Sevgilini nikah masasına aparmağın 7 sadə yolu
09.09.2014   Bölmə: Münasibətlər
Bütün rəfiqələrin ailəlidir. Məktəbdə ən kifir və lazımsız hesab etdiyin bir qız yolda qarşına çıxır.

Ayaq saxlayıb, hal-əhval tutursan. «Mehriban rəfiqən» barmağındakı nişan üzüyünü fırladaraq, eyhamla soruşur: «Bu yaxında səni toya çağıracam. Bəs sənin hələ ailə qurmaq fikrin yoxdur? Sinfimizdə təkcə subay sən qalmısan». Və sən hirsindən dodağını çeynəyə – çeynəyə yarım saat işin, karyeranın vacibliyindən, necə uğur qazandığından, indiki zamanda yaxşı oğlanların azlığından, ailə qurarkən yüz ölçüb bir biçməyin vacibliyindən ağızdolusu danışırsan. Bir sözlə, hələ də subay qalmağında haqlı olduğunu sübut etməyə çalışırsan. O, isə bic-bic gülümsəyib, dediklərini qulaqardına vurur.

Tanış səhnədir, elə deyilmi? Onu, yəni oğlanı evlənməyə razı salmaq bütün zamanların ən qlobal
məhəbbət problemi olub. Çıxış yolu var, özü də çoxdur. Əgər kişi öz xoşu ilə məsələni həll etməyib, ayları illərə calayırsa, onda hərəkətə keçmək lazımdır. Əgər sən hələ ailə qurmaqda çətinlik çəkirsənsə, günah kişidə yox, özündədir.

Sun.az xarici mətbuata istinadən sevgilini nikah masasına aparmağın 7 sadə qaydasını təqdim edir:
Məsləhət 1:
Bu vaxta qədər qadın jurnallarında oxuduğun, kinolarda gördüyün şeyləri unut. Həyatda evlilik təklifini heç də həmişə kişilər etmirlər. Onlara qalsa, əbədi subay olarlar. Əgər oğlanın sevdiyi yoxdursa, seçim edə bilmirsə, biganədirsə, onu evlənməyə valideynlər məcbur edir. Özləri qız tapır, elçi gedir. Yox, əgər oğlanın sevdiyi varsa və başqa qızlara tərəf baxmırsa, onda ailə kənara çəkilir. Çünki «yad gözəlçə»ni asanlıqla gəlin qəbul etmək hər ailənin işi deyil. Burada oğlana təsir birbaşa qızın özündən asılıdır. Amma bir şərtlə ki, siz həm öz hisslərinizə, həm də
oğlanın sizə olan sevgisinə əmin olmalısınız.

Məsləhət 2:
«Müstəqillik, azadlıq, qadın kişi ilə eyni hüquqa malikdir» kimi feminist çıxışları heç olmasa müvəqqəti olaraq bir kənara qoy. Sözünü yeridən qızlardan kişilərin xoşu gəlmir. Hətta o sizi sevsə də evlənməyə gəlincə, çox tərəddüd edəcək. Əksinə, mülayimləş, utancaq ol, köməyə, qayğıya ehtiyacın varmış kimi davran. Kişilər özlərindən zəif qadınlarla daha tez evlənirlər. Əgər sənin kişi kimi mərd xasiyyətini bəyənib sevibsə, evlənmək üçün daha qadınsayağı obrazda olmaq lazımdır.

Məsləhət 3:
Heç vaxt öz intim qabiliyyətini və maraqlarını kişiyə açma. Məhrəm görüşlərdə kitablardan, kinolardan və internetdən öyrəndiyin üsulları tətbiq edib, onu çaşdırma. Kişilər ehtiraslı və cazibəli qadını sevir, lakin onlarla evlənmir. Utancaqlıq, utancaqlıq, yenə də utancaqlıq… Bir sözlə, dünyadan xəbərin yoxdur.

Məsləhət 4:
Heç vaxt onun yanında yemək bişirməyi, ev yığışdırmağı, bazarlıq etməyi bacarmadığından və
xoşlamadığından fəxrlə danışma. Mətbəxdə və ev işlərində arvadına kömək edən kişiləri tərifləmə. Kişi üçün mətbəx ən arzuolunmaz yerdir. Yaxşı yemək isə onun üçün ölüm-dirim məsələsidir. Hətta ən işgüzar və müasir kişi belə dadlı yeməkdən imtina etməz.
Məsləhət 5:
Tənqiddən uzaq dur. Heç vaxt oğlanın ailəsini, işini, hobbisini, dostlarını, qohumlarını, fikirlərini və vərdişlərini tənqid etmə. Xüsusən, yad adamlar içində. Onun xəyal və arzularını bölüş: maşın
almaq istəyir, lap yaxşı. «Nə edirsən maşını? Ondansa səyahətə gedərik» deməkdənsə, «Əzizim, bizim maşınımız da, evimiz də olacaq. Mən çox istəyirəm ki, sən nə arzulayırsan, onu alasan» deməklə, siz oğlanda ümid yaradarsınız. O, fikirləşəcək ki, sən həyatda ona arxa-dayaq, köməkçi ola bilərsən. Əgər sevgilin evin tək oğludursa və ya ata-ana ilə o qalmalıdırsa, ayrı yaşamaq və şəxsi ev haqqında arzularını hələlik kənara qoy. Əgər oğlanın geyimini, xasiyyətini, davranışını bəyənmirsənsə və bunu hər dəfə onun üzünə vurursansa, bundan bezən oğlan axırda deyəcək: «Əgər mən belə pisəmsə, bəyənmirsənsə, get, yaxşısını tap». Və bu sözündə o, haqlıdır.

Məsləhət 6:
Fikirləş, nəyə görə sevdiyin insan ailə qurmaqdan söhbət belə açmır. Nədən çəkinir? Ola bilər ki, səbəb səndə deyil. Və yuxarıdakı məsləhətləri etməyə ehtiyac yoxdur… Oğlanı nikahdan çəkindirən onlarca maddi, mənəvi, psixoloji səbəb var. Bunlardan hətta bəziləri sənə qəribə
və gülməli gələ bilər. Məsələn, elə oğlan var ki, toyda bəy rolunu oynamaqdan və ya öz toyunun qüsurlu olacağından qorxur. Eləsi var ki, toyqabağı hazırlığa tab gətirə bilməyəcəyini düşünür. Bu qorxu hissini psixoloji təsirlə aradan qaldırmaq olar. Eləsi də var ki, evlənəndən sonra acından öləcəyini düşünür.

Məsləhət 7:

Əgər heç nəyin xeyri yoxdursa, o zaman bir əlac qalır: onu «yerindən
tərpətmək» və nikah masasına tərəf itələmək üçün düşünülmüş planlar qurmaq. Məsələn: bir xanım 4 il görüşdüyü oğlanla evlənmək üçün bu üsuldan istifadə edib: oğlanın soyadından xoşlandığını deyib. Nəticədə, oğlan ona bu arzusuna çatmaqda kömək edib.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: lalem     Baxış sayi: 998     09.09.2014
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Aglin dünyaya baxişi - [ 28 ] - Qadin kişini ne.. Evlənəciyiniz insandan bunu soruşmalısınız
SAÇLARIN UZUNLUĞU QADININ XARAKTERİNİ ƏLƏ VE.. Xoşbəxt cütlük olmaq istəyirsinizsə, 10 məs..
Cinsi Əlaqədən Zövq Almaq Xoşbəxt olmaq, özünə olan borcundur
Kişi qadının xarici görünüşünə qarışır.. Kişilər dinləməyi bacarmır?!
Paytaxtda 13 yaşlı qızını və ev quşlarını.. Kişi və qadın ürəkləri arasındakı fərqlə..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
vetenim
Qısa məlumat
vetenim
: qiymət: 0
Tarix: 09.09.2014 | # 4
twk



sariwinim
Qısa məlumat
sariwinim
: qiymət: 0
Tarix: 09.09.2014 | # 3
3 cu duzdu deyesen





 

sabby
Qısa məlumat
sabby
: qiymət: 0
Tarix: 09.09.2014 | # 2
men evlenmiyecem I will live in my dreams





 

nifretim_sevgiyedi
Qısa məlumat

Aktiv olduğuna görə
nifretim_sevgiyedi
: qiymət: 0
Tarix: 09.09.2014 | # 1
1ci dehwetdi yee yox bir oglana evlilik teklif edecem daha neler
mence bunlerin hec biri meslehet deyil edib biyabir etmeyin ozunuzu



Ele bir qeza isteyirem ki, heyatini itiren sadece men olum(((((((((

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 140
    Cəmi: 142
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Natiiiiq1
    sen1denesen
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117093
    Sayğaclar



    Mp3 yukle