Banan qabığı ilə üzünüzü ovun, sonra... - MASKALAR
16.02.2017   Bölmə: Kosmetoloqiya




Məsamələrdən xilas olmaq üçün təbii maskalar
Üz dərisində məsamə genişlənməsi ən çox yayılan kosmetoloji problemlərdən biridir. Bu problemi aradan qaldırmaq üçün kosmetoloqa getməyə vaxtınız yoxdursa, narahat olmayın. Ev şəraitində də məsamələrdən xilas olmaq mümkündür. Sun.az geniş məsamələri yığmaq üçün bir neçə təbii maska reseptləri təqdim edir.

Aloe vera

Aloe vera ən yaxşı dəri bərpaedici bitkidir. Nəmləndirmə və hüceyrə yeniləmə xüsusiyyəti ilə tanınan aloe vera bitkisini evdə də yetişdirə bilərsiniz. Yarpaqlarını qıraraq içərisindən çıxan qatı suyu dərinizə sürtün. Durulamanıza ehtiyac yoxdur. Yalnız hər gün tətbiq etməyə çalışın.

Arqan yağı

Geniş məsamələrin müalicəsində uzun illərdən bəri istifadə edilən arqan yağının tərkibində yüksək miqdarda E vitamini var. Bir neçə damla arqan yağı ilə təmizlənmiş üzünüzə masaj edin. Yarım saat və ya dərinizin quruluq dərəcəsinə görə bir saat sonra ilıq suyla yuyun. Bu üsulu hər gecə yatmazdan əvvəl təkrarlayın.

Yumurta ağı

1 yumurtanın ağı, 2 yemək qaşığı yulaf, 2 yemək qaşığı limon suyunu qarışdırın. Qatı hala gəldikdə qarışımı üzünüzə çəkin və 30 dəqiqə sonra soyuq su ilə yaxalayın. Yaxşı nəticə almaq istəyirsinizsə, bu maskanı həftədə iki dəfə tətbiq edin.

Alma sirkəsi

Sirkənin faydalarını saymaqla bitməz. Dəri baxımında istifadə edə biləcəyiniz ən praktik məhsullardan biri də alma sirkəsidir. 1 yemək qaşığı alma sirkəsini 1 yemək qaşığı təmiz suyla qarışdırın. Qarışığı pambığa hopdurun və bu pambıqla təmizlənmiş dərinizi silin. Bu lasyonu ev istehsalı olan tonik kimi də hər gün istifadə edə bilərsiniz.

Karbonat

Karbonat antibakterial və iltihab təmizləyici xüsusiyyətə malikdir. Dərini ölü hüceyrələrdən təmizləyir, sızanaq və çivzənin yaranmasına mane olur. Bunun üçün
2 yemək qaşığı karbonat və 2 yemək qaşığı suyu (mineral su ola bilər) qarışdırın. Məsaməli bölgəyə 30 saniyə masaj edərək sürtün. Sonra soyuq suyla durulayın. Yaxşı nəticə almaq istəyirsinizsə, həftədə üç dəfə tətbiq edin.

Banan qabığı

Banan möcüzəvi meyvədir. Bananın qabığı antioksidant, mineral və kalium qaynağıdır. Banan qabığında dərini gəncləşdirən gizli düstur var. Təmizlənmiş dərini banan qabığının içi ilə ovalayın. Yarım saat bu formada saxlayın və sonra soyuq suyla durulayın. Hər gün üzünüzə çəkin. Q​ısa müddətdə müsbət nəticələr verəcək.

Xiyar
Həftədə iki və ya üç dəfə xiyar maskası tətbiq edə bilərsiniz. Bir neçə dilim xiyarı 2 yemək qaşığı limon suyu ilə qarışdırın və blendrdan keçirin. Qatı hala gələn maskanı üzünüzə sürtün və 15 dəqiqə gözləyin, sonra soyuq suyla durulayın.

Zərdəçal

Ən təsirli antibakterial ərzaqlardan biri olan zərdəçal məsamələri aradan qaldıran və müalicə edən xüsusiyyətə malikdir. 1 yemək qaşığı zərdəçal tozunu 1 yemək qaşığı gül suyu və ya südlə qarışdırın. Qarışımı dərinizə sürtün və 10 dəqiqə gözləyin. Hər gün tətbiq edə bilərsiniz.
loading...
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 170     16.02.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Xaçmazda iki məktəblinin sevgi faciəsi Şəkər tozunu zeytun yağı ilə qarışdırın ..
Saralmış dırnaqlara çarə: qabartma tozunu "pe.. Saç tökülməsinə qarşı möcüzəvi resept
Ətirlər haqqında məlumat (2) Limon və balla qara nöqtələrə və sızanaqlar..
Göz ətrafındakı qara dairələrlə mübarizə .. Uzun və sağlam kirpiklər üçün Qaydalar
Dırnaqları boyadıqdan sonra qurutma üsulları Qırılan pomadaları təmir etməyin düsturu
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Angel_bluee
Qısa məlumat
Angel_bluee
: qiymət: 0
Tarix: 19.02.2017 | # 1
Maraqli melumatdi twk



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 3
Qonaqlar: 101
Cəmi: 104
Bu gün saytda olanlar

Hal-hazırda saytda
atotajepal
Elmirochka
isioipfumiqi
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 110164
Sayğaclar



Mp3 yukle