Hamileler nece qidalanmalidir???
28.07.2015   Bölmə: Qidalanma qaydaları

İnsan sağlam həyat tərzi üçün ilk növbədə qidasına nəzarət etməlidir. Xüsusilə ana olmağa hazırlaşan xanımların qida menyusu daha diqqətlə seçilməlidir. Adətən hamilə qadınlara deyirlər ki, sən iki nəfərin əvəzinə yeməlisən. Görəsən bu doğru fikirdir?

Əslində heç də belə deyil. Həkimlər çox yeməkdənsə, hamilə qadınlara keyfiyyətli və düzgün qidalanmağı məsləhət görür. Çünki bu, bətndəki uşağın inkişafına birbaşa təsir edir. Gələcək körpənin sağlamlığı, çəkisi hamiləlik dövründəki qidalanmadan çox asılıdır.
ilk üç ay ərəfəsində hamilə qadının qidalanması adi haldan çox da fərqlənmir. Sadəcə zülal, karbohidrat və yağların qəbulu lazımdır. Bu zaman bitki mənşəli qidalar, meyvə-tərəvəz, giləmeyvələrdən istifadə edilməlidir. Növbəti aylarda isə menyuda zülalların miqdarı artırılmalıdır.
Qadın heyvani zülallardan istifadə etməlidir. Bu, ətdə, balıqda, qaraciyərdə, yumurta sarısında çoxdur. Kalsiumu təmin etmək üçün bol miqdarda süd və süd məhsuları qəbul edilməlidir. Giləmeyvələrdən, çiyələk, pomidor, meyvələrin şirəsindən istifadə edilməlidir
Hamilə qadın konservləşdirilmiş ət məhsullarından, məsələn, kolbasa- sosiskadan imtina etməlidir. Onların tərkibində lazım olmayan yağ və konservantlar var. D vitamini və fosforla zəngin balığın qəbulu isə körpənin sinir sisteminin formalaşması uçün vacibdir.
Amma balığın yağsız növləri məsləhət görülür.

İkinci üçaylıqda hamilə qadın şirniyyatdan bir az qaçmalıdır. Çünki bu dövrdə dölün çəkisi artmağa başlayır ki, bu da sonra problem yarada bilər. Bəzən hamilə qadınların iştahı qəribə qidalar çəkir. Məsələn, qışda qarpız, yayda müxtəlif şorabalar və s. Bəzən də onların meylindən heç yeməli olmayan şeylər keçir. Bütün bunlarsa hamilə qadının bədənində gedən köklü dəyişikliklərlə bağlıdır. Həkimin sözlərinə görə, bəzən gələcəyin anası təbaşir və ya palçıq yemək istəyir. Bu isə anada dəmir, fosfor, kalsium ionları, B-1 vitamininin çatışmazlığına dəlalət edir.

Hamiləliyin son aylarında isə qida rejiminə daha diqqətli yanaşmaq lazımdır. Doğuma bir ay qalmış həkimin məsləhəti ilə xanımlara balıq yağı verilməlidir ki, bu, uşaqda raxitliyin qarşısını alır. Bu ərəfədə mayenin qəbulunu da azaltmaq tövsiyə olunur. doğuma iki həftə qalmış mayenin miqdarını 4 stəkana qədər azaldılmalıdir

Həmçinin bütün hamiləlik boyunca əlavə olaraq A, B1, B3, PP və D vitaminlərinin qəbulu vacibdir. Körpənin sağlamlığı naminə hamilə qadınlar bəzi şeylərdən imtina etməlidirlər. Belə ki, çaxır qan təzyiqini qaldırır. Pivə və şoraba böyrəyin yükünü artırır. Alkoqol, siqaret gələcək körpənin formalaşmaqda olan orqan və sistemlərinə mənfi təsir göstərir. Qızartma, acı, hisə verilmiş və yağlı yeməklərsə qaraciyəri, öd kisəsini həddən artıq yükləyir. Allergiyası olan qadınlara isə şokolad, sitrus bitkiləri, ekzotik meyvələr, dəniz məhsulları və qoz yemək məsləhət görülmür.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 591     28.07.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Kökəlmək istəyənlər üçün XÜSUSİ MENYU Hər gün bir armud yeyin, çünki...
Metobolizminizi gücləndirin Kalsium qəbulu ürək tutmalarını artırır
Qış fəslinin vitamin mənbələri Pomidor və qarpızın FAYDALARI
Quşüzümünün faydası Sağlam qidalanma psixozu
Kişilərdə cinsi həvəsi artıran yemək Turş limonun şirin faydaları - ARAŞDIRMA
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 155
Cəmi: 156
Bu gün saytda olanlar

Hal-hazırda saytda
CliftonCam
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115806
Sayğaclar



Mp3 yukle