Oruc tutanların qidalanmasına aid faydalı məsləhətlər
22.06.2015   Bölmə: Qidalanma qaydaları

Qurani-Kərimin nazil olduğu Ramazanda bir ay müddətində oruc tutulur.
Ramazan ayının orucu hər bir həddi-buluğa çatmış, xəstə olmayan müsəlman üçün vacib sayılır. Gözəl günlərə qovuşmuşuq, çünki bu günlər Ramazan ovqatında, Ramazan ab-havasındayıq. Səhhəti imkan verənlər, bu müqəddəs günlərdə bir daha nəfslərini sınayır, orucluğa söykənib sağlamlıqlarını qoruyurlar. Bəli, orucluğun insan həyatında, insan orqanizmində, hətta xarakterinin yaxşılığa doğru dəyişməsində çox böyük önəmi var.
Orucluqdan söhbət düşmüşkən, bir neçə kəlmə də bu ay boyunca qidalanmadan, nəyin ziyanlı, nəyin xeyirli olmasından bəhs edək:
- Ani mədə gərginliyi, təzyiq yüksəlməsi kimi narahatlıqlarla üzləşmək istəmirsinizsə, iftar və sahurda çox yeməyin. Həddən artıq yağlı, duzlu və şirin qidalardan uzaq durun. Yanlış qidalanma Ramazanda sağlamlığınıza ziyan vura bilər.
- İftar və sahurda həzmi asan olan və mədə-bağırsaq sistemində uzun müddət qala bilən lif və selülozla zəngin meyvə-tərəvəzlərdən, ətli və ya ətsiz çox yağlı olmayan göyərti xörəklərindən, qatıq və kəpəkli çörəkdən istifadə edin. Qızartma yeməklər yeməyin.
- İftara şorba ilə başlamaq, bağırsaq problemi olanların isə şorbalarına kəpəkli çörək əlavə etmələri məsləhətdir.
- Məlumdur ki, oruc tutduqda nəinki mədə, bütünlüklə orqanizm tullantılardan təmizlənərək bir ay dincəlir. Boş qalan mədəni birdən-birə yeməklə yüklədikdə mədə gərginliyinə gətirib çıxarır. Belə narahatlıqların baş verməməsi üçün iftardan sonra az-az, fasilələrlə yemək və yeyilən qidanı yaxşıca çeynəmək lazımdır. Bundan başqa, iftarla sahur arasında ən azı 1,5 litr su içilməlidir.
- Qeyd edək ki, sahura qalxmadan oruc tutmaq orqanizm üçün ən ağır zərbədir. Belə vəziyyətdə baş ağrısı, halsızlıq kimi narahatlıqlar meydana çıxır. Sahurda bol maye qəbul edilməsi və meyvə yeyilməsi orqanizm üçün çox faydalıdır. Oruc tutduqda zəifləməmək üçün mütləq sahura qalxmaq vacibdir.
- Oruc tutmağın həm də orqanizmə çox böyük faydası var. Xüsusilə son illər aparılan bir çox tədqiqatlarda canlıların uzunömürlülüyünün ən yaxşı metodlarından biri kimi kalorinin azaldılması göstərilir. Buna görə də kalorini azaltmaq birbaşa ömrümüzün uzanmasına xidmət edir və metobolik xəstəlikərə yaxalanmaq riskini azaldır. Unutmayaq ki, oruc tutmaq hər bir müsəlmanın borcu olmaqla yanaşı, sağlamlıq baxımından insanın gündəlik qəbul etdiyi kalori miqdarını azlatmağa xidmət etməlidir. Lakin təəssüf ki, çox vaxt bu belə olmur. Belə ki, səhər yuxudan durmağa tənbəllik edilir, iftarda isə həddindən çox qida qəbul edirik. Bu isə yolverilməzdir. Xüsusilə Ramazan ayı yay fəslinə təsadüf edirsə, daha diqqətli olmaq məsləhətdir. Çünki yayda günlər çox uzun və isti olduğundan lazım olan tədbirləri əvvəlcədən görməsək sağlamlığımızla bağlı ciddi problemlər yaşayaraq. Buna görə də Ramazan ayı başlamadan orucu daha sağlam tutmaq üçün mütəxəssislər orqanizmi hazırlamağı və qida təkibini aşağıdakı şəkildə dəyişməyi məsləhət görürlər:
- Hər gün səkkiz stəkan su içməyə çalışın. Suya təzə meyvə (çiyələk, alma, limon, nanə) dilimləri əlavə edərək də içə bilərsiniz. Suyu hər zaman görəbiləcəyiniz bir yerə qoyun ki, tez-tez yadınıza düşsün və orqanizminizi lazımi miqdarda maye ilə doyurun.
Hər səhər mütləq yemək yeyin. Səhər yeməyində yağı az olan pendir, soyutma yumurta yeməyə və tərkibində suyun miqdarı çox olan tərəvəzlərə, məsələn, pomidor, bibər, xiyara üstünlük verməyə çalışın.
- Çay və kofeni azaldın. Çünki çay və ya kofe orqanizmin suyunu azaldır.
- Hər gün 45-60 dəqiqə yerimək orqanizminizin müqavimətini artıracaq və özünüzü daha güclü və gümrah hiss edəcəksiniz. Ramazan ayında da hər gün piyada yol getməyə davam edin. İftardan 2 saat sonra ən azı yarım saatlıq gəzinti orqanizm üçün xeyirlidir. Sonda bildirmək istərdik ki, hələ bir neçə il isti yay günlərinə təsadüf edəcək Ramazan ayında hər bir müsəlmandan daha çox səbr və dözüm tələb olunur. Odur ki, bu sinaqdan uğurla çıxmağa çalışaq. Allah oruc və dualarınızı qəbul etsin!
loading...
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 818     22.06.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Oruc tutanlar üçün möcüzəli susuzluq resepti İmsakda bunları yesəniz, iftara qədər acmazs..
Stresi aradan qaldıran qidalar Ucaboy olmaq üçün bu qidaları yemək lazımdı..
Sağlam və cavan qalmaq üçün bu tərəvəzi ye.. İsti aylarda qida zəhərlənmələrindən qorunm..
Məşhur dietoloqdan oruc tutanlara RAMAZAN MƏSL.. Uzaq dayanmanız lazım olan 7 ağ qida!
B12 vitamininin oldugu mehsullar Banan yemək sizi həqiqətən xoşbəxt edər
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
residinaski
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
residinaski
: qiymət: 0
Tarix: 20.12.2015 | # 1
TEWEKKURLER





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 82
Cəmi: 82
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114707
Sayğaclar



Mp3 yukle