Oruc tutanların nəzərinə! Köp olmamaq üçün - MƏSLƏHƏTLƏR | www.Sun.az
Oruc tutanların nəzərinə! Köp olmamaq üçün - MƏSLƏHƏTLƏR
28.06.2015   Bölmə: Qidalanma qaydaları


Ramazan ayında iftar və imsak süfrələri normal günlərdən fərqli olaraq, daha zəngin və kalorili olduğundan qidalanma vərdişlərində dəyişiklik olur. Qidalanma vərdişləri dəyişdiyindən oruc tutanlar susuzuluqla yanaşı köpdən də əziyyət çəkirlər.
Bəs köp olmamaq üçün nə etməli?

İlk əvvəl iftarı kiçik bir başlanğıcla açmalısınız. Məsələn, zeytun, xurma, quru meyvə, qoz, badam yemək olar. Bol su içməyi də unutmayın.

İlıq şorba iftar süfrələrinin əvəzedilməzidir. Yavaş şəkildə 1 kasa yeyin.
15-20 dəqiqə sonra əsas yeməyə keçə bilərsiz. Əsas yemək olaraq ətli, quru paxlalı yeməklər, qızardılmadan bişirilmiş ət, toyuq, balıq yeyin.

Plov, ya da makaron həftədə 2-3 dəfə yeyilə bilər. Kəpəkli düyü, makaron, bulğur plovu ən sağlamı hesab olunur. Yeməyin yanında mütləq 1-2 dilim çörək qəbul edin. Yeməklə yanaşı, hər axşam 1 çay qaşığı zeytun yağı əlavə edilmiş salat da yeyin. Yeməyin ilk anından salatı yeməyə başlayın. Yağlı yeməklər, xəmir xörəkləri, qızartmalar, qovurmalar, sosiska, kolbasa, basdırma kimi yeməkləri süfrədən uzaq tutun.

Axşam iftar süfrələri gündəlik ehtiyac duyduğumuz kalorinin 65%-ni ödədiyi üçün Ramazan ayı boyunca yağlı və ağır yeməklərə üstünlük verənlərin qan xolesterol səviyyəsində istənməyən artımlar olur. Qandakı trigliserit artım Ramazandan sonra özünü göstərir.

Baş ağrısı və halsızlıq problemi yaşamamaq üçün gecə yatmadan əvvəl yemək yeməyin. Gecə qalxıb sadəcə su içib yatmaq da olmaz. Bu halda əzələ problemi olur və maddələr mübadiləsi yavaşlayır. Əlamətlər isə gündəlik hərəkətlərdə yavaşlama, yuxu istəyi, baş ağrısı, halsızlıqla özünü göstərir. Belə halda oruc tutanlar çox tez yorulur və bitkin olurlar. Susuz bədən yorğunluq, əzələ tutulmaları, dəridə quruma, həzm sistemində çətinlik, istilik hissinə səbəb olur. Bunun üçün iftar sonrası mütləq çoxlu su için.

İmsakda ərik yeməyi unutmayın, bu, qəbzlik və köp probleminin həlində sizə kömək edəcək. İmsak bitənə qədər 12-14 stəkan maye qəbul edin.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: HuseyinAsiqi     Baxış sayi: 1026     28.06.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qəhvə qara ciyər sirrozundan qoruyur Bu qidaları birlikdə yemək olmaz! - FOTOLAR
Gündəlik qidalanmada 5 səhv İdeal səhər yeməyi necə olmalıdır. Diyetolo..
Düz qarına sahib olmaq üçün bunları yeyin - .. İdeal çəkidə qalmağın 20 qaydası – SİYAH..
Kökəlmək istəyənlər üçün menyu Sağlam və cavan qalmaq üçün bu tərəvəzi ye..
Acı yemənin faydaları və zərərləri nədir? Kökəlməmək üçün makaronu necə yemək lazı..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Yusufum
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə
Yusufum
: qiymət: 0
Tarix: 29.06.2015 | # 3
maraqlıdı. bilmirdim bu haqda,,,Allah oruclariniz qebul etsin




 

CAVID_19
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi
CAVID_19
: qiymət: 0
Tarix: 28.06.2015 | # 2
Maraqlidi





 

1ce_2_miz_3un
Qısa məlumat

Aktiv olduğuna görə
1ce_2_miz_3un
: qiymət: 0
Tarix: 28.06.2015 | # 1
cox sagolun bezilrni bilmirdim 20gun qaldi son



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 108
    Cəmi: 109
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    darixanurekk
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116747
    Sayğaclar



    Mp3 yukle