Kakao qorxulu xəstəliyin qarşısını alır
10.07.2015   Bölmə: Qidalanma qaydaları


Amerika alimləri kakaonun yaşlı insanlar üçün faydalarını üzə çıxarıblar. Alimlər sübut ediblər ki, hər gün yatmazdan əvvəl bir fincan kakao içməklə alzeymer xəstəliyindən qorunmaq olar. Xəstəlik adətən, 65 yaşdan yuxarı yaşlılarda qeyd olunsa da, onun erkən yaşlarda da rast gəlinməsi mümkündür. 2006-cı ilin statistikasına görə, dünyada bu xəstəlikdən əziyyət çəkənlərin sayı 26,6 milyon olub, 2050-ci ildə isə bu sayın dörd dəfə artıq olacağı gözlənilir.

Xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya onun aşağı səviyyədə olmasından əziyyət çəkirlər, sadəcə onlar əqli gerilik olduğundan bunu hiss etməsələr də, ailə üzvləri bunu çəkilməz "əzab" kimi yaşayırlar. Əmələgəlmə və inkişaf səbəbi kimi hipotiroez, toksiki maddələr, xüsusilə metal ilə zəhərlənmə, kəllə-beyin travmaları, beyin şişləri, neyronlar arası sinaptik əlaqələrin itməsinə ilə nəticələnən faydalı element çatışmazılığı, neyronların hər hansı səbəbdən kütləvi məhvi və ya itirilməsi və ən sonda genetika hesab olunur.

İlkin mərhələdə simptomlar:

1. Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq
2. Tanış əşyaları tanımamaq
3. Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik
4. Dezorientasiya
5. Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq)

Son mərhələ:

1. Hallüsinasiyalar, fantastik ideyalar
2. Yaxın şəxsləri, hətta qohumları tanımazlıq
3. Hərəkət pozğunluğu
4. Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik
5. Bəzi hallarda qıcolmalar

Onların fikrincə, bunun üçün yalnız Lavado kakaosu çox faydalıdır. Bu kakao antioksidantların, polifenolların ən yaxşı mənbələrindən biridir. Tədqiqatçılar sübut ediblər ki, baş beyində toplanan zülalların sinir hüceyrələrini məhv etməsinin qarşısını məhz Lavado kakaosu alır. Tədqiqat zamanı başqa kakao növləri öyrənilsə də, ən səmərəli Lavado sayılıb.

Görünür, Lavadonun tərkibi neyrodegenerativ xəstəliklərin qarşısını almağa kömək edən polifenollar, antioksidantlar ilə başqa sortlara nisbətən daha zəngindir.
loading...
 (Səs sayı: 0)
Müəllif: HuseyinAsiqi     Baxış sayi: 818     10.07.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bu qidaları birlikdə yemək olmaz! - FOTOLAR Günəbaxan tumu kökəldirmi?
Milli içkimiz ayranın bilmədiyiniz - Faydaları Uşaqlar üçün 10 ən faydalı qida
Mətbəximizdəki 6 TƏBİİ ANTİBİOTİK Dadlı ancaq zərərli qidalar
Təmiz süd şəfa mənbəyi imiş Ramazan sonrası necə qidalanmalı? – DİEOTOLO..
1 gün boyunca nə yeməliyik? – Qidalanma tövs.. Oruc tutanlar üçün sağlam qidalanma
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
menim_balam
Qısa məlumat
menim_balam
: qiymət: 0
Tarix: 10.07.2015 | # 3






 

Meymush
Qısa məlumat

Aktiv olduğuna görə
Meymush
: qiymət: 0
Tarix: 10.07.2015 | # 2
Maraqlidi



yene_sen
Qısa məlumat
yene_sen
: qiymət: 0
Tarix: 10.07.2015 | # 1
Maraqlidi





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 94
Cəmi: 95
Bu gün saytda olanlar

Hal-hazırda saytda
sensen
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114700
Sayğaclar



Mp3 yukle