PA rəsmisi: ABŞ-ın Azərbaycan prezidentinin mövqeyini qəbul etdiyi qənaətinə gəl
07.09.2014   Bölmə: Azərbaycan

“İlk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm”.

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ dövlət katibi Con Kerri, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşün detallarını açıqlayıb.

Sun.Az APA-ya istinadən xəbər verir ki, N.Məmmədovun dediyinə görə, öncədən planlaşdırılmayan bu görüş C.Kerrinin təklifi ilə baş tutub.

N.Məmmədov bildirib ki, görüşdə prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha açıqlayıb:

“Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı münaqişənin həlli ilə bağlı ən konstruktiv, müasir beynəlxalq münasibətlərin ruhuna uyğun variantı təklif etdi. Ermənistan prezidenti Serj Sarkisyan isə əvvəlki dövrlərdə olduğu kimi situasiya ilə əlaqəsi olmayan bir variantda Ermənistanın mövqeyini ifadə etdi və iddialarını nümayiş etdirdi. Mənim üçün maraqlı olan o idi ki, Con Kerri doğurdan da məsələlərə ciddi yanaşırdı. ABŞ dövlət katibinin Azərbaycan prezidentinin mövqeyini qəbul etdiyi qənaətinə gəldim. ABŞ dövlət katibinin sözlərindən, bəyanatından bu qənaətə gəldim ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti daha da artıracaq. Çünki digər görüşlərdə müqayisədə ABŞ tərəfindən ilk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm. Con Kerri suallar verirdi, görürdüm ki, Azərbaycanın mövqeyi onun tərəfindən daha ədalətli, düzgün görünürdü”.

N.Məmmədov qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu görüşdə bir daha vurğulayıb.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: canim     Baxış sayi: 495     07.09.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
28 May stansiyası necə olacaq? Millimiz böyük hesablı qələbə qazandı
Düşmənin 5 hərbçisi məhv edildi, 10 nəfər.. Azərbaycanda 21 yaşlı oğlan intihar edib
Con Toşakın Azərbaycan kubokunda debütü uğur.. Bakıda tələbə sevdiyi qıza görə özünü ö..
Muzdla çalışanların maaşları artıb Melkonyanın taborunda döyüşmüş erməni hərb..
Erməni qəsbkarları Qarabağdadırlar Bakıda "xruşovka"lar söküləcək?
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 3
    Qonaqlar: 143
    Cəmi: 146
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Meleyim1
    Natiiiiq1
    ukukygys
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117113
    Sayğaclar



    Mp3 yukle