üzündə təbəssüm sanki doğuluşdan var idi.Üzünün quruluşu belə idi bəlkə, bilmirəm.Aliyənin atasıyla babam dost,həm də iş yoldaşı idilər.Anası isə anamın sinif yoldaşı olub.Atası Aslan kişi anası Aygüldən 20 yaş böyük olsa da sevərək evlənmişdilər.Aralarındakı yaş fərqi onların xoşbəxtliyinə heç də mane olmurdu.Əksinə bu sevgidən altı uşaq dünyaya gəlmişdi.Evin böyük uşağı Aliyə idi.Adətən uşaqlar xoşladığı müğənniyə, aktrisaya və ya tanınmış birinə bənzəmək istəyərLər.Mənsə o zaman Aliyəyə oxşamaq istəyirdim.

Zahirən gözəl olmasa da üzündən heç vaxt çəkilməyən təbəssümü, mehribanlığı məni özünə daha çox bağlayırdı.Onda bizim hər birimizdə olan uşaq şıltaqlığı, küsəyənlik, ərköyünlük görmədim.Bəlkə də xaraktercə mənim əksim olduğu üçün məni cəlb edirdi.Axı mən davakar, çox şıltaq, oğlan xarakterli bir qız idim.Mənimlə ancaq o yola gedə bilərdi.Kəndə olduğum müddətdə ya Aliyə məni görməkçün nənəmgilə gələr, ya da mən babamla onlara gedərdim.Balaca və xüsusən də qonaq olduğum üçün babam məni heç yerə tək buraxmazdı.”Sən bizə əmanətsən” deyirdi.

Bir neçə ay sonra şəhərə-öz evimizə qayıtmalı oldum.Kəndə ancaq məktəb tətillərində gedərdim.Sonra müharibə başlandı.Kəndimiz cəbhə bölgəsinə yaxın olduğu üçün daha tətillərdə də kəndə gedə bilmədik.Aliyədən uzun müddət xəbərim olmadı.Əvvəllər ondan ötrü çox darıxsam da vaxt keçdikcə unutmağa başladım.Aliyə və onun ailəsi haqda xəbərləri yalnız bir neçə ildən sonra eşitdim.Kaş ki, eşitməz olaydım...

...Aliyənin atası Aslan kişi rəhmətə getmiş, anası Aygül yeddi uşaqla tək almışdı.Atasının ölümündən sonra dünyaya gələn uşaq da oğlan olduğu üçün ona atasının adını verdilər.Yeddi uşaqla Aygülə çox çətin idi.Böyüyün 14 yaşı vardı, kiçiksə yeni doğulmuşdu.Onları dolandırmaq lazım idi.Müharibə bir yandan, qıtlıq da bir yandan..Kəndimiz cəbhə bölgəsində yerləşdiyinə görə burada hərbi hissə vardı.Aygül hər gün içərisində bir az şirniyyat və siqaret olan kiçik çantayla üz tutardı hərbi hissəyə.Gündəlik qazancı səkkiz nəfərlik ailəni dolandırmağa kifayət etməsə də hər halda acından ölməmək üçün bu da bəs edirdi.Çox zaman ucuz olsun deyə dükandan dünəndən qalan boyat çörək alardı.



Bir gün yenə əlində bir neçə quru çörəklə evə qayıdırdı.Gözləri yaşarmışdı.Mərhum ərini, bir il əvvəlki xoşbəxt günlərini xatırladı:-“Aslan sağ olsaydı mən bu zülmü çəkərdimmi?Dükana da özü gedərdi.Mən ancaq ev işləriylə məşğul olar, uşaqlara baxardım.”Kövrəlmiş, öz-özüylə danışa-danışa yolla gedərkən Gülarəylə rastlaşdı.Qonşu olsalar da gediş-gəlişləri yox idi.

-Salam ay qonşu,-Gülarə onunla salamlaşdı.Nə yaman fikrə getmisən?Nə olub?



-Salam.Bir şey olmayıb.Evə tələsirəm.Uşaqlar evdə təkdi.



-Heç görsənmirsən.Darıxanda utanma, gəl bizə.Dərdləşək bir az.İkimiz də qadınıq da.



-Eh.Darıxmağa vaxtım var ki?Uşaqlar başımı elə qatıblar ki.



-Yaxşı, səni yolundan etməyim.Vaxtın olanda bir mənə baş çək.Sənə sözüm var.



Aygülün qonşu qadınla söhbətə maraq göstərməməsi, soyuqluğu səbəbsiz deyildi.

Gülarə də dul qadın idi.Amma fağır Aygüldən fərqli olaraq çox hiyləgər və pozğun idi.Yaşı 50-ni çoxdan keçsə də özünü gənc qızlar kimi aparmağa çalışır, geyimində, davranışında onlara oxşamaq istəyirdi.Bu isə ona heç yaraşmırdı.Kənd yerində makiyajsız evdən çıxmayan bu yaşlı qadın uşaqların gülüş, böyüklərinsə nifrət obyektinə çevrilmişdi.Onun da uşaqları çox idi.Fərq bunda idi ki, kiçik qızı Bəsirədən başqa hamsı ailə qurub şəhərə köçmüşdülər.Bir sözlə bu qadın ehtiyac üzündən deyil, kef üçün pozğunluq edirdi.Şəhərdə yaşayan, yeni boşanmış böyük qızı Minarə ilə yanındakı 14 yaşlı kiçik qızı Bəsirə də onun “davamçıları” idilər.Gülarə ilə Bəsirə çaılışırdılar ki, ehtiyaca görə çıxılmaz vəziyyətdə qalan, ailəsini dolandırmaqda aciz olan qadınları, hərbi hissədəki gənc əsgərlərin xoşuna gəlməyə çalışan yeniyetmə qızları öz tərəfinə çəksinlər.Onlara daha yaxşı yaşamanın, daha gözəl geyinmənin "yolunu" göstərsinlər.Ana ilə qızın hiyləsinə uyanlar da yaxşı ki, vaxtında ayılırdılar.Bircə bu bədbəxt Aygül ondan qurtula bilmədi...

Yoldakı həmin qısa və soyuq söhbətdən sonra Gülarə Aygülü çox gözləsə də o gəlmədi.Bir gün yenə rastlaşdılar.Aygül yenə qanıqara, fikirli halda evə qayıdırdı.Görünür ki, bu günkü qazancı lap az olub.Hərbi hissəyə ərzaq, şirniyyat, siqaret aparıb satanların sayı çoxalırdı.Özünü gözə soxmaq, dilli-dilavər olub malını tez satmağı bacarmaq-bu xüsusiyyətlər onda yox idi.Axı o hara, alver hara?Bir il əvvələdək yatsa yuxusuna da girməzdi ki, bir gün o da alverə qoşulacaq.Əslində buna heç alver də demək olmazdı.Bir gün qazancı olurdu, bir günsə yox.

Gülarə “canıyananlıqla” soruşdu:

-Hər gün səhərdən axşamacan əlində bu qədər yüklə bir neçə dəfə çasta(hərbi-hissəyə) gedib-gəlməkdən yorulmursan heç?



-Əlbəttə yoruluram.Bəs neyləyim?Uşaqlar evdə ac məni gözləyirlər.



-Gündəlik qazancın nə qədər olur?



-Üç-dörd min manat (indiki pulla 60-80 qəpik).



-Üç-dörd min və yeddi uşaq??Pis deyil.Maşallah-Gülarə gülə-gülə kinayəylə dedi.



-Buna da şükür.Acından ölmürük ki.



-Cavan gəlinsən.Sənə yaraşar heç 3-4 mindən ötrü hər gün bu qədər yolu çasta gedib özünü yorasan?



-Başqa çarəm yoxdu.Tək olsam bir təhər dözərəm.Yeddi uşağı necə sakitləşdirim?Hələ balaca Aslanın, körpə uşağın acından ağlamaq səsini necə kəsim?

Gülarə niyyətini ona birdən-birə bildirmək istəmədi.Bu dəfə də susdu.Fürsət gözlədi.Aygül kimi hərbi hissəyə gedən “alverçilər” gündən-günə çoxalırdı.Neyləsinlər?Kənd yerində çox adamda pul olmur.Hələ bu qıtlıq illərində heç yox idi.İşləyənlər də əmək haqqını aylarla ala bilmirdilər.Əsgərlərinsə pulu olurdu.Az da ola.Elə buna görə də bu kiçik alverçilərin qazanc mənbəyi elə bu hərbi hissə idi.Aygülün hərbi hissəyə tez-tez gəlməsinə, kədərli görkəminə diqqət edən hərbçilərdən biri onunla maraqlanırdı.Onun dul qadın və çox imkansız olduğunu biləndə Aygüllə daha yaxından tanış olmağa can atdı.Burda xidmət etdiyi iki ildə kənd camaatının çoxunu tanıyırdı.Xüsusən də Gülarəni..Yaxşı bilirdi ki, ona ancaq Gülarə kömək edə bilər.Gülarənin son günlərdə Aygüllə yaxınlıq etməyə çalışmasının-yersiz atmacalarının, “canıyananlığının” səbəbi də elə bu idi.Aygüllə tanışlığa can atan hərbçini arzusuna çatdırmaq istəyirdi.Əlbəttə ki, o bunu "havayı" eləmirdi.Haqqını artıqlamasıyla alacaqdı.Get-gedə alveri daha da zəifləyən Aygül nəhayət Gülarənin toruna düşdü.Çox keçmədən buna peşman olsa da artıq gec idi.O , hamilə idi.

O hərbçi ilə daha görüşməsə də özünü bağışlaya bilmirdi.Dolu bədənli olduğu üçün hamiləliyi bir müddət bilinmədi.Nə qədər ki, camaat xəbər tutmayıb, bu biabırçılıqdan qurtulmanın tək yolu,-amansız qərar da olsa-uşağı aldırmaq idi.Nədənsə o buna heç tələsmirdi.Uşağı aldırmağa pulu olmadığı üçünmü,ya uşağın atasıyla evlənmək ümidi iləmi?Doqquz ay uşağı bətnində saxladı.Hamiləliyin son aylarında qarnının çox böyüməsi kənddə söz-söhbətə səbəb olsa da özündən heç nə soruşmurdular.Bu işin axırını gözləyirdi camaat.İşin axırı isə belə oldu.-Doqquz ayın tamamında Aygül uşağı dünyaya gətirdi və…ondan qurtulmaqçün öldürdü.Dünyaya yenicə göz açmış məsum körpəni öz əlləriylə acımasızca öldürdü.Bu qəddarlıq uşaqdan böyüyə hər kəsin nifrətinə səbəb oldu.Artıq onunla salamlaşmaq belə istəmirdilər.Aygülün günahı ona baha başa gəldi.Baldızı Səringül bunu ona bağışlamadı.Aygülü analıq hüququndan məhrum etdilər.16-17 yaşlarında olan böyük oğlanları Ağa və Kərim analarına daha çox nifrət edirdilər.Qızlardan Aliyəylə Ayna gizlicə ağlasalar da bibisinin və qardaşlarının qadağasına görə onlar da Aygüllə əlaqəni tamam kəsdilər.Yalnız sonbeşik, balaca Aslanın anasında qalmasına icazə verdilər.

Bu əhvalatdan bir müddət sonra kəndə gedəndə Aygülü bir dəfə gördüm.Xəstə nənəmə baş çəkməyə o da gəlmişdi.Balaca Aslanla birlikdə.Görüşdük.Aliyə kimi onun da təbəssümü əskik deyildi üzündən.Amma bu təbəssüm başqaydı.Gözlərindəki kədəri gizlədə bilmirdi.Nədənsə onun bu halına çox acıdım.Deyirlər-“Qadınlar şeytandır,adamı asanlıqla tələyə sala bilirlər”.Bu fikirlə heç razı deyiləm.Asanlıqla tələyə düşən elə qadınlar özləri deyillərmi?Aygül cəzasını artıqlamasıyla çəkmişdi.Sevdiyi balalarından ayrı düşmüşdü.Halbuki o səhvi də elə onların yaxşı yaşaması üçün etmişdi.Günahının cəzasını ömür boyu daxilən çəkməyə məcbur olan bu qadına bir yandan da nifrət etmək-bu çox haqsızlıq olardı.Gülarə kimi aradüzəldənlər ortalıqda hələ də meydan oxuyur, tələyə düşən Aygül kimilərsə ömürlük cəza çəkir.Bu düz idimi???
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: karabiber     Baxış sayi: 1167     25.06.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Kim daha tez ayrılıq qərarı verir? Məhəbbətin ömrü 937.5 gündür?
Yeni evlilərə dayanıqlılıq testi Xəyanəti gizlətməyin yolları
İcazəsiz ərin cibindən pul götürmək Qadınların kişilərdən öyrənməli olduğu b..
Ailə həyatından nə gözləyirsiniz? Evliliyini xilas etmək istəyənlərə 9 MƏSLƏH..
Evli qadınlar, bunları əsla etməyin Evliliyi nələr öldürür?
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
awkitom
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Super Aktiv Maraqlı xəbərlər müəllifi
awkitom
: qiymət: 0
Tarix: 25.06.2014 | # 3
oxumadim cox uzundu



Sizləri SEVİRƏM❤❤


 

zakkuw
Qısa məlumat

Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Yarışma Qalibi Seçilmiş istifadəçi Aktiv olduğuna görə Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə Yarışma Qalibi
zakkuw
: qiymət: 0
Tarix: 25.06.2014 | # 2
oxumadimee




 

canim
Qısa məlumat
canim
: qiymət: 0
Tarix: 25.06.2014 | # 1
az sekli niye qoymadin



Kimise qovmaq isteseniz evvelce redaktorlardan bawlayin.Lalem demiwken bu sayt hecvaxt 1-ci olmayacaq.

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 118
    Cəmi: 119
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    GeorgeFaf
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116230
    Sayğaclar



    Mp3 yukle