Valideynlərin övladlarının evlənməsindəki vəzifələri
07.03.2016   Bölmə: Adət ənənələr
Həzrət Peyğəmbər (s) buyurur: "Övladın atası üzərində üç haqqı vardır: gözəl ad seçmək, yazmağı və savadı öyrətmək, övladı həddi-büluğa çatan zaman, onu evləndirmək".
Qurani-Kərim buyurur: "(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin". ("Nur" 32).
Sun.Az deyerler.org-a istinadən bildirir ki, hər bir valideynin arzusudur ki, övladının xeyir işini və toyunu görsün və orada iştirak etsin. Ancaq buna nə qədər nail ola bilir və ya ola bilmir - orası məchuldur. Hər bir valideyn, maddi çətinliklərinin olmasına baxmayaraq, övladına evlilik mövzularında dəstək olar və onu evləndirməyə səy göstərər. Lakin bəzən valideynlərin bu səyi qarşısında övladı o qədər nalayiq rəftarlar nümayiş etdirər ki, onun ümidsiz olmasına səbəb olar.
Valideyn istəyir ki, öz nəzərində xeyirli olanı övladına təklif etsin və övladı da onu qəbul edib, təşəkkür etsin. Lakin bu, həmişə belə olmur. Əksər cavanlar valideynlərin bu təklifi ilə müxalif olur və ona müqavmət göstərərlər.
Bəzi valideynlər də maddi imkanları olmadığı üçün övladını bu sahədə dəstəkləyə bilmir. Ona sadəcə düzgün seçim etməkdə yönləndirir və xata etməsinə imkan vermir. Bütün bunlar - valideynlərin yerinə yetirdikləri vəzifələrdir.
Valideyn o zaman öz vəzifəsinə əməl edər ki, övladına düzgün seçim etməkdə yardım edər, ancaq həyatına təsir qoymaz. Onun qərar verməsini özünə həvalə edər, sadəcə yol göstərər. Əgər övladı da yaxşı tərbiyə alıbdırsa, düzgün ilə yanlış seçimi bir-birindən ayıra biləcək və ən yaxşısını seçəcəkdir. Valideynin bu sahədə övladına təzyiq göstərməsi məsləhət deyil və çox acı nəticələrə səbəb ola bilər. Övladının həyatını poza bilər və onu həyatdan küsdürər.
Təbiidir ki, valideyn övladını tərbiyə edən zaman ona düzgün və yanlış meyarları təlim vermişdir. Adətən övladımızın həyata baxışı bizimkinə bənzəyir. Çünki onu biz tərbiyə etmişik və bizim üçün nə düzgün sayılırsa, ona da onu öyrətmişik. Lakin bəzi amillər vardır ki, onu bizdən fərqləndirir. O, bir övlad olaraq bizdən daha güclüdür, çünki onu biz tərbiyə etmişik, o, bizim təcrübələrdən bəhrələnmişdir. Bütün bunları nəzərə almayan valideyn, bəzən övladının seçiminə etimad etmir və ona təsir göstərməyə çalışır
Belə olan halda bəzi problemlər baş qaldırar. O cümlədən: övladı evlilik mövzusunda məsuliyyətli olmaz, cütlər arasında sevgi bağları meydana gəlməz, qarşılıqlı anlaşılmazlıqlar və sonrakı böhranlar ortaya gələr ki, bəzən ailə təməlini belə, sarsıdar.
Biz demirik ki, valideyn övlafını özbaşına buraxsın. Xeyr, sadəcə seçimini onun ixtiyarına buraxsın və özü təsir göstərməsin. Düzgün seçim etməsi üçün yönləndirsin və təkliflər versin. Valideyn təkcə seçimdə deyil, sonrakı ailə həyatında da övladına dəstək ola bilər. Onun ailəsinin necə xoşbəxt ola biləcəyinə dair tövsiyələr verə bilər və xatalarını üzə çıxardıb, ona söyləyər.
Beləliklə deyə bilərik ki, valideynin vəzifəsi övladını evləndirməkdir. Bu yolda ona dəstək olmalı və etdiyi seçimdə ona tövsiyələr verməlidir, ancaq təzyiq göstərməməli və ona etimad etməlidir. Əgər maddi durumu yaxşıdırsa, övladının ailə qurmasında maddi yardım göstərməli və ayaqda durana qədər ona dəstək olmalıdır. Övladını heç bir şeyə məcbur etməməli və sadəcə təklifləri və tövsiyələri ilə ona həyat meydanında yardım etməlidir. Budur valideynin əsil vəzifəsi.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: residinaski     Baxış sayi: 1250     07.03.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Maraqlı və qeyri-adi yemək - Adətləri Novruz Falları
İnanılmaz toy inancları YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK
İnanclar Fərqli inanclar
Azərbaycanda toy adətləri - qız toyu Dünya xalqlarının doğuş mədəniyyəti
Səməni Saxla Məni İldə cücərdərəm Səni Süfrə mədəniyyəti - Bunlara diqqət edin
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
_Esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_Esmeralda_
: qiymət: 0
Tarix: 26.05.2017 | # 5
Allah razi olsun,gozel meqaledir.




 

residinaski
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
residinaski
: qiymət: 0
Tarix: 08.03.2016 | # 4
Hmm, Ok kimi qisa şerhler yazmayin






 

Samira_7
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi
Samira_7
: qiymət: 0
Tarix: 08.03.2016 | # 3
Dogrudur her biri, Sukur bizde de bir problem, mecburiyyet yoxdur Allah her kesedogru imsanla qarwilawib onunla evlenmeyi, yasamagi nesib edsin butun subaylarmiza Amin Inwallah
Cavid_19, Inwallah tebrik edirem





 

Cavid_19
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi
Cavid_19
: qiymət: 0
Tarix: 08.03.2016 | # 2
sukur her sey yaxsidi valideyinlerimin ve menim isdeyimle 16 gun sora nisanlaniram





 

nazliii
Qısa məlumat
nazliii
: qiymət: 0
Tarix: 07.03.2016 | # 1
HMMM





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 135
    Cəmi: 137
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Meleyim1
    ukukygys
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117113
    Sayğaclar



    Mp3 yukle