reklam
Zəncirotu balı Zəncirotu balı http://sun.az/uploads/posts/2016-05/thumbs/1462766058_zencirotu_bali.jpg
♔Princess♔

♔Princess♔ Məsləhətlər 9-05-2016, 11:00

Zəncirotu balı

Zəncirotu balı


Zəncirotundan hazırlanan mürəbbə (bal) müalicəvidir. Onun köməyilə soyuqdəyməni və infeksion xəstəlikləri müalicə edirlər. Zəncirotu balı immuniteti gücləndirdiyindən qrip zamanı da işə yarayır. Böyrəklərdə daş, hepatit, xolisistit zamanı zəncirotu balı xəstənin ümumi halını yaxşılaşdırır. Zəncirotu balının bir neçə hazırlanma qaydası var.

Tərkibi:

350-400 zəncirotu gülü
1 kq şəkər tozu
2 st. su
1/2 limonun şirəsi

1 kq şəkər tozu və 2 st. sudan şərbət bişirin. Zəncirotu güllərinin sarı ləçəklərini qoparıb bu şərbətə əlavə edin, 20 dəqiqə bişirin. Hazır olmağa 2-3 dəqiqə qalmış yarım limonun şirəsini əlavə edin. Cunadan süzün.
Bir qədər qaldıqdan sonra bal qatılığında olur.

2-ci variant

1 litrlik bankaya zəncirotu çiçəklərini yığın, üzərinə soyuq su töküb bir sutka saxlayın. Bu müddətdən sonra sıxın. Üzərinə 0,5 l su töküb vam odda 15 dəqiqə qaynadın. Sona 2-3 dəqiqə qalmış 1-2 limonu qabıqlı doğrayıb əlavə edin. Qaynara düşəndə götürün. 1 sutka saxlayandan sonra cunadan süzün. Çiçəklərlə limonu da sıxıb atın, onlar daha lazım deyil. Süzdüyünüz suya 1 kq şəkər tozu qatıb 2-3 dəfəyə, bal qatılığı alanadək bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
355 326 318 333 345 324

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.