Ağır xəstəliklərin kütləviləşməsinin səbəbi - spirtli içkidir | www.Sun.az
Ağır xəstəliklərin kütləviləşməsinin səbəbi - spirtli içkidir
18.06.2015   Bölmə: Qidalanma qaydaları


Uzun illər yanlış olaraq müəyyən miqdarda qəbul edilən spirtli içkinin ürəyi qidalandıran damarları genişləndirdiyi əsas gətirilərək, ürək üçün faydalı olduğu hesab edilirdi.

Lakin aparılan son araşdırmalar göstərir ki, alkoqollu içki nəinki ürək-damar sisteminin sıradan çıxmasına, eyni zamanda qaraciyər, mədə-bağırsaq və ən əsası xərçəng xəstəliyinin yaranmasına yol açır.

Yaponiyada spirtli içkilərin sağlamlığa təsirini müəyyənləşdirmək üçün alimlər araşdırma aparıblar. Belə ki, 40-64 yaş arası 39 min 76 nəfər 11 il müddətində müşahidə olunub. Spirtli içki qəbul edənlərlə etməyənlər müqayisə olunub və alkoqolun miqdarı artdıqca ürək-damar xəstəliklərinin də artdığı məlum olub.

Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibbi elmləri namizədi, kardioloq Rafiq Yusifli "Zaman-Azərbaycan" qəzetinə müsahibəsində bildirdi ki, spirtli içki qəbul edənlərin ürək-damar sistemində ciddi fəsadlar əmələ gəlir: "Spirtli içkinin orqanizmə çox ciddi təsirləri var. Belə ki, ürəyin fəaliyyətinə, qaraciyərin sıradan çıxmasına, mədə və bağırsaqda yaranın əmələ gəlməsinə səbəb olan alkoqollu içkilər səhhəti pisləşdirərək qəfil ölümlərə yol aça bilir. Gənclər arasında içki aludəçiləri az deyil. İçkidən imtina etdikdən sonra onlarda şiddətli ürək döyünmələri, əllərdə əsmələr müşahidə olunur. Alkoqolun təsirindən ürək əzələsində xırda çapıqlar yaranır, ürək boşluğunda genişlənmələr baş verir ki, bu da ürəyin yığılması prosesini ləngidir. Bu da, öz növbəsində, ürək çatışmazlığı, təngnəfəslik, gecə boğulmaları, aşağı ətraflarda şişkinliyin əmələ gəlməsinə yol açır. Bu xəstələr spirtli içkidən vaxtında imtina etsələr, bu cür fəsadların qarşısını almaq mümkün olur. Lakin toxumalar tamamilə sıradan çıxdıqdan sonra müalicənin də faydası yoxdur".

Kardioloq R. Yusifli spirtli içki qəbul edən insanlarda ürək ritminin pozulması, qan təzyiqinin yüksəlməsi kimi hallara tez-tez rast gəlindiyini bildirdi. Onun sözlərinə görə, ürək ritminin pozulması infarkt, qan təzyiqinin yüksəlməsi isə beyinə qan sızması kimi ağır fəsadlarla özünü büruzə verir. Çox zaman alkoqollu içki qəbul edən şəxslər öz hərəkətlərinə nəzarət edə bilmirlər. Xüsusən yaşlı insanlar içərək həm mədə-bağırsağını yükləyir, həm də fiziki emosional fəallıqları yüksəlir ki, bu da qəfil ölümlərinə gətirib çıxarır.

Alkoqollu içkilərin təkcə ürəyə deyil, bir çox orqanlara mənfi təsiri var. R. Yusifli tünd spirtli içkinin mədənin selikli qişasına təsirsiz ötüşmədiyini və uzunmüddətli istifadə edənlərdə mədə qanamasına yol açdığını dedi: "Uzun müddət tünd içki qəbul edənlərdə mədə və on iki barmaq bağırsaqda yara əmələ gəlməsi ehtimalı olduqca yüksəkdir. Xüsusilə, həzm sistemində xərçəngin yaranmasını sürətləndirir. Buna səbəb içkinin 20 faizinin mədəyə, qalan əsas hissəsinin isə bağırsaqlara ötürülməsidir. Xüsusi zərərləri qaraciyərə olur. Belə ki, maddələr mübadiləsinin pozulması nəticəsində qaraciyərdə yağlanma əmələ gəlir ki, bu da bir çox xəstəliklərin təməlini qoyur. Alkoqollu içkilərin tərkibində elə maddə var ki, o birbaşa normal qaraciyər toxumasını məhv edir və yerində heç bir əhəmiyyəti olmayan "çapıq" toxumalar əmələ gətirir. Bu da el arasında "qaraciyər sirrozu" adlanan xəstəliyin yaranmasına səbəb olur. Hətta insan daha əvvəl sarılıq keçiribsə və ya piylənmə varsa, onda sirroz daha sürətli yayılır və bu da çox zaman müalicəyə cavab verməyəcək həddə olur. Xarici ölkələrdə qaraciyər köçürməsi ilə bunun qarşısını müəyyən qədər almağa çalışırlar".

Spirtli içki həm də sağlam yuxu rejiminə mənfi təsir edir. Bir çoxları içki qəbul etdikdən sonra yuxulasa da, həkimlər bunu orqanizmin ehtiyacını təmin etmədiyi üçün normal hesab etmirlər.

loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: HuseyinAsiqi     Baxış sayi: 877     18.06.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qəhvə qara ciyər sirrozundan qoruyur Bu qidaları birlikdə yemək olmaz! - FOTOLAR
Gündəlik qidalanmada 5 səhv İdeal səhər yeməyi necə olmalıdır. Diyetolo..
Düz qarına sahib olmaq üçün bunları yeyin - .. İdeal çəkidə qalmağın 20 qaydası – SİYAH..
Kökəlmək istəyənlər üçün menyu Sağlam və cavan qalmaq üçün bu tərəvəzi ye..
Acı yemənin faydaları və zərərləri nədir? Kökəlməmək üçün makaronu necə yemək lazı..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Emily
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
Emily
: qiymət: 0
Tarix: 19.06.2015 | # 3
Bəli doğru xəbərdir





 

Yusufum
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə
Yusufum
: qiymət: 0
Tarix: 19.06.2015 | # 2
gua ki içəndə noolur e başa düşə bilmirem. zererli olduğunu bile-bile yene içirlər




 

ayik
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi
ayik
: qiymət: 0
Tarix: 18.06.2015 | # 1
Spirtli ickini niye icirler kisiler.sukur bzde yoxdu



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 99
    Cəmi: 100
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    darixanurekk
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116747
    Sayğaclar



    Mp3 yukle