Mədə xərçənginə qarşı ən faydalı tərəvəz | www.Sun.az
Mədə xərçənginə qarşı ən faydalı tərəvəz
13.07.2015   Bölmə: Qidalanma qaydaları


Karbohidratların kalorisinin yüksək olduğu sirr deyil. Odur ki, sağlam qidalanma mütəxəssisləri karbohidratlardan uzaq durmağı tövsiyə edirlər. Artıq çəkidən azad olmaq istəyənlər də adətən çörək, makaron və düyü məmulatlarından uzaq gəzirlər. Lakin məsələ burasındadır ki, orqanizmin enerji üçün karbohidratlara ehtiyacı var. Yəni onlardan tamamilə imtina etmək doğru deyil.

Tamamilə imtina etməli olmadığımız karbohidratlı qidaların siyahısı:

Karbohidratlı qidalara ağ çörək, ağ makaron, şirniyyat və xəmir xörəkləri daxildir. Sözügedən məmulatların tərkibindəki maddələr orqanizm tərəfindən tez mənimsənilir. Bu karbohidratları istehlak etdikdən qısa müddət sonra yenidən acırıq və özümüzü çox yorğun hiss edirik. Lakin bütün karbohidratların orqanizmə təsiri eyni deyil. Bəzi tərəvəzlər və ya buğdalı məhsullar, yəni kompleks karbohidratlar qan şəkərinə zərər vermir. Əksinə, bədən tərəfindən yavaş-yavaş həzm olunur. Beləliklə, özümüzü uzun müddət tox və gümrah hiss edirik.

Qarğıdalı təzə alındığı zaman işlənməmiş, yəni tam taxıl olur. Bu da qida dəyərini artıran vacib amildir. Lif və C vitamini baxımından zəngindir.

Banan dietoloqların qara siyahısında olan meyvələrdən biridir. Digər meyvələrlə müqayisədə bananın kalorisi daha yüksəkdir. Amma sağlamlıq üçün faydalarını nəzərdən qaçırmaq olmaz. Banan B6 vitamini, manqan, kalium və lif baxımından olduqca zəngindir və karbohidrat mənbəyidir. Onu da qeyd etmək lazımdır ki, meyvədəki karbohidrat təbii şəkərdir, bu səbəbdən istədiyiniz meyvəni istehlak edə bilərsiniz. Meyvələrdəki təbii şəkər qənddən olan asılılığı azaltmağa kömək edir.

Qızardılmış kartof da qara siyahıya alınmış tərəvəzlərdən biridir. Lakin kartofu qaynadılmış yemək çox faydalıdır. Kartof kalium və C vitamini baxımından olduqca zəngindir. 4 qram lif ehtiva edir ki, bu miqdar gündəlik lif ehtiyacımızın 15 faizini təşkil edir.

Çovdar çörəyinin rənginin qəhvəyi olmasına baxmayaraq, tam buğdalı məmulat sayılmır. Aldığınız məhsulun paketində yazılan çox taxıllı, kəpəkli kimi işarələr də sizi yanıltmasın. Bu məhsulun hamısının 100% tam taxıllı olduğuna nəzarət etməlisiniz. Bundan başqa, insulin müqavimətini aşağı salır, yeməklərin daha asan həzm edilməsini təmin edir.

Yaşıl noxud da karbohidrat baxımından zəngindir. Lakin yüksək antioksidant tərkibli tərəvəz olduğu üçün olduqca faydalıdır. Aparılan tədqiqatlarda noxudun mədə xərçənginə qarşı qoruyucu xüsusiyyəti olduğu göstərilib.

Qeyd edək ki, karbohidratlı yeməkləri gündüz yemək məsləhətdir.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: HuseyinAsiqi     Baxış sayi: 1057     13.07.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Şəkər xəstələri niyə qəhvə içməlidir? Qaraciyəri təmizləyən çuğundur detoksu
Susuzluq nələrə yol aça bilər? Toyuq ətini yuyaq, ya yumayaq?
Bayramda mədə problemi yaşamamaq üçün belə .. Səhər yeməyi üçün ən vacib qidalar
Qan qrupuna görə qidalanma Möcüzəvi şəfaverici-Sogan
Anoreksiya qurbanları. Çay həvəskarlarına xəbər!
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
heyat
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı xəbərlər müəllifi
heyat
: qiymət: 0
Tarix: 13.07.2015 | # 3
Men banani coox sevirem







 

men_geldim
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi Maraqlı xəbərlər müəllifi
men_geldim
: qiymət: 0
Tarix: 13.07.2015 | # 2
Melmata gore cox sagolun sevirem hamisini



]Bezen Deyer Verersen Birine,Amma Bezende Onun Deyersizliyine VErdiyin Deyerden Utanarsan(

Elvida doslar men getdim

 

Hazard
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Aktiv olduğuna görə Seçilmiş istifadəçi
Hazard
: qiymət: 0
Tarix: 13.07.2015 | # 1
hamsını sevirəm!





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 123
    Cəmi: 124
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    aqovoq
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116709
    Sayğaclar



    Mp3 yukle