Uşaqlarda qanazlığının ƏLAMƏTLƏRİ: ayıq-sayıq olun!
02.05.2017   Bölmə: Ana və körpə




El arasında qan azlığı anemiya adı ilə daha çox tanınır. Bu xəstəlik böyüklərlə yanaşı, uşaqlar arasında da geniş yayılıb. Bəs uşaqlarda bu problemi yaradan səbəblər nələrdir?Sun.Az bildirir ki, lent.az bununla bağlı pediatr Günay Rəsulovanın fikirlərini öyrənib.Həkim deyir ki, uşaqlarda qanazlığının əsas səbəbi dəmir əskikliyidir: "Digər səbəblər arasında uşaqlara çay vermək, 1 yaşdan tez uşaqlara inək südü içirtmək, gizli qanitirməyə səbəb ola biləcək bəzi xroniki xəstəliklər var. Bu xroniki xəstəliklərə inək südü allergiyası, seliakiya xəstəliyi, xroniki ishallar, qurd xəstəlikləri, mədə xorasını aid etmək olar. Bundan başqa, uşağın 6 ayı tamam olmamış əlavə qidaya başlamaq da qan azlığına səbəb olur. Bu qidalar ilk 6 ay ana südündəki dəmirin mənimsənilməsini pozur. Eləcə də əlavə qidaya gec başlamaq eyni problemi yarada bilər. Odur ki, 6 aydan sonra uşağın qida rasionuna dəmirlə, vitamin C ilə zəngin qidalar - ət, yumurta, meyvə, tərəvəz daxil edilməlidir". Pediatrın sözlərinə görə, uşaqlarda ilk 6 ayda dəmir "depolarında" yığılan və ana südü ilə alınan dəmir hesabına qanazlığı demək olar ki görülmür. 6 aydan etibarən bu depolar tükənir və hemoqlobin düşməyə başlayır. Ona görə 5-6 ayından etibarən uşaqlara profilaktik dəmir preparatlarının (Ferropol) verilməsi qanazlığının qarşısını alır. G. Rəsulova qanazlığının əlamətlərini sadalayır. Belə uşaqlarda avazıma, əl-ayaqda soyuma, halsızlıq, yuxusuzluq, iştahsızlıq, yeməkdən imtina etmə, immunitetin aşağı düşməsi, tez-tez xəstələnmə, tez yorulma halları olur: "İmmunitetin güclü olmasına əsas səbəb qan elementləridir. Anemiyası olan uşaqların immuniteti aşağı olur, tez-tez xəstələnirlər, ürəkdöyünmə, oksigen çatışmazlığı olur, ağır anemiyalarda ürək çatışmazlığı kimi fəsadların yaranması da mümkündür. Anemiyası olan uşaqlarda patoloji iştah baş qaldırır. Bu, normalda yeyilməsi mümkün olmayan nələrəsə qarşı iştahdır. Torpaq, təbaşir yemə, ayaqqabı mazı, neft iyləmə kimi meylləri olur. Uşağınızda sadalanan əlamətlər varsa, diqqətli olun. Qan analizi etdirin. Uşaqda qanazlığının olub-olmamasını bilmək üçün sadə bir hemoqramm yetərlidir. Sadə bir qan analizi ilə uşaqda qanazlığı varmı, hansı növüdür, qanazlığının səbəbi talassemiya daşıyıcılığıdırmı kimi mühüm bilgilər almaq olur. Əgər qan azlığı dəmir defisitinə bağlıdırsa, qarşısını alma və aradan qaldırma metodları tətbiq edilir. Əgər talassemiya daşıyıcılığı ilə bağlıdırsa, əksinə, dəmir preparatlarından uzaq durmaq lazımdır. Odur ki, indiyə qədər kimin körpəsinə qan analizi olunmayıbsa, mütləq olunsun. Qanazlığı xəstəliyi vaxtında diaqnostika olunarsa, kurs müalicə ilə aradan qalxır".

loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: meley0001     Baxış sayi: 353     02.05.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Ailə səadəti onu qorumaqdan başlayır Antibiotiklərin növbəti ziyanı aşkar olunub
Uşaqlar həqiqətən də yuxuda böyüyür Anam
Yeni ana olanların ən çox etdikləri səhvlər Körpənin ilk təpiyi nə vaxt hissedilir?
Uşağın süni süd qarışığı ilə qidalandı.. Ana südü ilə qidalanmanın ÜSTÜNLÜKLƏRİ
Uşağım niyə danışmır?(ünvansız.) Cennetden Torpaq
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sey_jas
Qısa məlumat
sey_jas
: qiymət: 0
Tarix: 28.09.2017 | # 3
Yaxwidi



nihan
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə
nihan
: qiymət: 0
Tarix: 02.05.2017 | # 2
çox gözel xeberdi



_ESMERALDA_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_ESMERALDA_
: qiymət: 0
Tarix: 02.05.2017 | # 1
Faydali melumat oldu,tewekkurler.




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 5
Qonaqlar: 159
Cəmi: 164
Bu gün saytda olanlar

Hal-hazırda saytda
alywosyla
AYXAN_
Dionentenda
Plerefliesse
Soinadofdaync
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116453
Sayğaclar



Mp3 yukle