Sonsuzluğu əmələ gətirən faktorlar
08.07.2016   Bölmə: Cinsi sağlamlıq

Qadın sonsuzluğuna səbəb olan amillər:
1.Endokrin sonsuzluq (30-40%): Buna səbəb toxum hüceyrəsinin yetişmə prosesinin pozulması və ovulyasiyanın olmamasıdır. Ovulyasiyanın olmamasına səbəb isə menstruasiya siklinin pozulması və ya 6 aydan çox müddətə olmamasıdır.
2.Boru sonsuzluğu (20-60%). Bu növ sonsuzluq uşaqlıq borularının patologiyası ilə xarakterizə olunur. Bu patologiya anadangəlmə anomaliya, iltihablı xəstəliklər, uşaq saldırmadan yaranır. Bütün bu faktorlar uşaqlıq borusunun funksiyasını poza bilər.
3.Ginekoloji patologiya nəticəsində sonsuzluq (15-30%). Bu sonsuzluğa uşaqlıq mioması, patoloji endometriya, endometrioza səbəb olur.sonsuzluq,infertility,besplodie,cinsi problem,
4.İmmunoloji sonsuzluq (2-3-%). Sonsuzluğun bu növü orqanizmdə spermatozoidi məhv edən antitellərin yaranması ilə əlaqədardır.
5.İdiopatik və ya aydın olmayan sonsuzluq (5-10%): Təəssüflər olsun ki, 5% sağlam cütlükdə anatomik və funksional nöqsanları diaqnostik metodla müəyyən etmək olmur.
6.Mütləq sonsuzluq. Sonsuzluğun bu növü uşaqlığın, yumurtalığın, uşaqlıq borularının yoxluğu, cinsiyyət orqanlarının inkişafının anomaliyası ilə bağlıdır.
Sonsuzluğun növünü müəyyənləşdirmək üçün qadın və kişini müayinə etmək lazımdır.

Sonsuzluğun müalicəsi sonsuzluğa gətirib çıxaran bütün səbəbləri aradan qaldırmaqdan ibarətdir. Boru sonsuzluğunda boruların keçirmə qabiliyyətini bərpa etmək lazımdır kİ, bu da laparoskopiya vasitəsilə edilir. Onun effektivliyi 30-40%-dir. Əgər boru keçirməzliyi problemi 2-3 il müddətində mövcuddursa və bir dəfə laparoskopiya edilibsə, onda cərrahi müalicəyə əl atılır. Endokrin sonsuzluqda hormonal pozuntunun korreksiyası və yumurtalıqların işinin stimulyasiyası həyata keçirilir. Müalicənin effektivliyi 70-80% təşkil edir. Uşaqlığın patologiyası zamanı, inkişafda qüsur olanda rekonstruktiv-plastik əməliyyat edilir. Əməliyyatdan sonra hamilə qalma şansı 15-20%-dir. Uşaqlığın inkişaf qüsuru və ya olmaması zamanı da genetik uşağa sahib olmaq mümkündür, əlbəttə ki, surroqat ana vasitəsilə. Endometriozla bağlı olan sonsuzluq laparoskopiya vasitəsilə diaqnostika və müalicə olunur. Laparoskopiyanın effektini dərman müalicəsilə əlaqələndirmək lazımdır. Müalicə 6 aya qədər uzana bilər. Bu müalicənin effektivliyi 30-40%-dir.

Kişi sonsuzluğunun müalicəsi spermopram göstəricisinin pozuntusu zamanı spermatogenezin stimulyasiyası vasitəsilə aparılır. Müasir dövrdə kişi sonsuzluğunun bir sıra səbəbləri zamanı süni mayalanma üsulundan istifadə olunur. İmmunoloji sonsuzluğun müalicəsi isə plazmafarez vasitəsilə aparılır. Bu zaman müalicənin effektivliyinə ər-arvadın yaşı (əgər qadının yaşı 37 yuxarı olarsa, effektivlik aşağı düşür), müalicənin davamlılığı təsir edir. Ona görə də eyni metodla müalicəni davam etdirmək məsləhət deyil.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 677     08.07.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Cinsi əlaqənin sağlamlığa faydası var Cinsi xəstəliklərə səbəb olan faktor
Cinsi istəyi artırmaq üçün 10 QIZIL QAYDA Klonlaşdırma
Kişilər bunu etiraf etməkdən çox utanır Bəylərin cinsi aktını artırmaq,cinsi zəiflik..
"Kişi sonsuzluğunu müalicə etmək qadınlardan.. Kişilərin ən çox qorxduğu xəstəlik - ƏLAM..
Hamilələrin diqqətinə! Bu dərmanı qəbul etm.. Cinsi əlaqə zamanı ağrıların səbəbi l Disp..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 141
    Cəmi: 142
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    filthyyacht26
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117522
    Sayğaclar



    Mp3 yukle