Kişilərin ən çox qorxduğu xəstəlik - ƏLAMƏTLƏRİ
23.10.2016   Bölmə: Cinsi sağlamlıq
Testis (xayalar) yetkinlikdən etibarən qadının yumurtasını dölləyən spermaları, eyni zamanda testosteron hormonunu istehsal edir. Testosteron isə səs qalınlaşma və tüklənmə kimi kişi xüsusiyyətlərinin əsas səbəbidir. Bununla yanaşı, ereksiya və cinsi impuls (libido) qabiliyyətinə də nəzarət edir. Bu xərçəng növü təbii ki, kişilərdə rast gəlinir. Aile.lent.az testis xərçənginin əlamətlərindən bəhs edir.

Testis xərçənginin əsas əlaməti xayanın bir hissəsində ağrısız yumru şişin yaranmasıdır. Ancaq xayadakı şişlərin böyük əksəriyyəti xərçəng deyil. Xərçəng əlaməti olan şiş noxud qədər kiçik və ya daha böyük ola bilər. Ümumiyyətlə isə, ağrısı olmur. Lakin bəzi kişilər zərər görmüş xayada və ya qarınlarının alt qismində yüngül ağrı hiss edə bilər.

Bəzən testis xərçəngi hüceyrələri qarnın arxa qismindəki limfa vəzlərinə yayıla bilər. Bu vəziyyət kürək ağrısına səbəb olur. Xərçəng hüceyrələri sinənin ortasına, ağciyərin arasındakı limfa düyünlərinə də yayıla bilər. Bu vəziyyət öskürək, nəfəs alma, udqunma çətinliyi və sinədə şişliyə gətirib çıxarır. Testis xərçəngi yayıldıqda körpücük sümüyünün ətrafı və ya boyun kimi bədənin digər hissələrində də kök yumruları meydana gətirə bilər. Bu yumrular xərçəng hüceyrələrini ehtiva edən limfa düyünləridir. Testis xərçəngi həmçinin bədəndəki digər orqanlara da yayıla bilər.

Xərçəngin diaqnozu erkən qoyularsa, çox asan müalicə edilir. Bu baxımdan
Kişilər diqqətli olmalıdırlar. Testisdə hər hansı kiçik dəyişiklik hiss etdikdə buna biganə yanaşmayın, dərhal həkimə müraciət edin.

Testisə hər gün nəzarət etməyə ehtiyac yoxdur. Müayinənin ən asan yolu duşdan sonra skrotum boşalmış halda ikən etməkdir. Ovuc içinizlə skrotumu əlinizə alın. Sonra hər iki əlinizin barmaqları və həmçinin baş barmağınızı istifadə edərək testisləri yoxlayın. Ölçü və ya ağırlığında hər hansı cüzi dəyişiklik artıq narahatlıqdan xəbər verir. Normalda xayanın arxa üst qismində yumşaq bir kanal hiss etməlisiniz. Xayanın özü yumru və ya şiş olmamalıdır, düz olmalıdır. Əgər xayada şişlik hiss etsəniz, ən qısa zamanda həkimə müraciət edin.
loading...
 (Səs sayı: 0)
Müəllif: Sweetgirl     Baxış sayi: 498     23.10.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Cinsi istəksizlik beyində bitir Kişi klimaksı
Ən təhlükəli seks pozası Cinsi sağlamlıq üçün mühüm amillər
Vagina Baximindan Razı Deyilsiniz?(+18) Qadınlar seksdən niyə soyuyur? - SƏBƏBLƏRİ
Vajinanızı möhkəmləşdirməyin ən ideal yolu.. Cinsi yolla keçən xəstəliklər
Hamilə qalma ehtimalını artırmaq yolları Kişilər üçün təbii viaqra - Qarpız tumları..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 13.03.2017 | # 1
Maraqli xeber ucun sag ol







 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 66
Cəmi: 67
Bu gün saytda olanlar

Hal-hazırda saytda
JamesAvery
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114707
Sayğaclar



Mp3 yukle