ÖLÜMÜNDƏN 3 İL SONRA (FOTO) | www.Sun.az
ÖLÜMÜNDƏN 3 İL SONRA (FOTO)
04.07.2014   Bölmə: Tanınmışlar

Üç il əvvəl dünyasını dəyişmiş mərhum aktyor, əməkdar artist Elçin Həmidovun sənət yoldaşları onu ölümündən sonra da unutmayıblar. Belə ki, Azərbaycan Dövlət Musiqili Teatrının bir qrup əməkdaşı aktyorun doğum günündə məzarını ziyarət edərək, gül dəstələri qoyublar.
Teatrın truppa müdiri Vidadi Həsənov, tamaşalarda Elçin Həmidovun yerinin hələ də göründüyünü dilə gətirdi: “Qrim otağının qarşısından keçəndə belə elə onun varlığını, sanki səhnəyə hazırlığını hiss edirəm. Konkret bir aktyorun uğurlu oyunu ilə möhürü vurulmuş rollar, obrazlar var ki, bunların təkrarı ancaq yamsılama forması alır. Bu baxımdan Elçin Həmidovu əvəzedilməz sənətkarlar sırasına daxil etmək olar”.
Əməkdar artist Nahidə Orucovanı mərhumla 35 illik dostluq və yaradıcılıq telləri bağlayır: “Mən gənc yaşda qardaşımı, Elçin də gənc yaşda bacısını itirib. Həyatımızdakı bu boşluğu ancaq bir-birimizə həqiqi mənada bacı-qardaş olmaqla doldurmuşduq. Ən çətin anlarında yanında olmuşam, qayğısını çəkmişəm. İkinci dəfə də qardaşsız qaldım və onun yerini kimsə doldura bilməz... İldə iki dəfə - ölüm və doğum günlərində onu ziyarət edirəm".
Rejissor assistenti Elməddin Dadaşov da Elçin Həmidov haqda düşüncələrini belə ifadə etdi: “Çox istərdim ki, Elçin sağ olaydı, ad günü arzularını özünə deyim, amma... Elçin, onu tanıyan hər kəs üçün əzizdir. O, bir həyat tarixçəsi idi. Deyirlər səbəbkarsız ad günü etmək olmaz. Lakin buna rəğmən onu sevənlər bu gün onun soyuq məzarı ətrafına toplanıb. Həyatda necə bizi sevindirməyi bacarırdısa, biz də Elçini xatırlamaqla onun ruhunu sevindirmiş oluruq. Ruhun şad olsun, dostum!”.
Xatırladaq ki, tanınmış aktyor Elçin Həmidov 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. İstedadı və bacarığı sayəsində qısa zaman ərzində klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində maraqlı obrazlar yaradıb.
Nikolay Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa, aktyorun yaratdığı son obrazı, 23 fevral tarixində bu tamaşa ilk və teatrda son premyerasi oldu.
Elçin Həmidov 2011-ci il martın 4-də ürək tutmasından dünyasını dəyişib.





loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: ayan9     Baxış sayi: 740     04.07.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Ebru üçün yazdığı mahnını başqasına verd.. Pərviz Mahmudov: "Şou-biznes pis vəziyyətdədi..
Ebru Yaşar , Sıla ilə əlaqədar dəqiq danış.. Uitni Hyustonun qızı komaya düşdü
Dünyanın ən çox pul qazanan qadınları Elza Seyidcahanın namizədliyi qeydə alındı
Həkimindən İlhamə Quliyevanın səhhəti ilə .. Günay: "İnsanlar məni qınayırlar ki..."
Mən barda oxumuram Burcu Əsmərsoy “yox” cavabı aldı
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
kepenek84
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə
kepenek84
: qiymət: 0
Tarix: 04.07.2014 | # 2
Allah rehmet elesin




 

awkitom
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Super Aktiv Maraqlı xəbərlər müəllifi
awkitom
: qiymət: 0
Tarix: 04.07.2014 | # 1
Allah rehmet elesin



Sizləri SEVİRƏM❤❤


 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 144
    Cəmi: 144
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116755
    Sayğaclar



    Mp3 yukle