reklam
Çay, yoxsa kofe? Çay, yoxsa kofe? http://sun.az/uploads/posts/2016-05/thumbs/1462606803_tea-or-coffee.jpg
♔Kraliça♔

♔Kraliça♔ Maraqlı 7-05-2016, 20:00

Çay, yoxsa kofe?

Çay, yoxsa kofe?


Planetimizdə yaşayan insanları çay və qəhvə həvəskarlarına bölmək olar. Səbəb də odur ki, hər iki içkinin yaxşı dadı var və onların tərkibindəki kofein beynimizlə orqanizmimizə tonus verir.

Alimlərin yeni araşdırması hansı içkinin daha yaxşı olduğunu ortaya çıxarmaq məqsədi daşıyıb. Məlum olub ki, seçim qarşısında qaldıqda çaya üstünlük vermək yaxşıdır.

Parisdəki Jorj Pompidu adına Avropa Tibb Mərkəzinin əməkdaşları 4 il ərzində fərqli yaş qruplarından olan 131 min Fransa vətəndaşının məlumatını tədqiq ediblər. Bu zaman ərzində müşahidə olunan 95 nəfər damar xəstəlikləri ucbatından dünyalarını dəyişiblər. 632 nəfər isə fərqli səbəblərdən vəfat ediblər.

Üzərində müşahidə aparılan insanların həyat tərzlərinin araşdırılmasından sonra alimlər belə bir qənaətə gəliblər ki, hər gün çay içmək müxtəlif səbəblərdən ölüm riskini 24% azaldır. Bu amil aktiv siqaret çəkənlərdə özünü daha çox biruzə verib.

Xəstəliklərin profilaktikası nöqteyi-nəzərindən yanaşıldıqda isə mütəmadi çay içən adamlarda ürək-damar patalogiyaları riski azalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
315 379 351 311 302 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.