Yayda balıq yemək olar?
22.06.2015   Bölmə: Qidalanma qaydaları


Yay mövsümünün gəlişi ilə əlaqədar olaraq Gəncə Şəhər Baytarlıq İdarəsi şəhərin balıq bazarına nəzarəti daha da gücləndirib. Baytar həkimlər isti havalarda tez xarab olan məhsul sayılan balıq alarkən alıcılara diqqətli olmağı məsləhət görürlər.

Tərkibində zülal, yağ, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsulları insanların sağlam qidalanmasında xüsusi əhəmiyyətə malikdir. Balığın insan sağlamlığı üçün çox xeyirli qida olmasına baxmayaraq yayda istinin təsirindən tez xarab olduğu üçün təhlükəli hesab edilir. Bu səbəbdən də balıq alarkən diqqətli olmaq, onun istifadəyə yararlılıq müddətinə, saxlanılma qaydasına fikir vermək lazımdır.

Bayandur Rzayev - Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi: "İlk növbədə balığın xarici görünüşünə nəzər yetirmək lazımdır. Balığa toxunduqda onun səthi tez hamarlanmalıdır, daha sonra balığın qəlsəmələrinə baxmaq lazımdır. Əgər tünd qırmızı rəngdədirsə, onda balıq təzədir. Qəlsəmədə solğun qırmızı rənglər aşkar edilərsə, deməli, məhsul köhnədir".

Yayda balığa olan tələbat nisbətən azalsa da, satışda təzə və ya dondurulmuş, diri, hisəverilmiş, qaxac edilmiş, duzlu balıq, balıq konservləri və digər dəniz məhsullarına rast gəlmək mümkün olur.

Aqil Abdullayev - satıcı: "Balığın satışı azalıb, ancaq buna baxmayaraq məhsullarımız təzə olur. Hovuzda diri balıqları saxlayırıq və oradan satışını həyata keçirik. Soyuducumuz da var, orada da saxlayırıq.

Alcılar da mövsümlə əlaqədar olaraq satış məntəqələrində balıq məhsullarını azaldıqlarını bildirsələr də isti havalarda bu məhsulu qida rasionuna əlavə edənlər də az deyil.

Elnarə Məmmədova - alıcı: "Yay mövsümü olmasına baxmayaraq mən balıq məhsullarından tez-tez alıram. Balığın marketlərdə saxlanılması daha yaxşıdır, nəinki bazarlarda".

Keyfiyyətsiz balıq və balıq məhsullarının satışı insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. Buna həm alıcılar, həm də satıcılar ciddi riayət etməlidirlər.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: HuseyinAsiqi     Baxış sayi: 658     22.06.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Çuğundurun faydalari Çayı bu ərzaqlarla içməyin
Mətbəximizdəki 6 TƏBİİ ANTİBİOTİK Salat hər zaman zəifləməyə köməkçi olmaya ..
Bir ailə turşudan zəhərləndi - Necə edək ki.. İsti havada bunları yeyin
Oruc tutanların qidalanmasına aid faydalı məsl.. Kofe için
Səhər yeməyi üçün ən vacib qidalar Qarpızı bir çox vasitələrdə istifadə etmək..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 86
    Cəmi: 87
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    darixanurekk
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117517
    Sayğaclar



    Mp3 yukle