Seks bu xəstəlikləri sağaldır
03.07.2016   Bölmə: Cinsi sağlamlıq


Seksdən uzaq duranlara pis xəbərimiz var. Seksdən imtina yalnız ruhunuzu təmizləyə bilər. Orqanizmə xeyiri isə cüzidir.

Seks dözümlülüyü barəsində müasir elmin deyə biləcəyi ən yaxşı hal onun cüzi xeyiri var və seksdən yalnız müəyyən dərəcədə uzaq olmaq lazımdır. Sağlam mütamadi seks kişilərə və qadınlara xeyli üstünlüklər verir (əlbəttə ki, sağa-sola gedib cinsi xəstəliklər tutmasanız).

Belfast Kral Universitetində araşdırmalar aparılmışdır və kişi sağlamlığının seksdən asıllığı öyrənilmişdir. Araşdırmaların nəticələri “British Medical Journal”da çap olunmuşdur. Nəticədə daha çox orqazm olan kişilər arasında ölüm sayı ümumiyyətlə sekslə məşğul olmayan kişilərin ölüm sayından iki dəfə azdır.

Digər araşdırmalar da var və iddia olunur ki, seksin sağlamlığı aşağıdakı müsbət təsirləri mövcuddur:

İybilmə qabiliyyətini yaxşılaşdırır. Seksdən sonra prolaktin hormonu çoxalır. Bu öz növbəsində iy bilmə qabiliyyətinə cavabdeh olan beynin hissəsində yeni neyronlar yaradır.

Ürək xəstəlikləri riski azalır. Belfast Kral Universitetinin araşdırmacıları müəyyən ediblər ki, həftədə ən azı 3 dəfə sekslə məşğul olan kişilərdə insult və infarkt olmaq riski iki dəfə aşağıdır.

Çəki azalır, ümumi hal yaxşılaşır. Seks – fiziki məşqdir. Bir ehtiraslı cinsi əlaqə 200 kaloriy yandırır ki, buna siz 15 dəqiqə qaçmaqla nail ola bilərsiz. Ehtiraslanmış insanda ürək döyüntüləri idmançılarda olduğu kimi 70-dən 150-ə qədər artır. Həmçinin seks zamanı sinə, çanaq, qol və yan əzələləri hərəkətə gəlir.

Depressiya azalır. ABŞ psixoloqu Qordon Qellap iddia edir ki, prezervativsiz sekslə məşğul olan qadınlarda depressiya halları prezervativlə sekslə məşğul olan qadınlardakı depressiya hallarından qat-qat aşağıdır. Məsələ ondadır ki, spermanın tərkibində olan prostoqlandin hormonu qadın cinsi orqanlarına hoparaq, qadın hormonlarını artırır.

Ağrıkəsici. Orqazm öncəsi oksitosin hormonunun sayı 5 dəfə artır. Bu endorfinin yaranmasına səbəb olur ki, endorfin ağrıkəsici funksiyasına malikdir. Baş ağrılarından tutmuş, artrit və miqrenə qədər kömək edir. Qadınlarda seks zamanı estroqen artır ki, aybaşı xəstəlikləri zamanı yaranan ağrıları azaldır.

Qrip və soyuqdəymə riskini azaldır. Pensilvaniya ştatının Wilkes Universitetində araşdırmalar aparılmışdır. Nəticədə həftədə ən azı iki dəfə sekslə məşğul olan insanlarda immunoqlobulin A anticisminin 30% artıdığı təyin olunmuşdur. Bu anticismlər insanın immun sistemini möhkəmləndirir.

Sidik kisəsinin vəziyyəti yaxşılaşır. Cinsi orqanın əzələləri üçün Keqel həkimin məşqləri barəsində eşitmisiniz? Biz bunu həmişə sidikdən sonra şuuraltı edirik. Beləki, eyni əzələlər cinsi əlaqə zamanı da işləyir.

Sağlam prostat. Bəzi uroloqlar eakulyasiyanı (boşalma) prostat sağlamlığının əsası kimi sayırlar. Beləki, sperma istehsalı üçün prostat qandan sink, limon turşusu, kaliy kimi maddələri yığır və sonradan onların səviyyəsini 600 dəfəyə qədər artırır.

Kanseroqenlər də qanda mövcud olduğundan mərkəzləşirlər. Bu kanseroqenləri orqanizmdə saxlamaqdansa eakulyasiya ilə onlardan azad olmaq daha məsləhətlidir. Buna siz köhnə və sadiq dostunuz seks ilə nail ola bilərsiniz. Lakin əgər sizi yalnız prostat təmizliyi narahat edirsə, bunu masturbasiya ilə də edə bilərsinizz. “British Journal of Urology International” də çap olunan məqalədə göstərilir ki, 20 yaşlı kişilər həftədə ən azı 5 dəfə boşalmaqla prostat xərçənginə tutulma riskini 3 dəfə azaltımış olurlar. Həmçinin qeyd edək ki, eyni zaman kəsiyində bir neçə qadınla cinsi münasibətdə olmaq prostat xərçənginə tutulma riskini 40% artırır.

Unutmayın ki, yüksək seksual istəyin olması ideal sağlamlığın rəmzi olmasa da, seksual istəksizlik sizin orqanizmdə problemlərin olmasına işarədir. Cinsi orqanda ereksiya problemi ürək-damar sistemində çatışmamazlıqla əlaqəli ola bilər. Bu həmçinin şəkərin, hipertoniyanın və ya yüksək xolesterinin olması ilə əlaqədar ola bilər. Bununla mübarizədə ilk sıralarda idman durur. /qadınlar.biz/
loading...
Zengimcell yukle
 (Səs sayı: 4)
Müəllif: ramalqarabaqli     Baxış sayi: 2162     03.07.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Cinsi bəlli olmayan nəsil Erotik yuxular 18+
Öpüşməklə bağlı şok faktlar Artıq çəki seksdən alınan həzzi azaldır?
Cinsi əlaqə zamanı ağrıların səbəbi l Disp.. Orqazmın 8 faydası(+18)
Cinsi performansı artıran meyvə hansıdır? Gənc qızlara sonsuzluqla bağlı ciddi xəbərda..
İdman edərək menstruasiya sancılarından azad .. Spermoqrammanın yaxşılaşması üsulları
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 161
Cəmi: 162
Bu gün saytda olanlar

Hal-hazırda saytda
esocefin
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115806
Sayğaclar



Mp3 yukle