reklam
Hər gecə röyamda görürəm səni... Hər gecə röyamda görürəm səni... http://78.media.tumblr.com/tumblr_mbt77xUNnn1r0y1o1o1_500.gif
ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Şeirlər 10-12-2017, 20:13

Hər gecə röyamda görürəm səni...

Hər gecə röyamda görürəm səni...
Hər gecə röyamda görürəm səni...


Gedişin gətirdi qəmi, qüssəni,
Qəlbim sevə bilməz daha kimsəni,
Hər gecə röyamda görürəm səni,
Yuxumu apara bilməyəcəksən.


Hər gecə röyamda görürəm səni...


Getdiyin yollara həsrətlə baxdım,
Dəniztək kükrəyib, çay kimi axdım,
Mənimlə qalacaq bu qara bəxtim,
Bəxtimi apara bilməyəcəksən.


Hər gecə röyamda görürəm səni...


Günahın qarşına çıxacaq sənin,
Tənhalıq qəlbini sıxacaq sənin,
Ahım yandıracaq yaxacaq səni,
Ahımı apara bilməyəcəksən.


Hər gecə röyamda görürəm səni...


Gözümün yaşını silsəm də belə,
Sənsiz dərdli-dərdli gülsəm də belə,
Mən sənin dərdindən ölsəm də belə,
Ruhumu apara bilməyəcəksən...


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
329 355 405 341 380 267

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.