İsti aylarda qida zəhərlənmələrindən qorunmaq üçün nələrə diqqət etmək lazımdır?
18.06.2015   Bölmə: Qidalanma qaydaları


Yay aylarında qida zəhərlənmələrinin sayı artır. Buna səbəb isti havada ziyanlı bakteriyaların sürətlə çoxalması və qida məhsulların daha tez xarab olmasıdır. Kəpəz TV-nin (Region TV) məlumatına görə, belə halların baş verməməsi üçün Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirlərini gücləndirib.

Qida zəhərlənmələrinə əsasən tez xarab olan, saxlanılma qaydalarına düzgün əməl edilməyən, sanitar normalara riayət olunmadan hazırlanan yeyinti məhsulları səbəb olur. Bəzi hallarda ölümə gətirib çıxaran qida zəhərlənmələri vaxtında müdaxilə olunarsa, ciddi fəsadlar törətmir və bir-iki gün ərzində keçib gedir. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi və Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yaz-yaz mövsümünün başlaması və havaların isinməsi ilə bağlı bu günədək Gəncədə qida zəhərlənməsi baş verməyib.

Qarayev Əli - Gəncə şəhər GEM-in Ümumi Sanitar Şöbəsinin müdürü: "Yaz-yay mövsümünün gəlməsi ilə əlaqədar olaraq bu tədbirlərin gücləndirilməsi məqsədi ilə aidiyyatı qurumlarla biz, əksər iri marketlərdə maarifləndirmə tədbirləri və monitorinqlər aparmışıq. Onları maarifləndirmişik ki, ərzaqların istifadə müddətinə ciddi nəzarət etsinlər və qida məhsullarını lazımi temperatur rejimində saxlasınlar".

Təbii ki, müəyyən olunan normalara sadəcə market və bazarlarda riayət olunması ilə iş yekunlaşmır. Əhali də mümkün qədər diqqətli olmalıdır.

Qarayev Əli: "Məhsullar ərzaq mağazalarından aldıqdan sonra belə evlərdə də lazımi temperaturda saxlanılmalıdır. Məhsullar soyuducularda qorunmalıdır".

Təcrübə yay aylarında qeydə alınan qida zəhərlənmələrinin daha çox tez xarab olan qidaların qəbulu nəticəsində baş verdiyini göstərir. Bu səbəbdən də mütəxəssislər bu tip qidaların istifadəsi zamanı son dərəcə diqqətli olmağı məsləhət görür.
loading...
 (Səs sayı: 0)
Müəllif: HuseyinAsiqi     Baxış sayi: 877     18.06.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Oruc tutanlar üçün möcüzəli susuzluq resepti İmsakda bunları yesəniz, iftara qədər acmazs..
Stresi aradan qaldıran qidalar Ucaboy olmaq üçün bu qidaları yemək lazımdı..
Sağlam və cavan qalmaq üçün bu tərəvəzi ye.. İsti aylarda qida zəhərlənmələrindən qorunm..
Məşhur dietoloqdan oruc tutanlara RAMAZAN MƏSL.. Uzaq dayanmanız lazım olan 7 ağ qida!
B12 vitamininin oldugu mehsullar Banan yemək sizi həqiqətən xoşbəxt edər
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MichaelJackson
Qısa məlumat
MichaelJackson
: qiymət: 0
Tarix: 18.06.2015 | # 1
Sağ ol caniko



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 89
Cəmi: 89
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114707
Sayğaclar



Mp3 yukle