Aylədaxili prablemlər
11.01.2017   Bölmə: Sual və Problemləriniz



Əgər bu suallardan 2-nə "hə” cavabı verirsinizsə, həyat yoldaşınızın konfliktli (aqressiv) olma ehtimalı çox yüksəkdir.

1. Sizinlə ailə üzvləri, dostlarınız, uşaqlarınızın önündə alçaldıcı zarafatlar edirmi?

2. Spirtli içki qəbulundan sonra sizə qarşı aqressiv olurmu?

3. Sizə və ya övladınıza nə vaxtsa səbəbsiz vurdumu?

4. Onu əsəbləşdirməmək üçün hər şeyə razısınızmı?

5. O, evdə olmayanda özünüzü daha rahat, xöşbəxt hiss edirsinizmi?

6. Qolunuzdakı, sifətinizdəki göyərmə izlərini qohumlarınızdan gizlətmək ehtiyacı olubmu?

7. Tez-tez "Məni əsəbləşdirmə” deyə qışqırırmı?

8. Heç bir səbəb olmadan tez-tez evdə problem yaradırmı?

9. Əsəbləşəndə qapıları çırpıb, şüşə sındırıb və ya əşya tulladığı oldumu?

10. Maddi olaraq sizi özündən asılı vəziyyətdə saxlamağa çalışırmı?

Ən xırda konfiliktlərin belə, yumruq, təpik, bıçaq davasına çevrildiyi bir dövrdə yaşayırıq. Sosial mediadan tutmuş televiziya verilişlərinə qədər xəbər bloklarının əsasını kriminal yönümlü informasiyalar təşkil edir. Ölkəmizdə demək olar ki, hər gün qatı cinayət hadisələri ilə qarşılaşırıq. Aqressiv davranışın bir çox formaları vardır ki, bunlardan ən çox yayılanı ailədaxili konfliktlərdir.

Bəzən sevərək, bütün adət-ənənələrə riayət olunaraq sevinclə qurulan ailələrdə evliliyin ilk illərində problemlər ortaya çıxmağa başlayır. Emosional bağların qopduğu, yəni qarşılıqlı gözləntilərin puç olduğu bu dövr çox təhlükəlidir. Boşanma hadisəsinin, eləcə də ilk ailə daxili konfliktlərin təməlləri məhz bu aylarda qoyulur. İlk aylarda nisbətən az olan aqressiv davranış getdikcə artmağa başlayır. Bəzən qısa müddətli küsüb barışma halları rast gəlinsə də, təcrübə göstərir ki, hər dəfə barışdıqdan sonar daha ciddi konfliktlər yaşanır.

Ailədaxili aqressiv davranışlar heç də bir günün içində ortaya çıxan mənzərə deyil. Tarix boyu cəmiyyətdə kişinin qadına qarşı aqressiv rəftarına bir növ mənəvi haqq qazandırılıb. Uşaqlq dövründən ”Qızını döyməyən, dizini döyər” misalı bunun ən bariz nümunəsidir. Buna görə də şüuraltımızda problem həll etmə yolu kimi həmişə döyüş, dava olub. Bundan başqa bu cür kişilərə cəmiyyətdə rəğbət bəslənilməsi aqressivliyin sosial səbəblərindəndir. Bir şeyi də unutmaq lazım deyil ki, ünsiyyət bacarığı olmayan, duyğularını ifadə edə bilməyən, məntiqi düşünə bilməyən insanlar tez-tez ailədə aqressiv rəftar edirlər.

Ailədə ər-arvad arasında baş verən münaqişələrdə fiziki şiddəti 90 hallarda kişilər həyata keçirsə də, qalan digər hallarda qadın şiddətinin də şahidi oluruq. Fiziki şiddət göstərən kişilərin əksəriyyətinin təhsili və sosiol iqtisadi vəziyyəti aşağı olan şəxslər olsa da, 20 faizi universitet məzunu, ali təhsilli şəxslərdir. Tibbi olaraq isə bəzi psixiatrik xəstəliklər məsələn, antisosial və narsistik şəxsiyyət pozuntularında, şizofreniyada, narkotik maddə asılılığı olan şəxslərdə daha çox rast gəlinir. Bəzən kişilik hormonu olan testesteronun qanda miqdarının çox olması da fiziki şiddətin səbəbi kimi göstərilir.

Bizim cəmiyyətdə aqressiv davranışın ən böyük səbəbi yuxarıda qeyd olunduğu kimi, maddi vəziyyətlərinin aşağı olmasıdır ki, özünü bu yöndən kişi kimi sübut edə bilməyən şəxs özünütəsdiq forması olaraq ailədə aqressiv və qısqanc davranışlar etməklə hökmranlığını göstərmək istəyir. Bəzən qısqanclıq elə bir həddə gəlib çatır ki, boşandığı həyat yoldaşını belə öldürərək cinayət edirlər.

Son olaraq mütəxəssis kimi tövsiyəmiz: aqressiv rəftarın çıxış yolu olmadığını hər kəs başa düşməlidir. Bu sahədə geniş məlumatlandırma, təbliğat işi aparılmalı, bu səbəbdən baş verən boşanma halları ciddi araşdırılmalıdır.
loading...
 (Səs sayı: 2)
Müəllif: Meleyim1     Baxış sayi: 426     11.01.2017
Təşəkkür edənlər (2) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Həyatınız Necə olsun İstərdiniz? Bu vezifelerden hansina sahibsiz
Imgs.su saytı vasitəsil ilə şəkil yükləmək.. Birini seçin))
Hal-hazırda nəyə ehtiyacınız var? Əxlaq yoxsa əxlaqsızlıq...?
Sizlere sualim var Sun.azlilara suallarım
Sizce de beledi? YENE SUAL
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
elmirochka
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Xəbərlərdə aktivliyinə görə Maraqlı xəbərlər müəllifi
elmirochka
: qiymət: 0
Tarix: 12.01.2017 | # 4
Xəbərə görə təşəkkürlər canm amm mənə lazım deyil bu test



...


 

Yaz_yagmuru
Qısa məlumat
Yaz_yagmuru
: qiymət: 1
Tarix: 12.01.2017 | # 3
1.Sizinle aile uzvleri,, dostlariniz ,,uwaqlarinizin onunde alcaldici zarafatlar edirmi?
Evveller cox olurdu,,,gordu beynim conur day o qederde ele etmir
2.Spirtli icqi qebulundan sonra size qarwi aqressiv olurmu?
O mene yox ,,men ona qarwi hemin vaxti aqressiv oluram ,,niye icib deye.
3.Size ve ovladiniza ne vaxtsa sebebsiz vurdumu
He olub
4.Onu eseblewdirmemekcin her weye razisanmi?
He eledi ne olur olsun ama o eseblewmesin,,,cunki menimde sinirlerimi pozur.
5.O evde olmayanda ozunuzu rahat ,,xowbext hiss edirsinizmi
Baxir evden nece ayrilib gedib ,,,
6.Qolunuzdaki,,sifetinizdeki goyerme izini qohumlarinizdan gizletmek ehtiyaci olubmu?
olub
7.Tez -tez meni eseblewdirme qiwqirirmi?
Hemde nece qiwqirirsa ,,nece gun daniwdirmiram
8.Hec bir sebeb olmadan evde problem yaradirmi?
Hec bir sebeb olmadanmi deyim ,,ya nece deyim bilmirem ,,, her xirda sozu problem edir
9.Eseblewende qapilar cirpib ,,wuwe sindirib,,ve ya ewya tulladigi olurmu
yoo olmur
10..Maddi olaraq sizi ozunden asli veziyyete salmaga caliwirmi?
Yo qetiyyen ele bir wey etmez,,, ne puluda olsa getirib mene verir

maraqli idi tewekkur edirem





 

meley0001
Qısa məlumat

Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Yarışma Qalibi Yarışma Qalibi Yarışma Qalibi
meley0001
: qiymət: 1
Tarix: 11.01.2017 | # 2
1. Sizinlə ailə üzvləri, dostlarınız, uşaqlarınızın önündə alçaldıcı zarafatlar edirmi?
Yox yox qətiyyən bacı elə olanda mən gərək öləm yaşamayam
2. Spirtli içki qəbulundan sonra sizə qarşı aqressiv olurmu?
Yoo əksinə spirtli içki içəndə lap mülayim olur ancaq içməsə daha gözəl olar ancaq neyniyim
3. Sizə və ya övladınıza nə vaxtsa səbəbsiz vurdumu?
Yoo ümüumiyyətlə vurmaqla arası yoxdu lakin elə söz deyər adamın yeddi qatına keçər))
4. Onu əsəbləşdirməmək üçün hər şeyə razısınızmı?
Hə istəyirəm əsəbləşdirməyim
5. O, evdə olmayanda özünüzü daha rahat, xöşbəxt hiss edirsinizmi?
Yoxx əksinə darıxıram
6. Qolunuzdakı, sifətinizdəki göyərmə izlərini qohumlarınızdan gizlətmək ehtiyacı olubmu?
Yox Allah eləməsin
7. Tez-tez "Məni əsəbləşdirmə” deyə qışqırırmı?
Mənim bir adətim var başını tez tez xarab edirəm nəyinsə icazəsini alanda onda deyir Allah zəhrini yarsın get elə
8. Heç bir səbəb olmadan tez-tez evdə problem yaradırmı?
Yoxyox qətiyyən
9. Əsəbləşəndə qapıları çırpıb, şüşə sındırıb və ya əşya tulladığı oldumu?
Yoo
10. Maddi olaraq sizi özündən asılı vəziyyətdə saxlamağa çalışırmı?
Yoox əsla








Hər kəs öz gözündə tiri görsə başqasının gözündə tük axtarmasa oturar öz zibilə qalmış yerin də✌




 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 3
Tarix: 11.01.2017 | # 1
Her bir guclu kiwinin arxasinda guclu qadini olar..







 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 6
Qonaqlar: 142
Cəmi: 148
Bu gün saytda olanlar

Hal-hazırda saytda
aysenim
BeverlyNiz
C_A_M_A_L
riko_sayagi
sensen
soltan
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114430
Sayğaclar



Mp3 yukle