Uşağı ana südündən kəsmək üçün 3 VACİB İPUCU
10.04.2017   Bölmə: Ana və körpə




Maraqlıdır ki, hamiləlikdən başlayaraq doğuşdan sonra ilk 6 ay anaları ən çox narahat edən körpələrini ana südü ilə qidalandırmaq məsələsi olduğu halda, 1 yaşından sonra artıq həmin anaları süddən kəsmək məsələsi daha çox narahat edir.Yeri gəlmişkən, uşağın ana südündən "kəsilməsi" sözünə daha çox önəm veririk, nəinki ana südünü "tərgitməsi" sözünə çünki, "tərgitmək" sözünün adətən pis vərdişlərə şamil edirik. Ana südü ilə qidalanmaq isə pis vərdiş deyil, o səbəbdən "kəsilmək" sözü burada daha çox yerinə düşür.Nəzərə almaq gərəkdir ki, 1 və ya 2 il ana südü ilə qidalanan uşağa ananın isti və qidalandıcı döşündən qısa zamanda ayrılmaq həm mənəvi, həm də fiziki cəhətdən heç də asan deyil. Bu prosesə müəyyən qədər hazırlıq görmək, bolluca vaxt, körpəni kəsmək üçün səbirli olmaq, dəstək tapmaq və düzgün yanaşma tətbiq etmək mütləqdir. Çünki, aqressiv şəkildə və ya qəfil döşdən (məsələn, iyrəndirməklə, gilələrə acı və ya xoşagəlməz maddələr sürtməklə, ananın uşağı məcburi şəkildə özündən uzaqlaşdırmaqla və s.) kəsilən uşaqlarda uzun müddətdə psixoloji travmanın izlərini sezmək olar. Ana uşağı nə qədər döşdən "itələyəcəksə", uşaq da bir o qədər şiddətli şəkildə "döşdən yapışıb" anasının əsəblərini tarıma çəkəcəkdir.Sun.Az vib.az-a istinadən bildirir ki, tövsiyyə olunan 2 il əmizdirmə müddətini tamamlayandan sonra uşaqlarda müəyyən qədər ayrılmağa yetişkənlik sezmək olur. Bu səbəbdən ana südündən kəsilmək 2 ilin tamamında deyil, 2 ilin tamam olduğu müddətdən sonra başlayır və bir neçə ay çəkə bilir. Adətən uşaqlar 2 yaş yarım və hətta 3 yaşa yaxın süddən tamamən və travmasız kəsillirlər. Süddən kəsilmə prosesi valideynlərin xüsusən ananın təşəbbüsü ilə başlanılmalıdır.Uşaqların süddən kəsilməyə hazırlıq əlamətləri hansılardır?- Ən ağrılı çıxanlar da daxil olmaqla bütün dişlərin hamısı artıq çıxıb qurtarıbdır.- Günorta əmizdirmələrin sayı qat-qat azalıbdır.
- Uşaq yalnız günorta yuxusu üçün ana südü payını alır
.- Döş istəyərkən diqqəti asanlıqla yayınır və bərk qida yemək təklifini qəbul edir.- Ara-sıra günorta və gecə ana südü əmmədən yuxuya gedə bilir (məsələn, maşında və ya gəzinti zamanı uşaq arabasında).
- Ana südünün qəbulunun azalmasına baxmayaraq, davranışında əsəbilik, gərginlik və mənfi hallar özünün göstərmir.
- Yuxarıda verilən əlamətləri uşağında sezən valideynlər artıq süddən kəsmək prosesinə başlaya bilərlər. Bunun üçün aşağıdakı ipucularından istifadə etmək tövsiyə olunur:İpucu 1: Məlum bir haldır ki, eyni dərmanı bir neçə nəfər içər və hərəsi fərqli effektlə üzləşər, kimisi şəfa tapar, kimisinə isə heç bir fayda verməz. Bunun səbəbi isə Yaradanın bizə həmin dərman və vasitələrlə şəfa qapısı açıb-açmamasıdır. Məhz bu səbəbdən ilk öncə süddən kəsmək prosesinə dua ilə başlamaq valideynlərə psixoloji rahatlıq verər. Dua edin ki, Uca Yaradan süddən kəsmə strategiyasının hər bir addımını ana-bala cütlüyü üçün səbəb salsın və travmasız süddən kəsilmə qismət etsin.


İpucu 2. Bütün üsullarla gündüzlər əmizdirmələri dayandırmaq. Bunun üçün bir neçə yol var: Hər dəfə əmizdirilmək istəyəndə fikrini bərk qidaya yönəltmək və təklifi qəbul etdiyi halda yemək yedizdirmək. Yemək qəbulu fasilələrinə diqqət yetirmək- ifrat yedizdirməmək və ac olmasına da əsas verməmək.Yəqin hiss etmisiniz ki, uşaq darıxdıqda özünü əyləndirmək üçün əmizdirilməsini istəyir. Bu səbəbdən onun asudəsini adi günlərdən daha rəngarəng etmək, birlikdə keyfiyyətli vaxt keçirmək gərəkdir.Günorta yuxularını uşağın sevdiyi insana (ata, nənə, baba, bibi, xala, dayı, əmi, dayə və s.) həvalə etmək. Anaya müvəqqəti yardım üçün hər gün fərqli kiminsə gəlməyini xahiş etmək yerinə düşər. Bunun üçün hətta uşağın yay aylarından xaric gəzintisini günorta saatlarına da sala bilərsiniz ki, gəzinti əsnasında arabasında yuxuya getsin.

İpucu 3. Əgər ananın süddən kəsməyə yardımı yoxdursa:Uşağı əmizdirmək üçün ona xüsusi vaxt ayırmaq və bu haqda ona bildirmək lazımdır. Körpəyə söz verin ki, onu axşam yuxusundan öncə əmizdirəcəksiniz və sözünüzü tutun. Prosesə yalan qatmayın. Bundan əziyyət çəkən ilk öncə özünüz olacaqsınız.Əgər körpənin qayğısına qalan yalnız anadırsa bu halda ana daha israrlı və səbrli olmalıdır.Yuxuya getmək əsnasında uşağın sevdiyi mövqeyi tutun və döşdən fikrini ona maraqlı olan söhbətlərlə yayındırın. Bu halda körpənin ağlaması və etiraz etməsi normaldır. Lakin fasilələrlə də olsa fikri döşdən yayınırsa və yuxuya gedirsə, demək düz yoldasınız.Ən sıxıntılı və stressli məqamlarda qarnınızla (qarnınızı nəfəs alarkən qabartmaq və nəfəs verərkən boşaltmaq şərti ilə) dərindən nəfəs alın.Şiddətə qətiyyən yol verməyin. Səbrdən çıxmayın. Təmkinlə və sakit səslə ona təkrar-təkrar axşam onu əmizdirəcəyinizi deyin.Bütün yuxarıda verilənləri sınayaraq, uşağınız bir gün gündüz və gücə yuxuya gedərsə bunu davamlı olaraq növbəti günlər təkrar edin. Bunları körpənin tam vərdişinə düşənə qədər təkrarlamağa ehtiyac olacaqdır. Unutmayın ki, bu prosesdə ən əsas davamlılıqdır. Bir gün belə, növbəti gün fərqli olarsa, sıfırdan başlayası olacaqsınız. Bunları tətbiq edərkən uşağın əhvalına da nəzarət edin. Əgər əsəbilik və aqressiya yer alırsa prosesi müvəqqəti dayandırın. Həmçinin əgər uşaq xəstələnərsə, süddən kəsmək prosesinə fasilə verin və onu ehtiyac duyduğu qədər əmizdirməyə çalışın. Ən əsası isə "axır-əvvəl bir gün süddən kəsiləcəkdir" fikri ilə nikbinlik əhvalında olun.


loading...
 (Səs sayı: 0)
Müəllif: meley0001     Baxış sayi: 530     10.04.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Ailə səadəti onu qorumaqdan başlayır Uşaqlarda dırnaq yemə vərdişinin səbəbləri
Uşaq arabasının üzərinə tülbənd örtməyin.. Hamiləlikdə saç boyanması…
Uşaqları xəstə edən qida Körpənin dil açması üçün asan yollar
Uşağınızın süd dişlərini atmayın! Uşaq əmizdirən ananın qida rasionu
Körpəni sakitləşdirmə yolları. “Bəyaz kü.. Hamımız uşaqlara bunu edirik: sən demə, ƏSLA..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Kafi
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə
Kafi
: qiymət: 0
Tarix: 19.04.2017 | # 3
Çox xırdadır oxumağa hövselem çatmadı.





 

_ESMERALDA_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_ESMERALDA_
: qiymət: 0
Tarix: 11.04.2017 | # 2
Faydali xebercun tewekkurler.




 

emiwka
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
emiwka
: qiymət: 0
Tarix: 11.04.2017 | # 1
Xəbər üçün twkkk



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 85
    Cəmi: 86
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Yusiff
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115404
    Sayğaclar



    Mp3 yukle