Bir mektub yazacagam sənə
17.02.2017   Bölmə: Şerlər


Bir məktub yazacağam sənə,
Sevgidən başqa hər şeydən;
yerdən, göydən, güldən, çiçəkdən,
Bir də sinəmin altında
yaralı quş kimi çırpınan, sındıqca sınan,
arzularına qısılan yetim bir ürəkdən.
Bir məktub yazacağam sənə,
Sevgidən başqa hər şeydən;
Yazacağam qaranquşların
yuva tikməyindən,
Yetim bir uşağın
bir parça çörək üçün gəlib-gedənə
boyun bükməyindən,
Hind fılmlərinə baxıb
ağlayan cavanlardan,
Soyuq qış gecəsində tənhalıqdan
aya üz tutub ulayan yalquzaqdan.
Anasını axtaran
quzunun mələrtisindən,
Ufacıq bir çırağın
bir otağı qızdıran
alov ləçəkli hənirtisindən,
Bir məktub yazacağam sənə.
Sevgidan başqa hər şeydən.
Bir xəstənin həkimə
ümidlə baxan
gözlərindən yazacağam.
Gəlinciklə bəzənmiş
maşınların sırasından,
Yuvalarında yem gözləyən balaların,
dimdiyinin sarısından.
Getdikcə soyuyan havadan,
Adəmdən, Həvvadan,
Necə olur tənha adam...
Bax, bunlardan yazacağam,
Birdə yerdən, göydən,
Çoban dodaqlarını
yandıran neydən,
-Bir məktub yazacağam sənə,
Sevgidən başqa hər şeydən.
Bəlkə də bunu vəsiyyətim,
son sözüm biləcəksən,
Bir məktub yazacağam sənə,
hər şeyi özün biləcəksən...
loading...
 (Səs sayı: 0)
Müəllif: Natiiiiq1     Baxış sayi: 143     17.02.2017
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Nüsrət Kəsəmənli - NƏ BİLƏYDİK Lal sevgi.
Gözəl məkan bax Ağdamda Sənsiz nə haldayam xəbərin varmı?
Silecem!.. Özümə qaytar [şeir]
Bu da yeni 3 bendlik weirim SEVMƏK GÜNAHMIŞ
Senden Sonra.. Hesretle baxiram senli gunlere
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Natiiiiq1
Qısa məlumat
Natiiiiq1
: qiymət: 0
Tarix: 19.02.2017 | # 7
NuNuKa he oyrenmiwem





 

NuNuKa
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə
NuNuKa
: qiymət: 0
Tarix: 19.02.2017 | # 6
Masallah weir de yaza bilirsen dost.



_esmeralda_
Qısa məlumat
_esmeralda_
: qiymət: 0
Tarix: 18.02.2017 | # 5
Menali weirdir,bir az huznlu amma menali(((
Tewekkurler.





 

Milana_
Qısa məlumat
Milana_
: qiymət: 0
Tarix: 18.02.2017 | # 4
cox tewekkur (



GNS
Qısa məlumat

Aktiv olduğuna görə Xəbərlərdə aktivliyinə görə
GNS
: qiymət: 0
Tarix: 18.02.2017 | # 3
paylasim ucun tesekkurler





Divar soyuqdur ammasoykenmek ucun insanlardan daha etibarlidi





 

adiyox
Qısa məlumat
adiyox
: qiymət: 0
Tarix: 17.02.2017 | # 2
bilecem ozumm ancaq





 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə
MATRIX
: qiymət: 0
Tarix: 17.02.2017 | # 1
Ela paylashim ucun teshekkur.



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 5
Qonaqlar: 99
Cəmi: 104
Bu gün saytda olanlar

Hal-hazırda saytda
eLi12
Nuruna
ogagaxecehiqi
udoexexayifox
Xaliq_5
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 109334
Sayğaclar



Mp3 yukle