Uşaqlarda nitq qüsurları - SİMPTOMLAR
02.05.2017   Bölmə: Ana və körpə





Sun.Az saglamolun.az-a istinadən nevropatoloq, pediatr Zülfiyyə İbrahimovanın yazısını təqdim edir.Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir.Valideynlər övladlarının danışmamağından, yaxud danışarkən qüsurları olmasından şikayət edirlər: ötən əsrin 70-ci illərinin əvvəllərində həmin problem yalnız 4% təşkil edirdisə, hazırda nitqi qüsurlu olan uşaqların sayı 6 dəfə artıb.Nitq qüsurlarının səbəbləri arasında ilk növbədə doğuş travmaları, ata-ana arasında olan qan qohumluğu, sosial fon, yəni evdə valideynlərin müxtəlif dildə danışması çoxluq teşkıl edir. Daha bir vacib səbəb cizgi filmlərində olan işiq effektləri və hərəkət dinamikasıdır ki, bunlar da nitqin inkşafını ləngidir.Ona görə də analar bir sıra məsələlərdə çox diqqətli olmalıdır:- Uşaq üç aylığında başını çevirmirsə; səsə reaksiya vermirsə- 4-6 ayında "b","p" kimi səsləri səsləndirmirsə-  7 aylığında ətrafa reaksiya vermirsə (yəni uşağa acıqlanan zaman ağlamır, güldürərkən gülmürsə)- 9-10 aylığında kiçik hecaları söyləmirsə, uşaqda nitqin inkşafı ləngiyir, yaxud gələcəkdə qüsurlu nitq formalaşır. Məlumdur ki, nitqi qüsurlu olanlarda özünə inam hissi də zəif olur. Adətən nitqin qüsurlu olmasına uşaq yaşlarda daha çox təsadüf edilir.Uşaqlarda onun bir neçə formasına rast gəlinir:- Alaliya - baş beynin hər hansı bir hissəsinin inkşafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmaması.- Dizartriya - mərkəzi sinir sistemindəki güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir. Bəzən dizartriyaları dislaliyalarla qarışdırırlar, lakin dizatriyalarda sözün bir hissəsi itir, dislaliyalarda isə hərf dəyişdirilir.- Dislaliya - sözlərdə hərflərin istifadəsi dəyişir.- Rinolaliya - burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox burundan ifadə olunur (tın-tın danışma).- Loqonevroz (kəkələmə) - söz axınının, səs tembirinin, yaxud heca ritminin pozulmasıdır ki, bu forma getdikcə ağırlaşmağa meyilli olur.Nitq problemlərinə aparıb çıxaran patogenetik səbəblər də müxtəlif olur:- Uşaq valideyn arasında əlaqənin olmaması, yaxud zəif olması, məsələn, ana uşaqla danışmır, vərdiyi əşyaların adını soruşmur, yaxud sözlərin ifadəsində ona kömək etmir, sözlərə düzəliş etmir;- Beyin qabığının ləng inkişafı;- Somatik xəstəliklər.Nitq qüsurunun əmələgəlmə səbəblərindən biri autizm xəstəliyidir.Normal uşaqlarda 1 yaşında göstərici - barmaq formalaşır. Uşaq istədiyini barmağı ilə göstərir.2 yaşına doğru isə nitqi formalaşır, fikrini sözlər və ya qısa cümlələrlə ifadə edir. Autist uşaqların isə öz dünyası formalaşır, ətraf mühitdən təcrid olunur , bir hərəkətin, yaxud bir əşyanın üzərində təkrarlayıcı hərəkətlər edir, nitqləri isə, yeni uşağın söz ehtiyatı yalnız 1-2 sözdən ibarət olur və həmin sözlər daim təkrarlanır. Belə uşaqlar mütləq psixiatr və nevropatoloq müayinəsindən keçirilməlidir. Müraciət nə qədər erkən olsa, səmərəsi də bir o qədər tez alınar.Müalicədə dərman preparatları ilə yanaşı həkim-loqopedin hər uşaq üçün ayrıca hazırlanan fərdi məşqləri səmərəlidir.

loading...
 (Səs sayı: 0)
Müəllif: meley0001     Baxış sayi: 260     02.05.2017
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Ailə səadəti onu qorumaqdan başlayır Uşaqlarda dırnaq yemə vərdişinin səbəbləri
Uşaq arabasının üzərinə tülbənd örtməyin.. Hamiləlikdə saç boyanması…
Uşaqları xəstə edən qida Körpənin dil açması üçün asan yollar
Uşağınızın süd dişlərini atmayın! Uşaq əmizdirən ananın qida rasionu
Körpəni sakitləşdirmə yolları. “Bəyaz kü.. Hamımız uşaqlara bunu edirik: sən demə, ƏSLA..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 85
    Cəmi: 86
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Yusiff
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115404
    Sayğaclar



    Mp3 yukle