Ölümü uşaqlara necə izah edək? - PSİXOLOQ YAZIR
21.01.2017   Bölmə: Sual və Problemləriniz



Ölümü uşaqlara necə izah edək? - PSİXOLOQ YAZIR
sun.az “Narınc” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmovanın məqaləsini təqdim edir.


Hər bir ölkənin sağlam gələcəyi onun vətəndaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri, xüsusən, anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətənlə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır. Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur.

Ağır, acılı günlərimizi necə?! Bax, burda hər kəs tərəddüd yaşayır. Necə edək ki, uşağımıza vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin foto görüntüləri göstərilsinmi?

İlk öncə onu qeyd edim ki, uşaqlar ölümü 7 yaşa qədər anlamırlar. Onlar bu yaşa qədər ölümü sonlanmış proses kimi yox, gedib sonradan gələcək bir hal kimi anlayırlar. Ona görə də bu günü bağça dönəmlərini yaşayan uşaqlara mütəxəssislər anladarkən hadisələri detallı şəkildə foto görüntülərlə anlatmamalı, orda olan şiddəti sözlü şəkildə qismən izah etməli, daha çox vətəni sevmək, onu qorumaq, ağır günündə yanında olmaq və s. kimi gözəl, güvənverici duyğulara fokuslanmalıdırlar. Bu əlamətdar gündə uşaqların himni bilməsi, onlara vətənlə bağlı şeirlər öyrədilməsi, səhnələşdirməsi məqsədəuyğundur.

Məktəb dönəmində isə artıq uşaq ölümü dərk edə bilən yaşdadır. Burda mütləq müəllim-pedaqoq diqqətli olmalı, məktəb psixoloqunun iştirakı və ya nəzarəti altında məlumat verilməlidir. Emosional sferası davamsız olan uşaqlar hələ də ölümü anlamamış ola bilər. Bu uşaqlar xüsusi seçilməli, izahatda onlar da nəzərə alınmalıdır. Cinsi yetişkənlik yaşına (9 yaş sonrası) kimi uşağın işgəncə video və fotoşəkilləri izləməsi məqsədəuyğun deyil. Bu, uşaqlarda artıq bu acı günə, bu günün niyə qeyd olunduğuna deyil, görüntüdəki işgəncələrin təsiriylə hadisələri öz üzərinə köçürüb yaxınlarını itirmə və ya məktəb qorxusuna çevirə bilər. Bunun nəticəsində onlarda yuxuda sayıqlamalar, yuxuya gedərsə, hadisələrdən xəbərsiz olacaq və pis bir şey baş verəcək düşüncəsinə qapılaraq yuxu pozuntusu, səbəbsiz hərarət, qarın ağrısı və s. fobik əlamətlər baş verə bilər. Bəzən pedaqoq elə düşünür ki, uşağa şəkilləri göstərərsə, bu hadisəni daha dərindən anlayacaq. Əslində özlərini bir az əziyyətə salıb hadisələri nağıl edərək danışsalar, heç bir uşaq qorxunu nifrət şəklində yaşamadan hadisələri gözləri önündə canlandıracaq. Təsirlənəcək, qəzəblənəcək, məsuliyyət hissinin verdiyi qeyrət onda hər zaman vətəni qorumaq instinktini oyaq saxlayacaq. Kimisi seçdiyi idmanla, kimisi yaxşı bildiyi fənlə önə gedib vətənimizin adını uca zirvələrdə daşımaq istəyəcək. Nəinki məktəbdən qorxacaq, səhəri gün ağlayaraq məktəbə getmək istədiyini dilə gətirəcək.

Şəhidlərimizə verilmiş işgəncələri hər uşaq öz təxəyyülünə uyğun olaraq canlandıracaq. Onları necə qaz balonunda kilidli saxlandığı, soyuq qarlı havada əliyalın meşədə qalmaları, bütün bu hadisələrin hər biri müəllimin dilindən incəliklə, böyük həssaslıqla izah edilməlidir. Soyqırımı mütləq sükutla yad edilməlidir. Hər bir kiçik yaşlı uşaq artıq 9 yaşından sonra bu görüntüləri gizlətsəniz belə, axtarıb tapacaq, bütün sənədli filmləri izləyəcəkdir. Əks təqdirdə uşağa erkən yaşda bunu doğru formada izah etməsək, əsl şəxsiyyət kimi formalaşmağa başlayan, yəni yeniyetməlik dönəmində bu proseslərdən qaçacaqdır. Soyqırımı övladlarımızda ruh düşkünlüyü yox, daha mətin, daha mübariz olmağı formalaşdırmalıdır.

Faciə hamımızın faciəsidir. Bunu gələcək nəsillərə çatdıracaq bu günün uşaqları sabahın Mübarizidir. Həyatını dəyişənlərə rəhmət, xalqımıza səbir arzulayıram.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 522     21.01.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
MENTIQI SUAL sun.az-lilara sualim
Sevgi həyatda hər şeydir sualım var? Elm və Məntiq
Sualim varrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr......... ♡♥¤sun.azin qizlari xeber.Ele oglanlarda.Konu..
Qadınlar niyə “pis” kişilərə aşiq olur? .. Sualim var ♣♣♣
GÜNÜN SUALI: Niyə görə bu qədər insanlar in.. Çox maraqli -Hami xəbərin ardina
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Xowbextlik
Qısa məlumat
Xowbextlik
: qiymət: 0
Tarix: 05.06.2017 | # 6
Menimde bibi yoldawi rehmete getdi qizin 5 yawi vardi onabawa salmaq cetin oldu biraz pis tesir etdi ona..





 

ressam
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv
ressam
: qiymət: 0
Tarix: 21.01.2017 | # 5
Fikrimce uwaga Ölümün ve ya bawqa bir weyi bawa salmaq lazim deyil. Vaxti catanda ozu bawa duwecek.. Yoxsa balaca olanda deki Ölenleri torpaga basdirirlar, ölende bele olur ve s. uwaga menfi tesir gostere biler.
O ki qaldi uwaqlarin 7 yawinda qavrama qabiliyyeti fikrine, mence yalniwdir. Cunku men 5 yawimda bir insanin yoxluguna gore intihar etmek fikrinde idim.. Sozumun cani, pisixoloqlar ne deyirse desin her uwagin duwuncesi eyni deyil.





 

fidan16
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
fidan16
: qiymət: 0
Tarix: 21.01.2017 | # 4
Usaqa usaq vaxti olum intiqam ele sozler deyilende soradan usaq cox aqresiv olur ancaq dusunur kimise doysun kimmnense dusmencilik elesin vaxti catanda her seyi basa duser qoy usaqliqini yasasin. Xebere gorede tesekkur



Flower
Qısa məlumat

Seçilmiş istifadəçi
Flower
: qiymət: 1
Tarix: 21.01.2017 | # 3
Vaxti catanda ozu basa dusur Matrixin fikirleri duzdur




 

Kafi
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə
Kafi
: qiymət: 0
Tarix: 21.01.2017 | # 2
Heç oxumadımda ama ele şeyleri uşağın beynine yeritmek olmaz ne ölüm indide uşağın günde biri özünü öldürsün strese düşüb.





 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 1
Tarix: 21.01.2017 | # 1
Indiki uwaqlar yaxwi gun gorurler ki gozlerini acandan widdet zorakiliq ele televiziyalarda gic gic veriliwler filmler cox pis zemanedi.







 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 4
    Qonaqlar: 121
    Cəmi: 125
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    apagsdugsFut
    Loriarupraw
    piohimihiert
    Skedeeprife
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117592
    Sayğaclar



    Mp3 yukle