Saç rənginin açılması üçün təbii vasitələr
13.08.2014   Bölmə: Gözəllik
Əksər xanımlar saçlarının rəngini açmaq istəsələr də, kimyəvi tərkibli boyalardan ehtiyatlanaraq bu addımı atmırlar.

Sun.az bitki mənşəli vasitələrdən istifadə etməklə saç rəngini açacaq üsulları təqdim edir:

Limon:
Bu meyvə saçın rənginin açılmasında mühüm rol oynayır. Limon suyu əsrlərdir ki, bu məqsədlə istifadə olunur. Saçınız nəm olarkən limon suyu ilə yuyun və 20 dəqiqə gözlədikdən sonra durulayın. Saçınıza limon suyu sürtərək günəşlənsəniz, effekti daha tez bir zamanda görəcəksiniz.

Günəşlənin:
Günəş şüaları dərini qaraltdığı kimi saçların rəngini də dəyişdirmək gücünə sahibdir. Xüsusilə də dənizə girdikdən sonra duzlu su dəymiş saçlarınıza günəş şüaları təsir edərək açıq bir rəng yaranmasına səbəb olacaq.

C Vitamini:
Bu, yalnız bədənimizin gündəlik ehtiyacı olan bir vitmanin deyil, həm də saçların açılmasına kömək edən bir vasitədir. 5-10 vitamin həbini əzin (əgər saçınız qalındırsa, sayı artıra bilərsiniz) və ya kapsula halındadırsa, mayeni çıxarın. Əldə olunan maddəni şampununuza əlavə edin. Bu qarışıqla saçlarınızı yumağa davam edin. Saç rənginizdə dəyişiklik olduğunu görəcəksiniz.

Sirkə:
Saç yuyarkən şampundan maksimum az istifadə edilməsinin vacibliyi dəfələrlə vurğulanıb. Çünki şampunların içərisindəki kimyəvi maddələr xərçəng riski yaratdığı üçün bundan qaçmaq tələb olunur. Saçlarınızın daha gözəl görünüşə sahib olması üçün sirkədən istifadə edə bilərsiniz. Sirkə həm saçları qidalandıran, həm də rəngini açan bir vasitədir. Saçınızı yuduqdan sonra sirkə ilə yaxalayın. Bu üsuldan daimi olaraq istifadə etdikdə dəyişikliyi siz də görəcəksiniz.

Qara çay:
Qara çay da saçların nisbətən açılmasına və fərqli görünüşə sahib olmasına kömək edər. Belə ki, 2-3 xörək qaşığı çayı dəmləyin və bunu saçınıza tətbiq edin. Yarım saat gözlədikdən sonra durulayın.

Bal:
Saçın təbii yolla açılmasında ən böyük köməkçi vasitələrdən biri də baldır. Distillə edilmiş su ilə balı qarışdırın və saçınıza sürtün, yarım saat gözlədikdən sonra yaxalayın. Əgər bunu tətbiq edib günəşlənsəniz, təsirini daha tez görəcəksiniz.

loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: lalem     Baxış sayi: 1297     13.08.2014
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Sarımsaq qabıqlarının bu faydasını biləndə.. Bu praktik məlumatlarla dərinizi qüsursuz edin
Möhkəmləşdirən dəri toniki Daha həcmli kirpiklər üçün 4 addım
Dəri yaşlanmasına qarşı adaçayı Lətafətdən xanımlara dəriyə qulluqla bağlı..
Şokolad və yoqurt tərkibli üz üçün maska Yerkökü sabunu ilə gözəlləşin!
Qarın və ayaq əzələləri üçün intensiv idm.. ♡Marilyn Monroe♡
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
XaLiQ_5
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
XaLiQ_5
: qiymət: 0
Tarix: 07.09.2014 | # 3
eziyete gore sagol



haqqımda bilməy isdiyirsən??
haqqın olanda gələrsən

 

sensen
Qısa məlumat
sensen
: qiymət: 0
Tarix: 13.08.2014 | # 2
super





 

Huseyn
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Xəbərlər Üzrə Seçilmiş istifadəçi
Huseyn
: qiymət: 0
Tarix: 13.08.2014 | # 1




Sözü Hədəfinə Çatdırmaq üçün Quşdamaq Yox Tuşdamaq Lazimdi ! 

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 5
Qonaqlar: 85
Cəmi: 90
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Acizumeags
Ahdmbmeags
Ahxggmeags
Aljqimeags
Aqdoomeags
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116173
Sayğaclar



Mp3 yukle