Rənginə bax, faydasını bil
21.06.2015   Bölmə: Qidalanma qaydaları


"101 Optimal life foods" adlı kitabın müəllifi Devid Qrotto iddia edir ki, rənglərinə baxaraq tərəvəz və meyvələrin hansı faydalı xüsusiyyətlər daşıdığını müəyyənləşdirmək olar. Onun sözlərinə görə, tərəvəz və meyvələrə rəng verən fitokimyəvi maddələrdir. Onlar müxtəlif komponentlər təşkil edərək hər meyvəyə fərqli rəng və fərqli dad xüsusiyyətlər bəxş edirlər.

Devid Qrotto bildirir ki, sağlam olmaq istəyən insan gündəlik menyusuna hər rəngdən bir meyvə və tərəvəz əlavə etməlidir.

Bəs hansı rəng meyvə və tərəvəz hansı faydalı xüsusiyyətlərə sahibdir?

Devid Qrottonun kitabında aşağıdakı məlumatlar yer alıb:

Yaşıl rəng
Yaşıl rəngli meyvə və tərəvəzlər xərçəngə qarşı qoruma funksiyası daşıyan fitokimyəvi maddələr ehtiva edirlər. Onların tərkibindəki "isotiyosiyanat", "lutein" və "zeaksantin" adlı antioksidantlar orqanizmi bir çox xəstəliklərdən mühafizə etməyə qadirdirlər.

Sarı rəng
Sarı rəngli qidalar C vitamini anbarıdır. Belə qidalar yaraların tez sağalmasını təmin edir. Dəri xəstəliklərinə qarşı yaxşı təsir göstərir.

Narıncı rəng
Narıncı rəngli meyvə və tərəvəzlər beta-karotin maddəsi ilə zəngin olurlar. Belə qidalar immunitet sistemini gücləndirirlər. Ağız boşluğunun sağlamlığı üçün də belə qidalar çox önəmlidir.

Qırmızı rəng
Qırmızı rəngli qidalarda xərçəngə qarşı təsirli olan likopen və DNT-nin zərər görməsinin qarşısını alan "ellagic" turşusu olur. Qırmızı qidalar həmçinin, "flavonoid" adlandırılan antioksidantlarla da zəngindirlər. Çiyələk və albalının tərkibində daha çox olan bu antioksidantlar hüceyrələri qoruyur, onların yaşlanmasının qarşısını alır.

Göy və bənövşəyi rəng
Üzümün bəzi növləri, göyəm, qara kələm, badımcan bu kateqoriyadan olan qidalardır. Ümumiyyətlə, göy və bənövşəyi rəngli bütün qidalar antosiyanin adlı rəng piqmenti ehtiva edirlər. Antosiyanin hüceyrələrin yaşlanmasının qarşısını alır, insanın gənc qalmasını təmin edir. Üstəlik, orqanizmi xərçəngdən də mühafizə edir.

Ağ rəng
Soğan, sarımsaq, gül kələm kimi ağ rəngli qidalar "alisin" və "kuersetin" adlı kimyəvi birləşmələr ehtiva edirlər. Bunların hər ikisi ürək xəstəliklərinə yaxalanmaq riskini azaldır. İmmuniteti möhkəmləndirir və xərçəngə yaxalanmaq riskini azaldır.
loading...
 (Səs sayı: 0)
Müəllif: HuseyinAsiqi     Baxış sayi: 653     21.06.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bu qidaları birlikdə yemək olmaz! - FOTOLAR Günəbaxan tumu kökəldirmi?
Milli içkimiz ayranın bilmədiyiniz - Faydaları Uşaqlar üçün 10 ən faydalı qida
Mətbəximizdəki 6 TƏBİİ ANTİBİOTİK Dadlı ancaq zərərli qidalar
Təmiz süd şəfa mənbəyi imiş Ramazan sonrası necə qidalanmalı? – DİEOTOLO..
1 gün boyunca nə yeməliyik? – Qidalanma tövs.. Oruc tutanlar üçün sağlam qidalanma
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 91
Cəmi: 91
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114700
Sayğaclar



Mp3 yukle