Balıq Kotleti
23.07.2014   Bölmə: Yeməklər

Tərkibi:

500 q balıq filesi
100 q kələm
1 yerkökü
1 baş soğan
1 diş sarımsaq
1-2 st. “Herkules” yulaf lopası
cəfəri
şüyüd
narın suxarı
bitki yağı
duz
təzə üyüdülmüş qara istiot

Hazırlanması

Balıq filesini yuyun, suyu çəkiləndən sonra ət maşınından keçirin, yaxud blenderdə xırdalayın. Eyni qayda ilə kələmi hazırlayın. Sarımsağı təmizləyib xırdalayın.

Göyərti və soğanı xırda doğrayın. Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin. Soğanı və yerkökünü az miqdarda bitki yağında qovurun.



Balıq qiyməsi, kələm, soğan, yerkökü, göyərti, sarımsaq, duz, istiot və kotlet tutulacaq hala gələnədək “Herkules” lopaları əlavə edib qarışdırın.

Əllərinizi suda isladıb çox iri olmayan kotletlər hazırlayın.

Kotletləri suxarıya batırın, qızdırılmış yağda 3-4 dəqiqə qızardın. Sonra o biri üzünə çevirin, 1 dəqiqə qaynar yağda qızardandan sonra, ocağı azaldın, tavanın qapağını örtün, 10-12 dəqiqə vam odda bişirin.


Nuş olsun
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: SweetGirl     Baxış sayi: 1253     23.07.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
SOBADA DOLMA Pendirli ədviyyatlı buterbrod
Şahzadə tortunun hazirlanmasi Mətbəx sirləri: Ətli Ərzurum şorbası
Dadli yemekler Toyuq köftə (türk mətbəxindən)
Közlənmiş bibər şorbası Bastırmalı Pizza (türk üsulu)
Çoban qovurma ( Türk mətbəxindən) Düşbərə - Resept
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
turan08
Qısa məlumat
turan08
: qiymət: 0
Tarix: 06.09.2014 | # 2
əla




 

awkitom
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Super Aktiv Maraqlı xəbərlər müəllifi
awkitom
: qiymət: 0
Tarix: 23.07.2014 | # 1
yemiwem pis deyil



Sizləri SEVİRƏM❤❤


 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 102
Cəmi: 103
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Arerliste
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116418
Sayğaclar



Mp3 yukle