Etibar Hüseynov: "Ay Şahin, sən nə "yalançıymışsan!""
17.02.2017   Bölmə: Tanınmışlar




Sun.Az azxeber.az-a istinadla Etibar Hüseynovun yazısını təqdim edir:Xəstəxanalara qarşı bir antipatiya, fobiyam var sanki... Çünki hər iki valideynim uzun müddət xəstəxanalarda yatıb. Yadıma düşəndə indi də ətim ürpənir - o yemək və dərman qoxulu yarıqaranlıq dəhlizlər və palatalar, arxasıüstə uzanıb nəzərlərini tavana dikərək sonsuzluğa zilləyən ümidsiz xəstə baxışları, xəstə yaxınlarının yaşlı gözləri, pıçıltılı duaları və xəstəxanaların adamın ürəyni məngənə kimi sıxan qaramat aurası. Ona görə də hətta ən yaxın adamlarımı da müxtəlif bəhanələrlə xəstəxanada ziyarət etməkdən yayınıram, məndən nə qədər inciyən olsa belə. Bu səbəbdən də Şahinlə də elə ilk gündən ya telefonla danışır, ya da Facebookda yazışırdıq. Bir gün zəng edib: "Etibar müəllim, vacib işim var sizinlə. İmkan varsa, görüşək", - dedi. Şəhərdə çay süfrəsi arxasında görüşdük. Aman Allah, indi də yadıma düşəndə dəhşətə gəlirəm. Adamın rəngi-ruhu, əti-qanı yerli-yerində, sapsağlam - mən də daxil olmaqla, ətrafdakılardan da gümrah. Amma gerçəkdə, di gəl ki, Əzrayılla çilingağac oynayır. EY HƏYAT, SƏN NƏ QƏRİBƏYMİŞSƏN.... Bir xeyli dərdləşdik Şahinlə. Sonra keçdi mətləbə:- Bu müddət ərzində fikirləşməyə xeyli vaxtım olub. Bir ideyam var. İstəyirəm film çəkim. Süjet xətti belədir - bir nəfər gənc namusuna sataşdığına görə öz patronunu amansızcasına qətlə yetirir və ölüm hökmünə məhkum olunur. Türmədə bütün olub keçənlər kino lenti kimi gözünün onündən gəlib keçir. Paralel olaraq özünü ölümə hazırlayır. Bu ərəfədə Avropa Şurasına üzv olan Azərbaycanda ölüm hökmü ləğv edilir. Əzrayıla təslim olmağa köklənən gəncin düşüncə və həyata baxışları bir anın içərisində dəyişir və s.Bütün bunları Şahin elə həvəslə danışırdı ki.. - Etibar müəllim, bilmirəm, nədənsə mənə elə gəlir ki, bu filmin ssenarisini sizdən yaxşı heç kim yaza bilməz. Orada bir epizodik deputat rolu da olacaq, sizi çəkməyi düşünürəm. Xahiş edirəm, etiraz etməyin."Yox, onun xərci var", - deyə zarafat etdim. Elə yerindəcə mən və görüşdə iştirak edən Asəf Quliyev bir sıra ideya və təkliflər söylədik. Ürəyincə oldu. Sevincindən az qala göylərə uçacaq kimi idi. "Nə olar, tez yazın da bütün bunları!" - dedi.Ürəyimdən keçənləri dilimə gətirdim:- Əziz qardaşım, nə desən, canla-başla qulluğunda hazıram. Amma bir şərtlə - Allahın köməkliyi ilə sağalıb gələrsən, ondan sonra. Çünki sən xəstə ikən mən fikrimi cəmləyib bunu yaza bilmərəm. Tam sağal, mən də dizimi yerə qoyub, gecəmi gündüzümə qatıb uzağı bircə aya ürəyin istəyən ssenarini qabağına qoyacağam, SÖZ!Razılaşdıq. Bir qədər də söhbətləşəndən sonra ayrıldıq. Ayrılarkən: "Bəlkə, bir şəkil çəkib paylaşaq?" - dedi. "Qurban sənə, mən elə şeyləri xoşlamıram. Yəqin ki, müşahidə etmisən. İnşallah, tam sağal, qolboyun sarılıb çəkdirərik", - deyə etiraz etdim.Beləcə ayrıldıq. İki gün sonrasa Şahinin vəziyyətinin yenidən ağırlaşıb komaya düşməsi xəbərini eşitdim. Bu günsə... Ey həyat, sən qəribə, ay Şahin sən nə "yalançıymışsan!"
loading...
 (Səs sayı: 1)
Müəllif: meley0001     Baxış sayi: 328     17.02.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Mehmet Ali Erbilin cəsarətli qızı - FOTO Kübra Əliyeva uzun müddət sonra ilk dəfə
Elnur Hüseynov "Eurovision"a gedəcək Qızım qucağı çox sevir - MÜSAHİBƏ
TƏCİLİ: Prodüser Təranə əməliyyat olunur Məleykə Əsədova qızının ad gününü belə ..
Mən Kolumbiya kofesi kimiyəm (Aygün Kazımova) Ebru Polad bikinidə -Foto
Zaurun Günayı imicini dəyişdi - FOTOLAR Ceki Can “Oskar” aldı - foto
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Sona23
Qısa məlumat
Sona23
: qiymət: 0
Tarix: 17.02.2017 | # 6
Allah rehmet elesin



Milana_
Qısa məlumat

Seçilmiş istifadəçi
Milana_
: qiymət: 0
Tarix: 17.02.2017 | # 5
cox qeribe hisler kecirdim anlayila bilmeyecek bir hiss idi...cox tesir edir bu xestelik veolum cavan oglan idi axi niye bele olduAllah rehmet eylesin Mekani cennet olsun Insallah...





 

FLOWER
Qısa məlumat

Seçilmiş istifadəçi
FLOWER
: qiymət: 0
Tarix: 17.02.2017 | # 4
Allah rehmed elesin mekani cenned olsun




 

_esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_esmeralda_
: qiymət: 0
Tarix: 17.02.2017 | # 3
Allah rehmet elesin...pis tesir eledi mene bu olum(((




 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 17.02.2017 | # 2
Allah rehmet elesin.







 

Kafi
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə
Kafi
: qiymət: 0
Tarix: 18.02.2017 | # 1
Allah rehmet etsin çox pis oldum eee.



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 13
Qonaqlar: 197
Cəmi: 210
Bu gün saytda olanlar

Hal-hazırda saytda
ehebamu
ekugexo
emazova
eyubjuivibi
GNS
Meleyim1
pcamoxihu
Tek_SeNi_sevdim
uuxotonaslif
uxehoeo
vumacop
Yagmur011
_Esmeralda_
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 111496
Sayğaclar



Mp3 yukle