Qadın sonsuzluğu | www.Sun.az
Qadın sonsuzluğu
08.07.2016   Bölmə: Cinsi sağlamlıq

Kontrasaptiv vasitələrdən istifadə etmədən cinci həyat keçirib 12 ay müddətində qadının hamilə qalmaması sonsuzluq hesab olunur. Sonsuzluq yalnız tibbi problem deyil, o hən də sosial problemdir. Bu problemin rastgəlmə tezliyi 15% -dən çox olarsa ölkədə demoqrafik dəyişikliklər baş verər. Sonsuzluq problemin 35-40% -i qadınlarda, 30-35%-i kişilərdə olduğu zaman baş verir.

Qadın sonsuzluğunun əsas səbəbləri
– Endokrin sonsuzluq (35-40%)
– Boru-peritoneal amil (30-35%)
– Müxtəlif ginekoloji xəstəliklər (15-25%)
– Immunoloji səbəblər (2%)
– Psixogen amillər
Endokrin sonsuzluq ovulyasiya prosesinin pozulması ilə əlaqədardır, anovulyasiya, mentrual tsiklin lütein fazasının çatışmazlığı, ovulyasiya etməyən follikulun lüteinləşməsi sindromu.
Yumurtalıqların polikistoz sindromu reproduktiv yaşlı qadınlarda daha çox təsadüf olunan endokrin pozğunluqdur. Bu sindrom zamanı yumurtalığın həcmi böyüyür və qabığı qalınlaşır. Bu prosesin əsasında androgenlərin çoxluğu, insulinə rezistentlik, qonadotropinlərin patoloji dinamikası təşkil edir.
Anovulyar sonsuzluq reproduktiv sistemin istənilən səviyyəsinin zədələnməsi zamanı meydana gələ bilər. Daha çox təsadüf olunan səbəbləri bunlardır: hiperandrogeniya, hiperprolaktinemiya, hipoestrogeniya, maddələr mübadiləsinin pozulması, metabolik sindrom, İtsenko-Kuşing sindromu və xəstəliyi, hipo-hipertireoz.
Lütein fazanın çatışmazlığı nəticəsində embrionun implantasiyası pozulur və menstruasiyaya qədər hamiləliyin erkən itirilməsi baş verir.
Bu çatmazlıq hipotalamus-hipofiz-yumurtalıq sisteminin disfunksiyaları, travmalar, streslər, iltihabi proseslərin və peritoneal mayenin biokimyəvi dəyişikliklərinin təsiri nəticəsində baş verir.

Boru sonsuzluğuna aşağıdakılar aiddir:
– Uşaqlıq borularının cərrahi yolla çıxarılması
– Bitişmələr nəticəsində boru keçməzliyinin formalaşması
– Boruların funksional pozulmaları
Uşqlıq borularının keçməzliyinin ən çox təsadüf olunan səbəb infeksiyanın istənilən növü ilə xüsusən vərəm, cinsi yolla keçən infeksiyalar – süzənək, xlamidiyaların təsiri ilə yaranmış bitişmə prosesidir. Süni abortlar və doğuşlardan sonra qarışıq infeksiyalar tərəfindən törədilən endometritlər, salpingitlər, saktosalpingitlərin formalaşmasına və borunun geriyə dönməyən keçməzliyinə gətirib çıxarır.
Ginekoloji xəstəliklər zamanı sonsuzluq (uşaqlıqda arakəsmələr, snexiyalar, endometrioz, submukoz və interstisial miomatoz düyünlər, endometriumun polipləri) mayalanmış yumurta hüceyrəsinin implantasiyasının pozulması ilə əlaqədardır.

Çox vaxt sonsuzluğun səbəbi uşaqlıq amilləri olur:
Immun sonsuzluğunun səbəbi qadınlarda uşaqlıq boynunda, endometriumda, uşaqlıq borularında spermotozoidlərin faqositozuna gətirib çıxaran antispermal əks cisimlərin yaranmasıdır. Sonsuzluğun uşaqlıq boynu amilinə həm də anatomik dəyişikliklər, servisitlər, servikal seliyin kimyəvi tərkibinin pozulması da aiddir.
Psixogen amillər qadınların reproduktiv funksiyalarının pozulmalarının səbəbi olaraq daha az təsadüf olunur. Stress halları uşaqlıq borularının funksional keçməzliyinə gətirib çıxara bilər.
Diaqnoz qoyulanda qadının yaşına, menstrual funksiyanın xüsusiyyətinə, cinsiyyət üzvlərinin keçirdiyi xəstəliklərə, endokrin sistemin xəstəliklərinə, hormonların normada olub–olmamasına, uşaqlıq vaxtı keçirilmiş əməliyyatlara, kişinin sağlamlığına diqqət verilir.
Sonsuzluqdan qurtarmaq üçun həkimdən xəstəsinə diqqətlə yanaşmaq və inadkar olmaq, xəstədən isə səbir və dözüm tələb olunur.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 1435     08.07.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
QADINLARDA MENSTRUASİYA AĞRILARI Sevgi üçün arıqlayın(+18)
Cinsi əlaqənin sağlamlığa faydası var Cinsi yolla yoluxan xəstəliklər haqqında maraq..
Cinsi soyuqluq Qızlar necə masturbasiya etməlidirlər?
Seksin sağlamlığa və Qadın gözəlliyinə fay.. Cinsi həvəsi artıran - BİTKİ
Hansı cinsi sağlamlıq problemləri var? Cinsi əlaqə zamanı ağrı hansı xəstəliklər..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
lala
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv
lala
: qiymət: 0
Tarix: 10.07.2016 | # 1
melumatcun sag olun ama ki besdide bele xeberler yerlewdirdizz saytaa





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 108
    Cəmi: 109
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    darixanurekk
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116747
    Sayğaclar



    Mp3 yukle