Mətbəx sirləri: Qabaq kürüsü
23.08.2014   Bölmə: Mətbəx
Avqustun son günləridir. Qışa hazırlıq üçün əsl vaxtdır. Bu gündən başlayaraq qarşıdakı həftədə də Sun.Az sizə müxtəlif tərəvəzlərdən qış tədarükünün hazırlanması üçün reseptləri təqdim edəcək.

Tərkibi:

1 kq qabaq (qabığı soyulub, toxumu təmizlənmiş)
150 q yerkökü
250 q soğan
1 dolu x.q. tomat pastası
1-2 diş sarımsaq
duz
istiot
dəfnə yarpağı
qovurmaq üçün bitki yağı

1. Yerkökünü sürtgəcdən keçirin. Soğanı yarımhalqa, qabağı tərəfi 1,5 olan kubik doğrayın.

2. Qalın dibli tavaya, yaxud qazana bitki yağı töküb soğanı yerkökü ilə qovurun. Qabağı əlavə edib bir qədər də su tökün (təxminən stəkanın 1/4-i qədər, qabaq özü də su buraxır). Qazanın (tavanın) qapağını örtün.

3. Tərəvəzləri təxminən 1 saat vam odda bişirin. Əgər bu müddətdən sonra suyu çox olarsa, həmin suyu çömçə ilə bir ayrı qaba yığın.

4. Tomat pastası, duz, istiot, əzilmiş sarımsaq əlavə edin, yaxşı qarışdırın. Dəfnə yarpaqları da əlavə edib qapağını bağlayın, daha 15 dəqiqə bişirin.

5. Qazanı (tavanı) ocaqdan götürün. Azca soyudun. Duzunu-istiotunu, sarımsağını yoxlayın, lazım gələrsə, əlavə edin. Bir qədər də soyuyandan sonra dəfnə yarpaqlarını çıxarın (yaxşı olar ki, onları əvvəlcədən sayasınız ki, çıxaranda da rahat olsun). Blenderlə xırdalayın. Əgər kürü gözünüzə çox qatı görünsə, bişərkən ayrılan suyundan bir qədər əlavə edə bilərsiniz.

6. Kürünü yenidən qazana tökün, qaynara düşəndə ocaqdan götürün.

Kürünü sterilizə edilmiş bankalara yığın, sterilizə edilmiş qapaqları ağzına qoyun (amma bağlamayın). Bankaları 120 dərəcə qızdırılmış sobada 1 saat saxlayın. Sonra sobadan çıxarıb ağzını yaxşıca bağlayın.

Nuş olsun!
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: lalem     Baxış sayi: 965     23.08.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
"Fransız" kotletləri "Banan incəliyi" smuzi – Resept
Göbələk və pendirlə açıq piroq Ətli pide
Pecenya Şokoladlı mus - Resept
BUZLU NESCAFE RESEPTİ Ləziz "Qayıqcıq" - Resept
Şokoladlı dondurmalı yaş keks Çilekli Dondurma Tarifi
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
turan08
Qısa məlumat
turan08
: qiymət: 0
Tarix: 05.09.2014 | # 4
twk




 

Tontiwimmm
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Seçilmiş istifadəçi Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə
Tontiwimmm
: qiymət: 0
Tarix: 23.08.2014 | # 3
Hec xowum gelmir menim qabaqdan Yenede tewekkurler





 

sariwinim
Qısa məlumat
sariwinim
: qiymət: 0
Tarix: 23.08.2014 | # 2
twkler





 

Huseyn
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Xəbərlər Üzrə Seçilmiş istifadəçi
Huseyn
: qiymət: 0
Tarix: 23.08.2014 | # 1
Nus olsun



Sözü Hədəfinə Çatdırmaq üçün Quşdamaq Yox Tuşdamaq Lazimdi ! 

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 103
    Cəmi: 105
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Guestplelo
    inellibly
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117713
    Sayğaclar



    Mp3 yukle