Bu gün ilin ilk çərşənbəsidir
23.02.2016   Bölmə: Adət ənənələr




Novruz bayramına 4 həftə qalmış insanlar həyat üçün vacib dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələri təntənəli şəkildə qeyd edirlər. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir. Novruz bayramının ilk çərşənbəsi - Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

İlk çərşənbə ərəfəsində ev-eşiklər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir. Hər çərşənbənin öz təamı, öz xonçası var. Su çərşənbəsinin xonçasında pak, təmiz su mütləq olmalıdır. Suyun ətrafına quru meyvə, rəngli şamlar, ləbləbi - kişmiş, çətənəli, küncüdlü, fındıqlı-qozlu qovurğa qoyulur. Su çərşənbəsində yaşlılar üçün qovurğadan qovut çəkir, üstünə bəkməz və ya bal tökürlər.

Xalq inancına görə, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su hər zaman müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır və hamı həmin sudan içməlidir.

Su çərşənbəsi “əzəl çərşənbə” və ya “Sular Novruzu” da adlanır.

Qeyd edək ki, Azərbaycanda axır çərşənbə martın 15-nə təsadüf edir. Bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Papatya     Baxış sayi: 1283     23.02.2016
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Elçilik qaydaları Fərqli inanclar
Hindistan.. Dünya belə toy görməmişdi
YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK Azərbaycanda toy adətləri - ayaqaçdı, qonaqç..
Bayraminiz Mubarek Bakirəliklə bağlı maraqlı adət-ənənələr
Süfrə mədəniyyəti - Bunlara diqqət edin Azərbaycanda toy adətləri - təzəbəy, gəling..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
FuaD_CeferoV
Qısa məlumat
FuaD_CeferoV
: qiymət: 0
Tarix: 29.02.2016 | # 5
Bayraminiz Mubarek



delininyazari
Qısa məlumat
delininyazari
: qiymət: 0
Tarix: 24.02.2016 | # 4
Her kesi su cersenbesi munasibetile tebrik edirem arzularin cin olsun .Su qeder omrunuz ve su qeder axici olsun heyatiniz eziz dostlarim





 

rekiw
Qısa məlumat

Aktiv olduğuna görə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Seçilmiş istifadəçi
rekiw
: qiymət: 0
Tarix: 23.02.2016 | # 3
su cerwenbenizi tebrik edirem her kesin . inwaallah bu bayram ugurlu geler









 

residinaski
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
residinaski
: qiymət: 0
Tarix: 23.02.2016 | # 2
Burda olan her kesin Su çerşenbesin tebrik edirem





 

Loris
Qısa məlumat
Loris
: qiymət: 0
Tarix: 23.02.2016 | # 1
Xəbərə görə təşəkkürlər. Su çərşənbəmiz mübarək olsun bu baharın gəlişi hər birimizə sevincli günlər bəxş etsin,süfrəmiz ruzi bərəkətli,günlərimiz sağlıqla keçsin. Amin





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 6
Qonaqlar: 84
Cəmi: 90
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Acmhimeags
Adwahmeags
Ahthzmeags
Aidzzmeags
Avaytmeags
darixanurekk
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116198
Sayğaclar



Mp3 yukle